İctimai Komitə üzvü kimi mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baxış keçiririk

 

Əhməd Abbasbəyli: “Azərbaycanda cəzaçəkmə müəssisələrində ictimaiyyət nümayəndələri ilə keçirilən tədbirlər, qapalı sayılmayan sahələrə örnək ola bilər”

 

Ölkəmizdə dövlət oqranlarının fəaliyyətinə ictimai nəzarətin təşkili demokratiya göstəricisidir. Vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi, eyni zamanda şəffaflığın təmin edilməsi deməkdir. Hər bir dövlət orqanında olduğu kimi Ədliyyə Nazirliyində də ictimaiyyətlə qarşılıqlı fəaliyyətin təşkili üçün imkanlar yaradılır. Bu baxımdan Ədliyyə naziri yanında İctimai Komitə aktiv fəaliyyət göstərir. Elə müsahibimiz də Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəylidir.

 

- Ədliyyə sahəsində aparılan hansı yeniliklərin şahidi olubsuz?

-Həqiqətən də 3 ilə yaxın dövr ərzində Ədliyyə naziri yanında İctimai Komitənin üzvü olaraq ədliyyə sistemində, penitensiar xidmət səhəsində ciddi dəyişikliklərlə qarşılaşmışam. Bu, əsasən də məhkumların hüquqlarının qorunması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, məhkumların vaxtından əvvəl azadolunması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlıdır. Qeyd edim ki, son bir neçə il ərzində cəzaçəkmə müəssisələrində təmir-tikinti işləri aparılıb. Ümumiyyətlə, deyərdim ki, bu sahədə ən azı postsovet məkanında olan dövlətlər üçün örnək olacaq yeniliklər həyata keçirilib.

Hamının diqqətində olan bir məsələdir ki, mütəmadi olaraq dövlət başçısı tərəfindən əfv fərmanları imzalanır. Təkcə keçən il ərzində Prezidentin imzaladığı əfv fərmanları ilə 300-dən çox məhkum azadlığa çıxıb. Bu il isə Novruz bayramında verilən əfv fərmanı ilə 101 nəfər azadlığa buraxılıb. Bundan başqa ötən illərdə bir neçə dəfə amnistiya elan edilib. Bu amnistiya qərarları on minlərlə məhkuma şamil edilib.

Daha bir yenilik isə budur ki, Ədliyyə Nazirliyinin tərkibində nazirliyin məsul işçiləri və İctimai Komitənin üzvlərindən ibarət Komissiya yaradılıb. Komissiya məhkumların vaxtından əvvəl azadlığa buraxılması və cəzalarının yüngülləşdirilməsi məsələlərini araşdırır. Birbaşa məhkumların həmin Komissiyaya müraciət etməsi üçün şərait yaradılır və onlarla görüşlər keçirilir. Komissiyanın fəaliyyəti müddətində 2300-ə yaxın məhkum vaxtından əvvəl azad olunubya cəzası yüngülləşdirilib. Bu, digər məhkumlar üçünbir stimuldur. Doğrudan da bu proses istər məhkumlar, istərsə də məhkumların yaxınları tərəfindən çox yüksək qiymətləndirilib.

-Bu sahədə aşkarlıq və şəffaflıq nə dərəcədə təmin olunur?

-Elə yuxarıda adını çəkdiyim Komissiyanın fəaliyyəti ədliyyə sahəsində şəffaflığın yaradılması, məhkumların hüquqlarının qorunması baxımdan atılmış mütərəqqi addımdır. Bilirsiniz ki, dünyada qəbul olunmuş belə bir qayda var ki, cəzaçəkmə müəssisələri daha çox qapalı sistemdir. Azərbaycanda isə cəzaçəkmə müəssisələrində ictimaiyyət nümayəndələri ilə keçirilən tədbirlər, ümumiyyətlə, bu formada şəffaflıq, qapalı sayılmayan sahələrə belə, örnək ola bilər. Çünki ədliyyə sistemində elə bir sahə yoxdur ki, biz orda iştirak edə bilməyək. Hətta biz Ədliyyə Nazirliyinə işçilərin işə qəbulu prosesində iştirak edə bilirik. Buradakı proseslərdə də şəffaflığın yaradılması üçün ciddi addım atılıb. Bir neçə aydır ki, biz bu prosesə cəlb olunmuşuq. Bu mənada düşünürəm ki, çox müsbət işlər görülür. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında”qanunun qüvvəyə minməsi bu prosesi daha da sürətləndirir.

-Vaxtaşırı cəzaçəkmə müəssisələrinə gedirsinizmi?

-İctimai Komitə üzvü olaraq mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baxışlar keçiririk. Hər dəfə 20-30 məhkumla görüşümüz olur. Bu gorüşlərdə cəzaçəkmə müəssisəsinin heç bir nümayəndəsi iştirak etmir. Hər birini ayrı-ayrı dinləyirik. Onların şəraiti ilə tanış oluruq. Mən hər dəfə gedəndə müəyyən yeniliklərin şahidi oluram. Düzdür, problemlər də var. Bu, daha çox saxlanma şəraiti, səhhətlərində yaranmış narahatçılıqlar, təqaüdlərin alınması bağlı olan problemlərdir. Sirr deyil ki, bəzi sovet dövründən qalma cəzaçəkmə müəssisələri həddindən artıq köhnəlib, müasir standartlara tam cavab vermir. Bunu heç kim inkar etmir. Bu problemləri olduğu kimi qeyd etmək lazımdır. Bunu şəxsi ambisiyalarına çatmaqyaxud da nəyəsə nail omaq xətrinə şişirtmək düzgün deyil. Mən ölkədə hər bir həqiqi insan haqları müdafiəçisinə hörmətlə yanaşıram. Onların əksəriyyəti diqqətəlayiq işlər görürlər. Təəssüf ki, son bir neçə ay ərzində bu sahədə xoşagəlməz hallarla rastlaşırıq. Ən pisiodur ki, ölkədə fəaliyyət göstərdiyi müddətdə heç bir fəal vətəndaş mövqeyi ilə seçilməyən, nə siyasi fəaliyyəti, nə də vətəndaş cəmiyyətinin qurulması prosesində xidmətləri olmayan, həyata keçirdiyi tək-tük layihələri də yarıtmaz yerinə yetirən, amma son dövrlər müxtəlif səbəblərdən fürsətdən istifadə edərək Avropa ölkələrinin birində sığınacaq tapan bəzi “həmkarlarımız”, sərhədi keçən kimi demokratiya, insan haqları mücahidinə çevrilib ölkədə insan haqlarının pozulmasından danışırlar. Deyən lazımdır ki, əgər problem varsa sən niyə bu problemləri burada demirsən, niyə “haqq səsini” ölkədə ucaltmırsan, niyə heç olmasa bir nəfərin müdafiəsində iştirak etməmisən? Hər hansı problem varsa onu aradan qaldırmaq üçün, onun içində olmağa çalışmaq lazımdır, o cümlədən də insan haqlarını ölkədə olaraq müdafiə etmək lazımdır! Yoxsa bunu, min kilometrlərlə uzaqda oturmaqla, özlərindən virtual, yalançı “azadlıq mücahidiyaratmaq cəhdi, çörəkpulu qazanmaq naminə edilmiş hərəkətlər kimi qiymətləndirmək olar. Əsl insan haqları müdafiəçiləri istər bizim Vətənimizdə, istərsə digər ölkələrdə olsun, hətta bütün çətinliklərə dözərək ölkədə yaşayaraq mübarizə aparırlar. İnsan haqları müdafiəçisi olmaq üşün ən azı mənəvi haqq qazanmaq lazımdır.

-Sizin qaldırdığınız məsələlər aidiyyəti qurumlar tərəfindən həll edilirmi?

- Bəzən məhkumların bizə müraciətləri olur. Bu müraciətlər məhkumların səhhəti, təqaüdləri və s. ilə bağlı olur. Biz məhkumların bu problemləri ilə bağlı müvafiq qurumlara müraciət edirik. Onlar da əksər hallarda bu problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər. Onu da deyim ki, bir qayda olaraq bizim hər bir müraciətimizə dərhal reaksiya verilir.

-Məhkumların maarifləndirilməsi istiqamətində hansı işlər görürsüz?

- Bizim əsas diqqət etdiyimiz məsələlərdən biri də məhkumların maariflənməsidir. Biz bu istiqamətdə istər Bakıda, istərsə də regionlardakı cəzaçəkmə müəssisələrində tədbirlər keçiririk. Məqsəd həbsxanada olan gənclərin yaşayışıyla maraqlanmaq, onlara mənəvi dayaq olmaq, hüquqi yardım etmək, normal həyatla əlaqəsini qurmağa, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. CÇM-in əməkdaşlarının, eləcə də bələdiyyələrin, ictimai təşkilatların, gənclər təşkilatlarının, təhsil işçilərinin və ictimai fəalların iştirakı ilə keçirilən tədbirlərdə məhkumlar üçün mövzu ilə əlaqədar məruzələr dinlənilir, müzakirələr aparılır. Məhkumların sualları cavablandırılır, azadlığa çıxdıqdan sonra məhkumların sosial reabilitasiyası ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı məlumatlar diqqətə çatdırılır. Bu görüşlərdə məhkumlara maarifləndirici kitab, buklets. paylanılır.

 

Fuad Hüseynzadə

Palitra. – 2015. - 7 aprel. – S. 10.