Xaricdə təhsil alan gənclərin istəyi

 

“Xaricdə təhsil alan tələbələrin fəaliyyətlərini

koordinasiya edən vahid bir təşkilat olmalıdır

 

Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Dövlətin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Gənclərin xaricdə təhsil almasına yaradılan imkan da məhz bu siyasətə xidmət edir. Bu gün xaricdə təhsil alan yaşayan gənclərimiz aktiv ictimai-siyasi fəaliyyətlə məşğuldurlar.

Xaricdəki gənclərimiz artıq yeni bir gücə çevriliblər. Amma hər halda gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi onların istiqamətləndirilməsi üçün hər hansı bir təşkilata zərurət yaranır. Belə gənclər gərək bir çatı altına yığıla. Çünki həmin gənclər Azərbaycanın xaricdəki düşünən beyni, ictimai-siyasi, elmi potensialıdır. Məhz buna görədir ki, onlar Vətən məsuliyyətlərini dərk edir baş verən proseslərdən kənarda qalmaq istəmirlər. Hazırda xaricdəki gənclərimizin Latviya, Türkiyə digər ölkələrdə radiosu fəaliyyət göstərir. Eyni zamanda Moskvada Toğrul Allahverdili Şamil Tağıyevin “diasporinfo.com”, Polşada Nail Əhmədin “diaspora.az” xəbər portalları var. Bu kimi yüzlərlə fəal gənclərimiz uzun illərdir xaricdə yaşayırlar, hətta onların bir çoxu xaricdə doğulublar. Onlar əcnəbi gənclərlə sıx birliyindədirlər. Xaricdəki gənclərin öz doğma torpaqlarına bağlanması, onların xaricdə Azərbaycan həqiqətlərini yayma işini daha da aktivləşdirməsi üçün hələ ki, “Facebook”da Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan İnternational Youth Alliance) adı altında səfərbər olublar. 35-ə yaxın ölkədən gəncimizin qoşulduğu bu qrupun üzvləri gündən-günə çoxalır. Zamanla bu qrupun rəsmi struktur halında fəaliyyəti nəzərdə tutulub.

 

Xaricdəki gənclərin fəaliyyətlərinin

işıqlandırılması üçün əlavə dəstəyə daha

çox ehtiyac var

 

İtaliyanın Piza Universitetində iqtisadiyyat üzrə magistr təhsili alan Səbinə Əsədova bizimlə söhbətində belə bir təşkilata çox ehtiyacın olduğunu dedi: “Mən bu dəstəyi öz təşkilatımız - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatından (AGAT) alıram. Amma əksər tələbələr heç bir təşkilatın üzvü deyillər. nəzərə alsaq ki, bir çoxunun əvvəl belə bir təcrübəsi olmayıb, onlar fəaliyyətlərində daha çox çətinlik çəkirlər. Fəaliyyətlərinin işıqlandırılması PR hissəsində əlavə dəstəyə daha çox ehtiyac var. Bundan əlavə hər hansı fəaliyyətlərini istiqamətləndirmək hətta layihə halına salıb daha böyük işlər görmək üçün xaricdə təhsil alan tələbələrin fəaliyyətlərini koordinasiya edən vahid bir təşkilat olsa, yaxşı olardı”.

 

Gənclərin bir təşkilat ətrafında birləşməsi

ictimai fəaliyyət göstərməsi əlavə səlahiyyətlərdən

istifadə deməkdir

Rusiya Dövlət Turizim Xidmət Universitetinin tələbəsi, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili təşkilat modelinin, ümumiyyətlə, bütün dünyada səmərəli fəaliyyət mexanizmi olduğunu bildirdi: “Azərbaycanada elm təhsilin inkişafına xüsusi diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul olunub. Bu digər proqramlar üzrə xaricdə minlərlə gəncimiz təhsil alır. Bu gənclərin bir təşkilat ətrafında birləşməsi ictimai fəaliyyət göstərməsi əlavə səlahiyyətlərdən istifadə deməkdir”.

T.Allahverdili qeyd etdi ki, Rusiyada bu istiqamətdə ciddi addımlar atılıb: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı bu mənada unikal modeldir. Məhz bu tarixi addımdan sonra Rusiyada yaşayan həmyerlilərimiz arasında vahid mədəni həmrəylik yarandı. Rusiyada təhsil alan gənclərimizə dəstək daha da artdı. Bu işə Azərbaycanın Rusiyadakı səfirliyinin rolu da xüsusi əhəmiyyət kəsb edir. Gənclər tərəfindən irəli sürülən bütün sağlam təkliflər birmənalı şəkildə səfirlik tərəfindən dəstəklənir. Bundan başqa Azərbaycanda yaranan uğurlu fəaliyyəti ilə seçilən bir çox QHT-lər var ki, onların gücündən istifadə etmək işimizin bir qədər uğurlu olması ilə nəticələnir. 2006-cı ildə təsis edilən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin yaradılması burada yaşayan, təhsil alan gənclərimizin həyatında mühüm rol oynamağa başladı. Bu, eyni zamanda bizə digər slavyan ölkələrinin gəncləri ilə birbaşa təmasa girmək birgə layihələr həyata keçirmək imkanı qazandırdı”.

 

Azərbaycan gəncliyi öz elmi gücünü

ortaya qoymalıdır

Türkiyənin Beykent Universitetinin tələbəsi, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandar xaricdə təhsil alan azərbaycanlı gənclərin ictimai fəaliyyətlə məşğul olmalarının vacibliyini vurğuladı: “Çünki gənclərimiz Azərbaycanın tarixini, mədəniyyətini, keçmişini xaricdə yaşadıqları ölkələrin ictimaiyyətinə məlumat verməlidirlər. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti necə yaranıb, tarixi keçmişi, Azərbaycana qarşı törədilən soyqırımlar, haqsızlıqlar necə baş verib. Dünyada 1988-1993-cü ilə qədər nələr baş verib. XX əsrin sonlarında dünyada Azərbaycana qarşı törədilən soyqırımları kimlər törədiblər. Bunların hamısı xaricdə yaşayan gənclərimizin sayəsində təbliğ olunmalıdır. Xaricdəki gənclərimiz ictimai fəaliyyətlə məşğul olmaları ilə yanaşı yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə məlumat verməlidirlər. Azərbaycan vətəndaşı, gəncliyi mərddir vətənpərvərdir. Hər bir Azərbaycan gəncliyinin qürurla fəxr edə biləcək güclü orduya sahib güclü bir dövləti var. Mən həmişə vurğulamışam ki, Azərbaycan gəncliyi ilə, gənclik isə Azərbaycan ilə fəxr etməlidir”.

Ə.Cahandarın sözlərinə görə, xaricdə yaşayan gənclərimiz birlik bərabərliklərini qorumağı bacarırlar: “Bizlər qədər bir olsaq, bir o qədər güclü olacağıq. Tək əldən səs çıxmaz. Milli düşüncəmizlə hərəkət edib, dövlətimizə qarşı sayğı hörmətlə yanaşıb, Azərbaycan üçün birləşib, bir bütöv olamalıyıq. İnandırım ki, belə olsa, bizlərin səsi dünyaya bir o qədər geniş yayılacaq. Gəncliyimiz bunu bilməlidir ki, özümüzdən başqa heç kəsdən hörmət sayğı gözləməməlidirlər. Öz-özümüzə hörmət sayğı ilə yanaşmalıyıq ki, hər kəs bizə sayğı hörmətlə yanaşsın. Biz elmimiz, təhsilimizlə tanınmalıyıq. Azərbaycan gəncliyi öz elmi gücünü ortaya qoymalıdır. Təbii ki, dəstək çox önəmlidir. Bildiyimiz kimi xaricdə yaşayan təhsil alan azərbaycanlı gənclər ictimai fəaliyyətlə məşğul olurlar. Lakin önəmli bir günlə bağlı tədbir keçirmək istəyəndə bəzi vəsaitlərə ehtiyac olur. Bu vəsaitlərin qarşılanması üçün gənclərimiz bilmirlər kimə müraciət etsinlər. Bunun üçün üz tutacağımız quruma ehtiyac hiss edirik. İnanıram ki, birliyimiz daha çox güclənəcək, bəzi problemlər öz həllini tapacaq. sonda ulu öndər Heydər Əliyevin əsas bir fikrini demək istərdim: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Təbii ki, hər bir Azərbaycan gənci bu sözü unutmamalıdır. Azərbaycanımız üçün yaşayıb yaratmalı, öz elmini, təhsil səviyyəsini yüksəltməlidir”.

Fuad Hüseynzadə

Palitra.-2015.-8 aprel.-S.11.