Arzum Azərbaycanı hansısa ölkədə səfir qismində təmsil etməkdir”

 

 

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Əbil Hüseynovdur. Əbili digər xaricdə təhsil alan gənclərdən fərqləndirən cəhət odur ki, o, artıq ikinci ölkədə təhsil alır. Bu aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

 

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Əbil Hüseynov 1992-ci ildə Masallı rayonunda anadan olmuşam. İbtidai təhsilimi Masallı rayonunda almışam. Altıncı sinifdən yüksək göstərici ilə Bakı Özəl Türk Liseyinə qəbul oldum. 2009-cu ildə məktəbi bitirərək ali təhsilimi xaricdə davam etdirmək qərarına gəldim və bu yolda mənə ailəm ən böyük dəstək oldu. Gürcüstan Respublikası Beynəlxalq Qara Dəniz Universitetinə qəbul olundum. Təhsilimi 2014-cü ilə kimi universitetin Beynəlxalq əlaqələr bölməsinin Diplomatika fakültəsində davam etdirdim.

-Nə üçün məhz Gürcüstanı seçdiniz?

- Gürcüstanı seçməkdə məqsədim bizə bir çox baxımdan yaxınlığı, xüsusən də burada təhsilin iqtisadi baxımdan sərfəli olması idi. Onu da bildirim ki, xaricdə təhsil almaq bir çox gəncdə olduğu kimi, mənim üçün də uşaqlıq arzularından biri olub. Daim ona can atırdım ki, xarici ölkələrdən birində təhsil alıb, uğurlara imza atım və Azərbaycanımızı dünyada layiqincə təmsil edim. Gürcüstanda təhsil aldığım dövrdə SOCAR-ın səmərəli fəaliyyətini gördümbunu yüksək dəyərləndirirəm. Burada SOCAR istər yerli, istərsə də xarici tələbələrə təqaüd verir. Bu, Azərbaycanın dünya arenasında tanınmasında böyük rol oynayır, həmçinin artıq biz müəyyən mənada belə addımlarla əksər ölkələrin rəğbətini də qazanırıq. Gürcüstanın istənilən şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqələri ilə rastlaşmaq olar. Burada SOCAR-la yanaşı başqa şirkətlərin fəaliyyətini də yüksək dəyərləndirmək olar. Gürcüstanda təhsil aldığım dövrdə bu ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin anası Guliya Alasaniya bizə Gürcü tarixindən dərs keçirdibu, mənim üçün böyük avantaj idi. Belə bir savadlı və dəyərli şəxslə yaxın ünsiyyətdə olmaq mənə əlavə stimul verirdi və təhsilimə daha da bağlanırdım.

-Bəs necə oldu ki, Ukraynada təhsil almağa başladınız?

- Bir məqamı qeyd edim ki, mən təhsilimi ingilis dilində alırdım. Gürcüstanda təhsilim uğurlu olduğu üçün Amerikada 5 aylıq təcrübə keçdim. Amerikadan döndükdən sonra tələbə mübadiləsi proqramı ilə təhsilimi Ukraynanın Kiyev şəhərində Heyətin İdarə Olunması Akademiyasında davam etdirirəm. Onu da deyim ki, Ukraynanı seçməkdə məqsədim fərqli mədəniyyət, fərqli insanlar, fərqli düşüncələr oldubunlar inanıram ki, mənim gələcək həyatımda böyük rol oynayacaq. Amma təəssüflə qeyd edə bilərəm ki, Ukraynanın təhsil sistemində bəzi boşluqlar hələ də var. Amma bu problemlərin aradan qaldırılması istiqamətində də böyük addımlar atılır. Tarix boyu bu ölkə təhsil sahəsində böyük nailiyyətlərə qazanıb, hətta Sovet İttifaqı dönəmində belə, Ukraynadan tanınmış tibb işçiləri, elm adamları, lazımlı kəşflərin müəllifləri çıxıblar. Ona görə də, buradakı təhsili pis adlandırmaq olmaz.

-Konkret olaraq təhsil aldığın ali təhsil ocağında vəziyyət necədir?

-Təhsil aldığım akademiyada 1000-dən çox xarici tələbə təhsil alır. Deməli təhsildə olan inkişafın nəticəsidir ki, tələbələrin Ukraynaya axını varbu gün də yaranmış gərgin siyasi duruma baxmayaraq əcnəbi tələbələr bu ölkəni seçməkdə davam edirlər. Bundan başqa elektron kitabxanalar, professorlarla internet vasitəsi ilə mütəmadi əlaqə, onlayn kurslars. də əlbəttə ki, təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Tələbələrə tam müstəqillik verilməsi də zənnimcə, təhsil sisteminin əhəmiyyətli göstəricilərindəndir. Tələbə istədiyi vaxt mühazirənin ortasında professorun sözünü saxlayıb sual verir və sualına ətraflı cavab alır. Burada tələbənin fikrinə hər zaman hörmət və həssaslıqla yanaşılır. Ukrayna təhsil sisteminin digər maraqlı cəhəti burada tələbələrə individual olaraq yanaşılmadır. Akademiyaya daxil olduğum zaman burada Heydər Əliyev adına Sosiologiya İnstitutunun fəaliyyətini görəndə çox təəcübləndim və çox sevindim. Demək ki, bu, bizim xaricdə olan gücümüzün bir bariz nümunəsidir. Hətta Gürcüstanla bağlı xüsusi qeyd etdiyim məqamı Ukraynada da qeyd edərdim ki, burada SOCAR-ın fəaliyyət göstərdiyini görəndə təəccübləndim. SOCAR buraya böyük investisiyalar yatırır. Bu isə bizim xarici arenada tanınmağımıza böyük dəstək verir. Müəyyən mənada bunu bir təsir vasitəsi kimi də dəyərləndirmək olar.

- SOCAR-ın fəaliyyətini xüsusi qeyd etdiniz. Bəs Ukraynada ictimai işlərlə bağlı vəziyyət necədir?

-Burada ictimai aktivliyimiz də yüksək səviyyədədir. Ukraynada çoxlu sayda diaspor təşkilatlarımız fəaliyyət göstərir və hamısı da yüksək dərəcədə aktivdirlər. Əsasən də, Dağlıq Qarabağ mövzusunda cəmiyyətin maarifləndirilməsi üçün böyük işlər görülür. SAMU-nun da fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bu qurum 26 fevral Xocalı soyqırımı ilə bağlı böyük miqyaslı tədbirlər həyata keçirdi. Bizim gənclərimiz də bu təşkilatlara öz töhfələrini verirlər. Bundan əlavə, gənclərimiz bildiyiniz kimi Ukraynada təşkil olunan müxtəlif istiqamətli yarışmalara aktiv şəkildə qoşulurlar. Hətta bir müddət öncə bir musiqi yarışmasına azərbaycanlı gənc istedadın uğurlu şəkildə qoşulmasından nəinki bütün Ukrayna, hətta Azərbaycan və Rusiya da söz açdı. Konkret olaraq özümün aktivliyimə gəldikdə isə Gürcüstanda təhsil aldığım dövrdə Gürcüstan-Azərbaycan Konqresinin üzvü idimorada çox tədbirlərdə iştirak edirdim. 28 May Qələbə Günü ilə bağlı keçirilən tədbirdə aparıcı qismində iştirak etmişdim. Ukraynada Akademiyamızda isə Azərbaycanla bağlı keçirilən tədbirlərdə aktiv iştirak edirəm.

- Elə bir ölkədə təhsilinizi davam etdirirsiniz ki, hazırda bu ölkədə ağır iqtisadisiyasi böhran yaşanır. Bunun təhsilə və digər sahələrə hansı mənfi təsirlərini hiss edirsiniz?

- Haqlısınız. Ukrayna öz tarixinin ən ağır sınağı ilə üz-üzə qalıb. Hazırda Ukrayna ağır günlərini yaşayır və bu ölkədə hər il arzuolunmaz proseslər gedir. Buna baxmayaraq hazırda döyüşlərin getdiyi bölgədə təhsil alan tələbələr belə paytaxt Kiyevdə təhsillərini davam etdirirlər. Bu da Ukraynanın təhsilə olan marağının nümunəsidir. Ukraynada atəşkəs olsa da deyərdim ki, hazırda qızğın döyüşlər davam edirinsanlar sona qədər inamlarını itirmirlər ki, ölkədə parçalanma olmayacaq. İtirilmiş torpaqlar isə hər hansı bir formada yenidən geri qayıdacaq. Biz tələbələr də bunun bir gün real olacağına ümid edirik. Çünki heç bir tələbə istəməz ki, oxuduğu ölkədə müharibə olsun. O da düzdür ki, son proseslərə görə, iqtisadi cəhətdən Ukrayna çox geriləyib.

-İki fərqli ölkənin təhsili ilə tanış olan biri kimi xaricdə təhsil almaq istəyən gənclərə hansı tövsiyələriniz olardı?

-Gənclərə məsləhətim bu ola bilər ki, Ukraynanı, Gürcüstanı və yaxud da başqa bir ölkəni təhsil üçün seçəndə diqqətli olsunlar. Fərqli din, mədəniyyət, dil və ölkə ilə tanış olacaqları zaman buna adaptasiya olmaq lazımdır. Buna da hazır olmalıdırlar. Əslində bu da gənclərə böyük avantaj yaradır. Konkret olaraq UkraynaGürcüstana gəldikdə isə iki ölkə arasında böyük fərq var. İstər mədəniyyət ,istərsə də maarifləndirilmədə bu hiss olunur. Həm zahirən, həm də daxili baxımdan- düşüncələrdə bizim gənclərlə ukraynalılar arasında çox böyük fərqlər var. Mentalitet fərqi çox böyükdür. Ukraynada gənclər daha sərbəstdirlər, digərlərinin onlar barədə nə düşünəcəyi barədə fikirləşmirlər, valideynlərindən o qədər asılı deyillər. Məsələn, bir çox ailələrdə gəncin 18 yaşı olanda sərbəst şəkildə universitetdə təhsil alır ya da işləməyə başlayır. O vaxtdan onlar artıq öz xərclərini özləri ödəyirlər, öz problemlərini özləri həll edirlər və valideynlərindən müstəqil yaşayırlar. Bu kimi fərqlər lap çoxdur. Azərbaycanlı gənclərə məsləhət verməyə dəyməz, əslində bizim gənclər istənilən mühitə adaptasiya ola bilirlər. Dünya coğrafiyasına nəzər saldıqda görürük ki,

istənilən ölkədə bizim gənclər var və təhsillərini uğurla davam etdirirlər. Dinimizin və mədəniyyətimizin fərqi gözəçarpacaq qədər olsa belə, bu, onların fəaliyyətinə və təhsillərinə təsir etmir.

-    Sonda bizə sözünüz, arzuya təklifiniz nə ola bilər?

-Öncə rəhbərliyinizə təşəkkürümü bildirirəm ki, xaricdə təhsil alan gənclərimizə belə diqqət ayırıb önəm verir. Uzun illər bizdə xaricdə təhsil alan gənclərlə bağlı belə geniş yazılar dərc olunmayıb. Belə ilkə imza atmağınız peşəkarlığınızdan və bizə verdiyiniz dəyərdən xəbər verir. İkincisi isə təklifim odur ki, xaricdə təhsil alıb Vətənə qayıdan gənclərimiz üçün də ayrıca bir rubrika açardınız ki, onların sonrakı fəaliyyəti də diqqətdə saxlanılsın və bu kimi gənclər də cəmiyyətimizə uğurla təqdim olunsunlar. Təhsil aldığım sahə Azərbaycanda çox güclü inkişaf edib və düşünürəm ki, bu sahədə ölkəmizdə çox rahat tapa biləcəyəm. Ən böyük arzum odur ki Azərbaycanı hansısa bir ölkədə səfir qismində təmsil edəm.

 

 

Tural Tağıyev

Palitra. – 2015. – 7 aprel. – S. 6.