Məktəb psixoloqlarının fəaliyyətini nizamlayan əsasnaməyə ehtiyac var

 

Təhsil Problemləri İnstitutunda Bakı şəhərinin Xətai, Nizami, Suraxanı rayonlarının məktəb psixoloqları ilə "Təhsil sistemində psixoloji biliklərin tətbiqi" mövzusunda təlim kursu keçirilib

Müasir dövrdə tədris və tərbiyə müəssisələrində psixoloqların olmasına böyük ehtiyac var. Bu mənada məktəblərdə psixoloqların olması təhsil prosesinin keyfiyyətli təminatında əhəmiyyətli rol oynayır. Əvvəllər bu sahəyə maraq bir o qədər olmasa da, son illər istər təhsil ocaqlarında, istərsə də digər yerlərdə psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda məktəb psixoloqları ilə bağlı məsələlərə toxunacağıq. Qeyd edək ki, məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktikpsixodiaqnostik prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir.

 

Məktəb psixoloqu uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir. O, şagirdlərin yaşinkişaf səviyyələrini müəyyənləşdirərək onları ibtidai təhsil pilləsindən ümumi orta, tam orta təhsil pillələrinə və peşə məktəblərinə keçərkən psixoloji müayinə etməli, müəllim, valideynustalarla birlikdə uşaqlarla fərdi proqramını işləyib hazırlamalıdır. Psixodiaqnostik zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntularapis davranışa meyilli olan uşaqları, habelə ümumixüsusi istedadlı uşaqları üzə çıxarmalıdır. Alkoqolizmin, narkomaniyanın, cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik aparmalıdır. Məktəb psixoloqları uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərə və tərbiyəçilərə, təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı uşaqlara məsləhətlər verməlidir.

 

Psixoloqlar təhsil sistemində aparılan kurikulum islahatlarına cəlb olunmalıdır

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Bakı şəhərinin Xətai, Nizami, Suraxanı rayonlarının məktəb psixoloqları ilə "Təhsil sistemində psixoloji biliklərin tətbiqi" mövzusunda təlim kursu keçirilib. Kursun gedişində məktəbdə psixoloji biliklərin təbliği, maarifləndirmə və profilaktika, təhsil prosesi iştirakçılarının diaqnostikası və korreksiyası, onlarla təşkil edilən psixoloji konsultasiyaların xüsusiyyətləri, konsiliumların təşkili qaydaları haqqında məlumatlar verilmiş, praktik yolları öyrədilib. Təlim kursları psixologiyayaş fiziologiyası şöbəsinin elmlər doktoru proqramı üzrə əyani doktorantı, dosent Limunət Əmrahlı tərəfindən aparılıb. Təlim müddətində məktəb psixoloqlarının təhsil sistemində aparılan kurikulum islahatlarına cəlb olunmalarına daha çox diqqət yetirilib. Bu məqsədlə kurikulumun əsas məqsədi olan şagird şəxsiyyətinın formalaşdırılması və koqnitiv bacarıqların yaradılması prosesində məktəb psixoloqlarının üzərinə düşən vəzifələri aydınlaşdırılıb. Kursun gedişində müasir psixologiyanın ən aktual məsələləri, həmin məsələlərin tədris prosesi ilə əlaqələndirilməsi, insan şəxsiyyətinə koqnitivtranspersonal yanaşmalar haqqında da mühüm məlumatlar verilib. Qeyd edilib ki, məktəb psixoloqları ilə aparılan bu tipli təlimlər məktəb mühitinin psixolojiləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Limunət Əmrahlı tədbir zamanı bildirib ki, məktəb psixoloqlarının Təhsil Nazirliyinin köməyinə və dəstəyinə böyük ehtiyacı var: “Xüsusilə məktəb psixoloqlarının fəaliyyətini nizamlayan Əsasnamənin təsdiq edilməsi, bu əsasda hüquqi və təlimati sənədlərin işlənməsi, müvafiq strukturların yaradılması olduqca vacibdir”. Kursun sonunda ARTPİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov kursu uğurla başa vuran iştirakçılara Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun sertifikatlarını təqdim edib. Təqdimatda ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri. ARTPİ-nin Psixologiyayaş fiziologiyası şöbəsinin baş elmi işçisi, psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev, ARTPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət, Təhsil Texnologiyaları Mərkəzinin müdiri Muxtar Həsənov və institutun əməkdaşları iştirak ediblər.

 

Milli kurikulumun məzmununda da 12 illik təhsilə keçidlə əlaqədar müəyyən yeniliklər olacaq

 

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Məktəbəqədər təhsil üzrə kurikulum beynəlxalq kontekstdə" mövzusunda təqdimat da dinlənilib. ARTPİ-nin direktor müavini Ənvər Abbasov dinləniləcək mövzunun vacib sahələrdən biri olduğunu vurğulayıb. O, məktəbəqədər təhsilin bünövrə təhsili və ən əsası gələcək inkişafa təsir edən bir sütun kimi ən önəmli sahələrdən olduğunu deyib. “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB-nin icraçı direktoru Ülviyyə Mikayılova kurikulum, onun əsas elementləri və beynəlxalq konteksdən baxış, xüsusilə də Şimali Amerika, Skandinaviya və Qərbi Avropa ölkələrində kurikulumlar barədə təqdimatla çıxış edib. Məruzəsində araşdırma apardığı xarici ölkələrdəki kurikulumlarda mövcud nəticəyönümlülük və ən önəmlisi olan şəxsiyyətyönümlülüyü əhatə edən proqramlar barədə söz açıb. Diqqətə çatdırılıb ki, kurikulumun formalaşmasına aşağıdakı əsas faktorlar təsir edir: uşaqların erkən yaş dövründə əldə olunası vacib bacarıq və biliklər haqda mövcud təsəvvürlər, bilik və bacarıqların əldə edilməsi prosesində uşaqların rolu, uşağın və uşaqlıq dövrünün dəyəri, uşaq inkişafı və öyrənməsi nəzəriyyələri, dominant pedaqoji konsepsiyalar, dominant kurikulum ideologiyaları, maksimum səmərəsi olan öyrənmə prosesinin təşkili, öyrədiləsi məzmun, inzibati prosedurlar. Xarici kurikulumları araşdırarkən belə qənaətə gəlinib ki, bəzi xarici ölkələrdə kompetensiya yönümlü kurikulum nəticə yönümlü kurikulumla əvəz olunur. O da bildirilib ki, kurikulumların yaranmasına təsir göstərən əsas faktorlardan biri də ideologiyadır. İdeoloji nöqteyi nəzərdən neytral kurikulum mövcud deyil. Kurikulum müəlliflərin fəlsəfi, siyasi baxışları, pedaqoji, dəyər və inancları yaratdıqları kurikuluma təsir edir,- deyə vurğuladı. Erkən yaş dövrünün təhsili kurikulumunda tədqiqatların rolunun olduğunu deyən Ülviyyə xanım yaxın gələcəkdə milli kurikulumun məzmununda da 12 illik təhsilə keçidlə əlaqədar olaraq müəyyən yeniliklərin əlavə olunmasını təklif edib. Sonda təqdimatın mövzusuna dair verilən suallar cavablandırılıb və maraqlı təkliflər verilib. Təqdimatda ARTPİ-nin direktor müavini Ənvər Abbasov, Təhsil Nazirliyi Məktəbəqədər və ümumtəhsil şöbəsinin məktəbəqədər sektorunun müdiri Nərminə Alnağıyeva, MTTYM- in rəhbəri Elmina Kazımzadə, institutun şöbə müdirləri, ali məktəb müəllimləri, dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları, məktəb müəllimləri iştirak ediblər.

 

Anar Miriyev

Palitra.-2015.-10 aprel.-S.11.