“Təhsilin inkişafı məni bu sahəyə yönəltdi”

 

Nigar Abdullayeva: “Gələcəkdə öz psixoloji mərkəzimi açmağı planlaşdırıram”

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və təhsildə sosial-psixoloji xidmət fakültəsinin III kurs tələbəsi Nigar Abdullayevadır:

 

-Mən 9 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlığımdan həmişə həmyaşıdlarımdan seçilmişəm, hətta bağçada aktiv iştirakımla digərlərinə örnək olurdum. 2001-ci ildə Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının birinci sinfinə getmişəm. Məktəbdə əlaçı şagird olduğum üçün şəklim həmişə “Şərəf lövhəsi”ndən asılırdı. Valideynlərimi, müəllimlərimi öz uğurlarımla sevindirməyi çox sevirdim. Ən çox marağım humanitar fənlərə idi, riyaziyyatı sevməsəm belə oxuyurdum ki, əlaçı ola bilim. Məktəbdə rus, ingilisfars dillərini keçirdik. Ən yaxşı rus dilini bildiyim üçün sinif yoldaşlarıma həmişə kömək edirdim. Məktəb tədbirlərində çox zaman aparıcı qismində çıxış edirdim.

- İxtisas seçimi ilə bağlı necə qərar verdiniz?

- Uşaqlığımda mənə danışılan nağıllarda, baxdığım cizgi filmlərində həmişə xeyirxah rollarda özümü təsəvvür edirdim, sehrli pəri olub, insanlara kömək edib, onları xoşbəxt etməyi xəyal edirdim. Hətta həmişə mənə sual verəndə ki, böyüyəndə nə olacaqsan? İnsanlara kömək edəcəm,- deyirdim. Həqiqətən, elə də oldu. Elə bir peşəni seçdim ki, orada məhz mən istədiklərimin hamısı cəmlənib. Belə bir atalar sözü var: “Niyyətin hara, mənzilin ora”. Təhsilin inkişafı məni bu sahəyə yönəltdi. 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və təhsildə sosial-psixoloji xidmət fakültəsinə qəbul oldum. Hazırda III kurs əyani şöbədə təhsil alıram.

- İxtisasınız psixoloqdur, gələcəkdə bu sahədə çalışmağı planlaşdırırsınız, yoxsa başqa seçiminiz var?

- Bəli, psixoloq olub xalqıma, cəmiyyətimə lazımlı bir mütəxəssis kimi fəaliyyət göstərmək arzusundayam. Bu peşəmlə milyonlarla problemi olan insanlara əlimdən gələn köməyi əsirgəməyəcəm. Gələcəkdə hətta öz psixoloji mərkəzimi açmağı planlaşdırıram.

- Bu gün təhsillə yanaşı, ictimai işlərdə də çalışırsınız. Bu işlərə maraq sizdə necə yaranıb?

- Bu, artıq məndə uşaqlığımdan formalaşıb. Daima seçilməyi, lider olmağı çox sevirdim. Bu xüsusiyyət mənə anamdan keçib. Uşaqlığımdan daima evdə olan anamın keçirdiyi ictimai tədbirlərin fotoşəkillərinə baxaraq bu barədə çoxlu məlumat toplayırdım bu sahəyə olan maraq məndə günü-gündən artırdı. İnstituta daxil olduqdan sonra artıq bu marağı inkişaf etdirərək öz fəallığımla seçilməyə başladım. Elə birinci kursdan öz fəallığımla fərqlənərək, Tələbə Həmkarlar İttifaqının qrup üzrə Tələbə Gənclər İttifaqının İnsan Resursları üzrə departament sədri seçildim. Öz fəallığıma görə, institut rəhbərliyinin rəyi ilə bir çox elmi televiziya verilişlərində çıxışlar edirdim.

 

Psixoloq olub xalqıma, cəmiyyətimə lazımlı bir mütəxəssis kimi fəaliyyət göstərmək arzusundayam

 

Tələbə Elmi Cəmiyyətinin fəal üzvüyəm. I kursda Tələbə Elmi Cəmiyyətinin iclasında Slavyan Universitetində keçiriləcəkMüasir tərcüməşünaslığın mədəniyyətşünaslığın aktual problemlərimövzusunda XI Respublika tələbə elmi-praktik konfransı barəsində bizə məlumat verildi. Təbii ki, əvvəl iştirak etmək istəmirdim, çünki bu konfransda magistrlər, doktorantlar artıq bu sahədə təcrübəsi olan tələbələrin qarşısında çıxış etmək mənə çətin görünürdü. Amma sonunda bu çətinliyi dəf edərək səylə hazırlaşıbAzərbaycan mədəniyyətinin dünyada təbliğində Heydər Əliyev Fondunun roluadlı məqalə ilə çıxış etdim ilk uğurumu qazanaraq diplomla təltif olundum, hətta yazdığım məqalə çap olundu. Bu, artıq mənim öz potensialıma olan inamımı daha da artırdı yeni uğurlarıma gedən yolda işıq rolunu oynadı. İlk uğurum növbəti nailiyyətlərimə imza atdı. Bundan başqa, Azərbaycan Memarlıq İnşaat Universitetinin elmi konfransının III dərəcəli diplomu ilə təltif olundum. Bu mövzuda məqaləm nəşr olundu. Həmçinin 2013-cü ildə institutumuzun Tələbə Gənclər Təşkilatında göstərdiyim uğurlu fəaliyyətimə görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən diploma layiq görüldüm. 23 iyun tarixindəGənclər Ali Baş Komandanın Əmrinə Hər An Hazırdırdevizi altında Hərbi Vətənpərvərlik düşərgəsində keçirilənBreyn-Rinqintellektual oyununda II yeri tutduğuma görə, Bakı Şəhər Gənclər İdman Baş İdarəsi tərəfindən diplomla, 14 martda təşkil olunmuşNovruz bayramıtədbirində ictimai fəaliyyətimlə fərqləndiyimə görə, Nərimanov Rayon Gənclər İdman İdarəsi Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olundum. Bundan başqa, 7 mayda Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin konfransındaHeydər Əliyev Azərbaycanmövzusunda çıxışıma görə sertifikata layiq görülmüşəm. 4 dekabrda isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Tələbə Həmkarlar Təşkilatının təşkil etdiyi “QİÇS nədir QİÇS- mübarizənin yollarıhaqqında təlimdə fəal iştirakıma görə sertifikatla, 5 mart 2014-cü ildə Azərbaycan Slavyan UniversitetininFilologiya elminin aktual problemləriadlı V beynəlxalq tələbə elmi konfransında iştirakıma görə diplomla təltif olundum. Nəhayət, 1 fevral 2015-ci il tarixində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində həyata keçirilənSəhv son deyiladlı layihəsində iştirakıma görə sertifikata layiq görüldüm. 22 fevral tarixdə isəGənclər üçün fövqəladə hallarla bağlı Qış Universitetiadlı layihədə iştirakıma görə, sertifikat qazandım. Bundan əlavə, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi tədbirlərdə fəal iştirak edərək öz çıxışlarımla daima seçilirəm. Bütün qazandığım uğurlarıma görə, ilk öncə Allaha, sonra isə ailəmə, xalama müəllimlərimə minnətdaram. Hər çıxışa hazırlanarkən atamın müəllimləriminSənə inanıramkəlməsini deməyi məni daha da ruhlandırır, özümə olan inamı məsuliyyətlilik hissini daha da artırırdı.

- Bəs ictimai işlərin çoxluğu dərslərinizə mane olmurmu?

- Təbii ki, xeyr. Hər şey insanın öz əlindədir, insan istəsə hər şeyin öhdəsindən gələ bilər. Mən həm əlaçıyam, bir çox dilləri, o cümlədən rus, ingilis, ərəb dillərini bilirəm. Bundan əlavə, bir çox psixoloji təlimlər təşkil edirəm. Yaxın zamanlarda yazdığım əsəri nəşr etdirməyi planlaşdırıram. Əsas insan üçün həvəsdir, mən gördüyüm bütün işləri həvəslə edirəm.

- Dövlətin gənclər siyasəti sizi qane edirmi? Bu sahə ilə bağlı hansısa təklifiniz varmı?

- Bu gün müasir Azərbaycan gənci ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatın hər bir sahəsində üstün mövqe tutur. Azərbaycan mədəniyyətini bütün dünyada tanıtmaq üçün çoxlu konfranslarda, festivallarda, forumlarda fəal iştirak edirlər. Bu da Azərbaycan gənclərinin Vətənə, millətə sevgi, öz soykökünə, xalqının milli adət-ənənələrinə bağlı olması ruhunda yetişdirilməsinin bariz nümunəsidir. Məhz gənclərimiz sayəsində “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda yüksək səviyyədə keçirildi. Bura təşrif buyuran qonaqları Azərbaycanımızla tanış etmək, onlara tarixi abidələrimiz, mədəniyyətimiz s hər bir sahədə məlumatlandırmaqda yaxından iştirak etmişdilər. Bu danılmaz faktdır ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Bu gün Azərbaycan gəncləri təkcə dövlətlər arasında yox, həmçinin şəxsi dostluq münasibəti qurur, dövlətimizi layiqincə təmsil edirlər. Məhz gənclərimizin səyi nəticəsində 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bir daha müasir Azərbaycan gəncinin uğurundan xəbər verir. Son zamanlar Prezidentimizin gənclərlə bağlı apardığı uğurlu siyasətin nəticəsi olaraq gəncliyimiz günü-gündən daha çox inkişaf edir dünya gəncliyinə adaptasiyasına uğurla irəliləyir. Bu yolda Heydər Əliyev Fondunun, İdman Gənclər Nazirliyinin rolu əvəzsizdir. Prezident İlham Əliyevin mətin iradəsi böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə Olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Təklifimə gəldikdə isə istərdim ki, uşaq evlərində böyüyən uşaqlarla psixoloji təlimlər təşkil olunsun, mən orada məmnuniyyətlə iştirak etmək istərdim. Bilirsiniz, hamıdan çox onların buna ehtiyacı var, çünki qədər qayğı göstərilsə belə, onların sırf psixoloji yardıma ehtiyacları var.

- Gənclər bu gün sosial şəbəkələrdə çox aktivdirlər, əksəriyyəti vaxtının çoxunu sosial şəbəkələrdə keçirir. Bəs siz necə sosial şəbəkələrdə aktivsinizmi burada ən çox hansı mövzulara maraq göstərirsiniz?

- Bəli, mən sosial şəbəkələrdə çox aktivəm. Bir çox təlimlərimin elanını məhz sosial şəbəkələr vasitəsi ilə yayıram, mövzular yazıram, öz ixtisasım barədə əlavə məlumatları oxuyub tərcümə edirəm dünya faktları, tarixi haqqında maraqlı məlumatlar əldə edirəm. Bundan əlavə, Həmkar Gənclər səhifəsinin idarəçisiyəm. Hazırda yeni bir psixoloqlar səhifəsinin açılışı üzərində çalışıram.

Sonda sözlərimi ulu öndərimizin hikmətli bir sözü ilə bitirmək istərdim: “Gələcək gənclərin çiyinləri üzərində qurulub”. Heydər Əliyev gələcəyin gənclərin əməyi zəhməti bahasına formalaşacağını dəqiq bilirdi. Bilirdi ki, sağlam təfəkkürə düşüncəyə sahib olan gənclik bütün maneələri dəf etməyə qadirdir.

 

N. Abdullayeva

Palitra.-2015.-18 aprel.-S.11.