Məktəbdaxili qiymətləndirmənin
əhəmiyyəti
Şagirdlərdə
özünüqiymətləndirmə
bacarığının formalaşması onlarda dərrakəni
və özünüidarə xüsusiyyətlərini
inkişaf etdirir
Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunda
"Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" mövzusuna
dair məşğələ keçirilib. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda məktəbdaxili
qiymətləndirməyə dair məsələlər
təhlil olunur. Təhsil
Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq
və informasiya şöbəsində “Palitra”ya bildiriblər ki, institutun direktoru Qulu Növruzov Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyasından və
orada qiymətləndirməni əks etdirən
məzmundan bəhs edib. Həmin sənəddə göstərilmiş təfəkkürün
və şəxsiyyətin inkişafına yönəlmiş,
təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə
alan innovativ təlim,
qiymətləndirmə metodologiyası və
resurslarının inkişafından söhbət
açıb.
Müasir İKT-dən istifadə etməklə keyfiyyətli təhsilə nail olmaq əsas məqsədlər sırasındadır
“Sənəddə göstərilən ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. Bu istiqamətdə görülən işlər sözügedən sahənin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasından sonra sürətləndi. Milli Strategiyanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikası rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nda da müasir İKT-dən istifadə etməklə keyfiyyətli təhsilə nail olmaq əsas məqsədlər sırasındadır. “Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkəmizdə təhsil sisteminə yeni texnologiyaların tətbiqini və onlardan geniş istifadə edilməsini informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib”, - deyə Qulu Novruzov bildirib. Sonra Bakı şəhəri Nizami rayon N.Həmzəyev adına 238 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, "Qabaqcıl təhsil işçisi", "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2009-2010) Bayramova İradə İsmayıl qızı öz təcrübəsində qiymətləndirmədə İKT-nin tədbiqi ilə bağlı təqdimatla çıxış edib. "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" adlı məruzəsində İradə xanım İKT-nin tətbiqi zamanı təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik və bacarıqlara malik vətəndaşların formalaşmasına birbaşa təsirindən danışıb. Bu sahənin informasiyalaşdırılmasının keçici bir mərhələ olmadığını bildirib. “İnformasiyalaşdirılmış cəmiyyət hər bir insana bütün ömür boyu keyfiyyətli təhsil almaq imkanı verir. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. Məktəb və müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyi, hər şeydən əvvəl , şagirdlərin təlim nəticələri ilə ölçülür. Bu zaman şagirdlərin biliklərinin sistemliliyi, möhkəmliyi, dərinliyi, dəqiqliyi,tamlığı, davamlığı, çevikliyi, praktik istifadəsi və inkişafı əsas parametr kimi götürülür. Qiymətləndirmə olmadan biz təhsilin keyfiyyəti barədə fikir yürüdə bilmərik. Qiymətləndirmənin məqsədi məlumat toplamaqdır. Həmin məlumatlar əsasında da muəyyən nəticələrə gəlinir”, - deyə İradə Bayramova bildirib.
Ayrı-ayrı şagirdlərin və ümumi sinfin səviyyəsini müəyyənləşdirmək imkanı
O, məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqində hansı nəticələri əldə etdiyini aşağıdakı bəndləri göstərməklə izah edib:
1. Qiymətləndirmə Konsepsiyasına əsasən qiymətləndirmə vasitələrinin hazırlanması ( I səviyyə-2, II səviyyə-3, III səviyyə-4, IV səviyyə-5; Qiymətləndirmə strukturunun sayından asılı olaraq, qiymətləndirmə vasitələrnin sayı artırıla bilər).
2. Qiymətləndirmə vasitələrinin cavablarının hazırlanması; doğru cavab, yarımdoğru (yarımçıq) cavab, səhv (və ya heç yazılmamış).
3. Tapşırıqların elektron variantının hazırlanması və şagird kompüterində yerləşdirilməsi (şəbəkə və ya şəbəkədaxili ötürülmə ilə həyata keçirilir).
4. Hər bir şagird 1 kompüterdə işləyir və müvafiq cavabları qeyd edir (klekerlə). Tapşırıqların yerinə yetirilməsi hər bir tapşırığın əvvəlcədən səviyyəsinə uyğun müəyyən vaxt ərzində həyata keçirilir. Bu tapşırıqlara ayrılan vaxtdan az istifadə edən şagird, həmin vaxtdan digər cavabların həllində istifadə edə bilər.
5. Nəticələr həmin
anda monitorda görünür. Bu zaman şagird hər bir tapşırıqla
bağlı öz səviyyəsi haqqında
məlumata malik olur. Şagirddə özünüqiymətləndirmə
bacarığı formalaşır
ki, bu da
onlarda dərrakəni
və özünüidarə
xüsusiyyətlərini inkişaf
etdirir. Şagird özünə kənardan
baxma bacarığı
qazanır. Eyni zamanda
sinfin nəticəsi ilə də bağlı məlumat ala bilir.
6. Nəticələr PDF variantında valıdeynlərə
göndərilir. (Valideynlərlə
səmərəli əks-əlaqə
yaranır. Bu, valideynlərin məktəblə
əlaqəsini gücləndirir).
7. Nəticələrə əsasən
tapşırıqların düzgün
seçilib -seçilməməsi
müəyyən edilir.
Bu, müəllimə,öz
səhvini düzəltməyə
kömək edir.
8. Şagirdlərin nəticələri
hesablanarkən tapşırıqların
səviyyələri nəzərə
alınır (I səviyyəyə
verilən balla, digər səviyyələrə
verilən ballar fərqlənir). Bu zaman çəki əmsallarından istifadə
olunur.
9. Bütün sinfin, eləcə də hər bir şagirdin
nəticələri qısa
müddətdə müəllimə
aydın olur.
10. Şagirdlərin hər birinin irəliləmə və geriləmələrinə
nəzarət edə bilir.
11. Ayrı-ayrı şagirdlərin,
həm də ümumi sinfin səviyyələrini (4 səviyyə
üzrə) müəyyənləşdirmək
olur.
12. Nəticələr balla göstərilməklə bərabər,
faizlə də ifadə olunur.
13. Bir testin ümumi
nəticəsindən əlavə,
yarım ildə keçirilən bütün
ayrı-ayrı fənlərin,
(bütün fənlərin
hamısı) qiymətləndirməsininin
nəticələrini həm
səviyyələrlə, həm
balla, həm də faizlə izləmək mümkündür.
14. Şagirdin hər hansı qiymətləndirmədə
iştirak etməməsi
son nəticəyə (yarım
və ya illik qiymətləndirməyə)
öz mənfi təsirini göstərir.
Təqdimatın sonunda mövzu ətrafında suallar verilib, çıxışlar
olub. ARTPİ-nin direktor
müavini Ənvər
Abbasov, 238 saylı tam
orta məktəbin direktoru İlqar Talıbov, İTV-nin “Açıq dərs” verilişinin aparıcısı
Orxan Cabbarov, İncəsənət Gimnaziyasının
ibtidai sinif müəllimi Yaqut Əzimzadə və başqaları maraqlı çıxışları ilə
öz fəaliyyətlərində
istifadə etdikləri,
müşahidə apardıqları
məktəbdaxili qiymətləndirmə
ilə maraqlı fikirlər səsləndiriblər,
məşğələnin təqdimatçısı İradə
xanıma təcrübəsini
bölüşdüyü üçün təşəkkürlərini
bildiriblər. ARTPİ-də "Məktəbdaxili
qiymətləndirmədə İKT-nin tətbiqi" mövzusuna dair keçirilən məşğələdə
institututun rəhbərliyi,
əməkdaşları ilə
bərabər, həmçinin
Zaqatala, Şəmkir,
Bakı, Sumqayıt şəhərlərindən gəlmiş
müəllimlər iştirak
ediblər.
Anar Miriyev
Palitra.-2015.-3 aprel.-S.11.