Şagirdlər ev tapşırıqlarına nə qədər vaxt sərf etməlidir?

 

“Şagirdlərə bir az rahatlıq, səlahiyyət verilsə, bir az bacarıq formalaşdırılsa, onlar özləri lazım olan informasiyanı lazımi şəkildə qəbul edə biləcəklər. Sadəcə bu informasiyanın harada olduğunuonu necə götürmək lazım olduğunu şagirdlərə başa salmaq lazımdır”

Təhsil sahəsində yeni innovasiyaların tətbiq edilməsi müasir dövrün tələbidir. Yeni texnologiyalardan istifadə etməklə təhsilin səviyyəsini artırmaq dövlətin gələcək inkişafı üçün çox vacibdir. Ümumiyyətlə, yeni dövrdə istər məktəblərdə, istərsə də ali təhsil müəssisələrində tədris prosesinə yeni yanaşma ortaya qoyulmalıdır. Bu yanaşma, xüsusilə keçmiş sovet məkanı ölkələrində özünü daha qabarıq göstərir. Sovet təhsil sistemindən sonra yeni mərhələyə keçən və Bolonya prosesinə qoşulan ölkələr hələ də yeni təhsil sisteminin axtarışındadır. Yeni tədris proqramlarının tətbiq edilməsi, dərs saatlarının bəzən azaldılması, bəzən isə çoxaldılması və sair bu kimi məsələlər hələ də tam şəkildə həllinin tapmayıb.

Layihə çərçivəsində təqdim etdiyimiz bu yazıda qeyd edilən məsələlərlə bağlı bəzi yeniliklərə, təkliflərə toxunacağıq. Əvvəlcə onu qeyd edək ki, qonşu Rusiyada bu məsələ ilə bağlı cəmiyyətdə qızğın müzakirə gedir. Bu müzakirələrin başlamasının səbəbkarı isə baş nazirin müavini Olqa Qolodeçin verdiyi açıqlama olub.

 

Heç bir bilik verməyən boş dərslərdən yaxa qurtarmaq lazımdır”

 

Hökumət rəsmisi bəyan edib ki, məktəb proqramını sıxlaşdırmaq lazımdır. Qolodeç bu fikrini Rusiya Təhsil və Elm Nazirliyinin genişləndirilmiş iclasında bir daha təkrarlayıb. Nazir müavini çıxışında təhsil işçilərindən tədris proqramlarının effektivliyini artırmağı tələb edib. Qolodeç çıxışında bildirib ki, heç bir bilik verməyən boş dərslərdən yaxa qurtarmaq lazımdır: “Biz təhsil proqramlarımızın nə qədər effektli olması ilə bağlı analizlər aparmalıyıq. Artıq bu istiqamətdə bəzi işlər həyata keçirilib. Bəzi proqramların effektli olması artıq təsdiqini tapıb. Amma ümumilikdə araşdırmalıyıq ki, bizim təhsil proqramlarımız uşaqlara sürətli, maraqlı və yüksək səviyyəli bilik verə bilirmi? Biz bu prosesə sərf olunan vaxtla bağlı bir qədər diqqətli olmalıyıq. Məsələ ondadır ki, bəzən bizim şagirdlərimiz vaxtlarını məktəbdə keçirərək ev tapşırıqlarının həlinə böyük insanların işə sərf etdiyi vaxtdan çox zaman həsr edirlər”. Baş nazirin müavininin bu çıxışından sonra Rusiya KİV-lərində, sosial şəbəkələrdə yeni təkliflərlə bağlı qızğın müzakirə gedir. Rusiya təhsil sistemi, tədris prosesinə yanaşma Azərbaycanla oxşar olduğundan orada qaldırılan problemlər bizim üçünmaraq kəsb edir. Rusiyanın Təhsil və Elm Nazirliyi yeni təklif təqdim edib. Həmin təklifə əsasən, şagirdlərin ev tapşırıqlarının həllinə sərf etdiyi vaxtla bağlı konkret standartlar təyin edilir. Belə ki, aşağı sinif şagirdləri üçün 1,5 saatdan, yuxarı sinif şagirdləri üçün isə 3.5 saatdan çox olmamaq şərti ilə zaman müəyyən edilməsi təklif edilir.

 

“Məktəblərdə musiqi dərsinin saatlarını artırırıq, amma məktəbi bitirəndən sonra həmin dərsin dinləyiciləri nə oxuya bilir, nə də rəqs edə”

Olqa Qolodeç məktəb proqramlarının sıxlaşdırılmasını təklif edir. Baş nazirin müavini hesab edir ki, məktəb proqramlarının sıxlaşdırılması müəllimlərin daha yaxşı dərs verməsinə, şagirdlərin isə daha keyfiyyətli mənimsəməsinə səbəb olacaq: “Kiminsə yaxşı dərs keçə bilməməsinə görə əlavə dərs saatlarının tətbiq edilməsinə nə ehtiyac var? Biz əlavə dərs saatlarından qurtulmalıyıq. Bizim tədris proqramlarımızda boş dərsə yer olmamalıdır. Məktəblərdə musiqi dərsinin saatlarını artırırıq, amma məktəbi bitirəndən sonra həmin dərsin dinləyiciləri nə oxuya bilir, nə də rəqs edə. Biz cəmiyyətə effektiv təhsil proqramı, komfortlu təhsil verməliyik”. Baş nazirin müavininin bu açıqlamasını dəyərləndirən ekspertlər hesab edir ki, artıq yeni nəsil təhsil standartlarının tətbiq edilməsinə hazırlıq gedir. Rusiyanın məşhur təhsil eksperti, təhsilin İnkişafı üzrə Federal İnstitutun rəhbəri Aleksandr AsmolovVzqlyad” nəşrinə verdiyi açıqlamada bildirib ki, baş nazirin müavini yeni təhsil standartlarının nələri əhatə edəcəyini ifadə edib: “Yeni innovativ texnologiyaların tətbiq edilməsi şagirdlərin dərsə olan marağını daha da artıracaq. Şagirdlərin və müəllimlərin dərsə motivasiyasının yüksək olması həlledici məqamdır. Yeni təhsil standartlarında bu məqam mütləq nəzərə alınacaq. Təhsil proqramlarında da bəzi dəyişikliklərin olması nəzərdə tutulur. Təhsil sahəsində yeni islahatlar artıq mərhələ-mərhələ tətbiq edilir. İlk mərhələ 2018-ci ilə qədər davam edəcək. Əvvəlcə aşağı siniflərdə, daha sonra yuxarı siniflərdə yeni standartlar tətbiq ediləcək. Bu gün ölkədə olan müəllimlərin 2/3-si artıq yeni peşəkar standartlara keçib ki, bu da müsbət məqamdır”. Moskva Təhsil Mərkəzinin direktoru Yefim Raçevski bildirib ki, hələ indiyə qədər ölkənin təhsil sistemində bu qədər kəsirlə işləyən təhsil proqramı olmayıb. Onun sözlərinə görə yeni təhsil standartlarının tətbiqinə gələn ildən artıq 5-ci siniflərdən başlanacaq: Son illərdə informasiyanın həcmi yüz dəfələrlə artsa da, tədris texnologiyası demək olar ki, dəyişməyib. Çoxpredmetli tədris prosesində yaranan kəsir vaxtı çıxış yolu kimi dərs saatlarını artırmaq yolu seçilib. Əgər şagirdlərə bir az rahatlıq, səlahiyyət versək, bir az bacarıq formalaşdıra bilsək, onlar özləri lazım olan informasiyanı lazımi şəkildə qəbul edə biləcəklər. Sadəcə, bu informasiyanın harada olduğunuonu necə götürmək lazım olduğunu şagirdlərə başa salmaq lazımdır. Təəssüf ki, bizim çoxmilyonlu müəllim personalımızın çox hissəsi buna hazır deyil. Kim deyir ki, şagird mütləq yeni informasiyanı sinifdə almalı, onunla evdə işləməlidir? Əksinə etmək olmazmı? Yeni informasiyanı sinifdə, evdə, kitabxanada da almaq olar. Amma məktəbdə tədris refleksi ilə məşğul olunmalıdır. Təcrübə göstərir ki, ən yaxşı bilik sənin özünün əldə etdiyin bilikdir. Yeni yanaşmanı sovet dövründə yetişən müəllimlərə aşılamaq çətindir. Ona görə də ümid gənclərədir. Onları tələbə olan vaxtı lazımi səviyyədə olan mütəxəssis kimi, yetişdirməliyik”. Göründüyü kimi qonşu Rusiyada təhsil prosesində bir sıra yeniliklər tətbiq ediləcək. Yeni təhsil standartlarına keçid bir qədər çətin olsa da, vacibdir. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı inamlı görmək əzmindədir. Ölkəmizdə dövlətin təhsilin inkişafına göstərdiyi diqqət qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri bəlkə ən başlıcasıdır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını s. sahələri əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri əhatə edir. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq Azərbaycan dövləti gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsilini maliyyələşdirməyə başlayıb bu məqsədlə ayrıca Dövlət Proqramı qəbul edilib. Elə iki gün əvvəl 2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na qəbul üzrə sənəd qəbulu başlayıb. Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir. Müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılara veriləcək. Beləliklə, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb.

 

Anar Miriyev

Palitra.-2015.-17 aprel.-S.11.