“Müasir dərsi
əzbərçilik əsasında qurmaq
olmaz”
Təranə Mirzəyeva:“Müəllim
zamanın tələblərinə cavab
vermək, İKT-dən istifadə etməklə müasir dərs modelinin həyata
keçirilməsinə öz töhfələrini
verməlidir”
Layihə çərçivəsində müsahibimiz Göyçay şəhər 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Mirzəyeva Təranə Mirzə qızıdır. Təranə xanım müsahibəsində müasir dərs və yeni pedaqoji təfəkkürlə bağlı məsələlərə toxundu:
- Bu gün dəyişən cəmiyyətin dəyişən müəllimi və ya müasir cəmiyyətin müasir müəllimi olmaq istəyi bütün pedaqoji fəaliyyətdə olan müəllimlərin istəyi və arzusu olmalıdır. Çünki insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllimlər müstəsna rol oynayaraq cəmiyyətin şüurunu, yeniliklərə baxışını dəyişmək iqtidarına malikdirlər. Dərs özünün pedaqoji-psixoloji keyfiyyətləri ilə dövrünün bütün tələblərinə söykənir. Zaman-zaman məşhur pedaqoq və psixoloqlar dərsi müxtəlif tərəflərdən təhlil edərək ona həm nəzəri, həm də praktik cəhətdən hərtərəfli analiz etməyə çalışıblar. XXI əsr kreativlik əsridir. Bacarığa, istedada geniş yer verilən bu dövrdə müasir dərs anlamı necə başa düşülməlidir? Əməkdar müəllim, professor Əbdül Əlizadə yeni pedaqoji təfəkkürlə bağlı əsərində qeyq edib ki, müasir dərs pedaqogikanın ən yeni uğurlarına söykənməlidir. Müasir dərsə quru yanaşmaq, əzbərçilik əsasında onu qurmaq, vaxt çərçivəsində eynilik və s. kimi amillər müasir dünyanın müasir tələblərinə ziddir. Hər bir dərs öz dövrünə görə müasir olub, lakin XXI əsrin texnologiya və kompüter əsri olduğunu nəzərə alsaq, bu yanaşma daha da dərinləşir və bugünkü dərsə yanaşma üsul və metodlarında öz əksini tapır.
- Bu mənada İKT-nin tətbiqini necə dəyərləndirirsiniz?
- Müasir dərsi İKT-siz təsəvvür etmək bir az doğru olmazdı. Bu baxımdan orta məktəblərdə İKT-nin səmərəli tətbiqi üzrə bir çox dövlət proqramları işlənib hazırlanıb. Milli Strategiyanın icrası ilə əlaqədar Prezident İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nda da müasir İKT-dən istifadə etməklə keyfiyyətli təhsilə nail olmaq əsas məqsədlərdən biri və deyərdim ki, birincisidir. Bu gün respublikamızda İKT tətbiq etməklə təhsilin keyfiyyətinin daha da artırılmasına çox böyük önəm verilir. Müasir müəllim zamanın tələblərinə cavab vermək, İKT-dən istifadə etməklə müasir dərs modelinin həyata keçirilməsinə öz töhfələrini verməlidir. Burada müəllimin pedaqoji-psixoloji hazırlığı ilə yanaşı, onun informatik biliyə yiyələnməsi də vacib amillərdəndir.
-Müasir dərs necə təşkil edilməlidir?
- Müasir dərs yaradıcı mühitdə,
təfəkkürə və
həyati bacarıqların
formalaşmasına yönəlmiş
bir texnologiyadır. Burada öyrədən istiqamət
verəndir, o, öz fəaliyyətini tədqiqatçılıqla
başlayıb, yaradıcı
fəaliyyətlə, yeniliklə
başa vurur. Demokratik bir mühitin olması, şagird-müəllim, şagird-şagird
münasibətlərinin düzgün
qurulması, əməkdaşlıq,
problemlərin həllinin
yollarını özünün
və yoldaşlarının
köməkliyi ilə
axtarılması , bu yolda
özünün İKT bacarıqlarından
istifadə etməsi və s. bu kimi
məsələlər müasir
dərsə verilən
yeni bir tələbdir. Respublikamızın təhsil sahəsində
qəbul edilən bu və ya
digər dövlət
proqramları bu istiqamətdə öz inkişaf yolunu seçib.
“Ümumtəhsil məktəblərimizin
qarşısında duran
başlıca vəzifə
yaddaşyönümlü təhsildən
şəxsiyyətyönümlü təhsilə keçməklə
vətənpərvər, özü,
ailəsi və dövləti üçün
faydalı olmağı
bacaran məsuliyyətli
vətəndaşlar yetişdirməkdir”
Çağdaş insan yetişdirmənin ən doğru yolu şagirdi sinifdə təlimin obyekti kimi yox,
subyekti kimi qəbul edən şagirdyönümlü interaktiv
təlim metodlarından
və interaktiv fənlərdən bəhrələnməkdir. Ümumtəhsil məktəblərimizin qarşısında
duran başlıca vəzifə yaddaşyönümlü
təhsildən şəxsiyyətyönümlü
təhsilə keçməklə
vətənpərvər, özü,
ailəsi və dövləti üçün
faydalı olmağı
bacaran məsuliyyətli
vətəndaşlar yetişdirməkdir.
Müasir dövrdə
yeni texnologiyaların,
yeni təlim metodlarının tətbiqi
müəllimin, onun pedaqoji əməyinin, iş üslubunun dəyişməsi nəticə
etibarı ilə şagirdlərin iş üslubunun əsaslı şəkildə dəyişməsini
tələb edir. Yeni texnologiyalar şagirdlərin
hazır şəkildə
bilik almalarına, bu yolda onların
müstəqil axtarış
aparmalarına, onların
yaradıcı fəaliyyətlərinə,
təfəkkürə istinad
etmələrinə, öyrənmə
maraqlarına, nəzarət
və qiymətləndirməyə
münasibətlərini dəyişdirir,
fəaliyyətlərini yeniləşdirir.
Buradan belə bir qənaətə
gəlmək olar ki, pedaqoji texnologiya
sadəcə təlimdə
texniki vasitələrdən
və kompüterdən
istifadə dairəsi deyil. O, prinsipləri
aşkara çıxararaq
təhsilin keyfiyyətinin
yüksəldilməsinə xidmət edir. Müasir dərs və müasir zaman müəllimin qarşısında müasir
tələblər qoyur:
savadlı olmaq, elmi-texniki tərəqqidən
geri qalmamaq və pedaqoji fəaliyyətinə peşəkarcasına
yanaşmaq. Bugünkü dərs, yəni
müasir dərsin xarakteri onun problemli situasiya forması daşımasıdır.
Yəni şagird yeni dərsi bir problem kimi qəbul edir, onun həlli
yollarını axtarıb
tapır, bu yolda özünün texnoloji bacarıqlarından
sərbəst şəkildə
istifadə edir. Kollektiv şəkildə də bu tədqiqatlar özünü göstərə
bilər və bu, klassik pedaqogikanın
əsas qollarından biri kimi bu
gün də qalmaqdadır. Müasir dünyamız,
qeyd etdiyim kimi texnologiya, kompüter əsridir.
Bu isə informasiya
bolluğu deməkdir.
Müasir dərs bu informasiya bolluğunda sinifdəki şagirdin maraq dairəsini əhatə etməlidir.
Yəni dərs, özünün məzmunu və texnikiliyi ilə şagirddə maraq oyatmalı, onu axtarışlara sövq etməlidir. Müəllimin dərsin məzmununa uyğun üsul və metod seçməsi
də dərsin nə dərəcədə
keyfiyyətli keçməsinin
əsasıdır. Nəticəyönümlü dərs şagirdlərdə
dərsə, elmə,
yeniliyə maraq, həvəs yaradır və onda müəllimin
bu gün daha hansı üsulla, hansı problemi qoyması haqqında düşüncələrin
yaranmasına səbəb
olur. Başqa sözlə, müasir
dərs texnoloji biliklər vasitəsilə
təşkil olunan bir mexanizm kimi
qurulmalıdır. Müəllim yaradıcılığı, müəllim
istiqaməti və peşəkarlığı sinifdə
yaradıcı mühitin
yaradılması, bərabər
yanaşma, inkişafyönümlülük
və şagirdyönümlülük
kimi prinsiplərə söykənən peşəkar
bir münasibət olmalıdır və bütün bunların hamısı sonda pedaqoji tamlığın yaranması anlamına gəlir. Nəticədə də tez-tez
dəyişən cəmiyyət
və müasir dünya üçün tez uyğunlaşan, bu dəyişikliklər içərisində özünün,
ailəsinin və dövlətinin maraqlarını
qoruya bilən bir şəxsiyyət formalaşır. Bugünkü pedaqoji təfəkkür özündə müasir
dərsin müasir zaman daxilində bütün yeni, dəyişən tələblərə
cavab verə bilən bir sistem olmasını ehtiva edir.
Anar Miriyev.
Palitra. – 2015. – 7 aprel. – S. 11.