“Təhsilin inkişafı məni bu sahəyə yönəltdi”
Nigar Abdullayeva: “Gələcəkdə
öz psixoloji mərkəzimi
açmağı planlaşdırıram”
Layihə çərçivəsində müsahibimiz Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və təhsildə sosial-psixoloji xidmət fakültəsinin III kurs tələbəsi Nigar Abdullayevadır:
-Mən 9 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlığımdan həmişə həmyaşıdlarımdan seçilmişəm, hətta bağçada aktiv iştirakımla digərlərinə örnək olurdum. 2001-ci ildə Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının birinci sinfinə getmişəm. Məktəbdə əlaçı şagird olduğum üçün şəklim həmişə “Şərəf lövhəsi”ndən asılırdı. Valideynlərimi, müəllimlərimi öz uğurlarımla sevindirməyi çox sevirdim. Ən çox marağım humanitar fənlərə idi, riyaziyyatı sevməsəm belə oxuyurdum ki, əlaçı ola bilim. Məktəbdə rus, ingilis və fars dillərini keçirdik. Ən yaxşı rus dilini bildiyim üçün sinif yoldaşlarıma həmişə kömək edirdim. Məktəb tədbirlərində çox zaman aparıcı qismində çıxış edirdim.
- İxtisas
seçimi ilə bağlı necə qərar
verdiniz?
- Uşaqlığımda mənə danışılan nağıllarda, baxdığım cizgi filmlərində həmişə xeyirxah rollarda özümü təsəvvür edirdim, sehrli pəri olub, insanlara kömək edib, onları xoşbəxt etməyi xəyal edirdim. Hətta həmişə mənə sual verəndə ki, böyüyəndə nə olacaqsan? İnsanlara kömək edəcəm,- deyirdim. Həqiqətən, elə də oldu. Elə bir peşəni seçdim ki, orada məhz mən istədiklərimin hamısı cəmlənib. Belə bir atalar sözü var: “Niyyətin hara, mənzilin ora”. Təhsilin inkişafı məni bu sahəyə yönəltdi. 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və təhsildə sosial-psixoloji xidmət fakültəsinə qəbul oldum. Hazırda III kurs əyani şöbədə təhsil alıram.
-
İxtisasınız psixoloqdur, gələcəkdə
bu sahədə
çalışmağı
planlaşdırırsınız, yoxsa başqa seçiminiz var?
- Bəli, psixoloq olub xalqıma, cəmiyyətimə lazımlı bir mütəxəssis kimi fəaliyyət göstərmək arzusundayam. Bu peşəmlə milyonlarla problemi olan insanlara əlimdən gələn köməyi əsirgəməyəcəm. Gələcəkdə hətta öz psixoloji mərkəzimi açmağı planlaşdırıram.
- Bu
gün təhsillə yanaşı, ictimai işlərdə də
çalışırsınız. Bu
işlərə maraq sizdə necə
yaranıb?
- Bu, artıq məndə
uşaqlığımdan formalaşıb. Daima seçilməyi, lider olmağı çox sevirdim. Bu xüsusiyyət mənə anamdan keçib. Uşaqlığımdan daima evdə
olan anamın keçirdiyi ictimai tədbirlərin fotoşəkillərinə
baxaraq bu barədə çoxlu məlumat toplayırdım
və bu sahəyə olan maraq məndə günü-gündən artırdı.
İnstituta daxil olduqdan
sonra artıq bu marağı inkişaf etdirərək öz fəallığımla
seçilməyə başladım.
Elə birinci kursdan öz fəallığımla
fərqlənərək, Tələbə
Həmkarlar İttifaqının
qrup üzrə və Tələbə Gənclər İttifaqının
İnsan Resursları üzrə departament sədri seçildim.
Öz fəallığıma görə,
institut rəhbərliyinin
rəyi ilə bir çox elmi televiziya verilişlərində çıxışlar
edirdim.
“Psixoloq olub xalqıma, cəmiyyətimə lazımlı
bir mütəxəssis
kimi fəaliyyət göstərmək arzusundayam”
Tələbə Elmi Cəmiyyətinin fəal üzvüyəm. I kursda Tələbə Elmi Cəmiyyətinin iclasında
Slavyan Universitetində
keçiriləcək “Müasir
tərcüməşünaslığın
və mədəniyyətşünaslığın
aktual problemləri” mövzusunda XI Respublika tələbə elmi-praktik
konfransı barəsində
bizə məlumat verildi. Təbii ki, əvvəl
iştirak etmək istəmirdim, çünki
bu konfransda magistrlər, doktorantlar və artıq bu sahədə təcrübəsi olan tələbələrin qarşısında
çıxış etmək
mənə çətin
görünürdü. Amma sonunda bu
çətinliyi dəf
edərək səylə
hazırlaşıb “Azərbaycan
mədəniyyətinin dünyada
təbliğində Heydər
Əliyev Fondunun rolu” adlı məqalə ilə çıxış etdim
və ilk uğurumu qazanaraq diplomla təltif olundum, hətta yazdığım
məqalə çap
olundu. Bu, artıq
mənim öz potensialıma olan inamımı daha da artırdı və yeni uğurlarıma
gedən yolda işıq rolunu oynadı. İlk uğurum növbəti
nailiyyətlərimə imza
atdı. Bundan başqa,
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin elmi konfransının III dərəcəli
diplomu ilə təltif olundum. Bu mövzuda məqaləm
nəşr olundu.
Həmçinin 2013-cü ildə institutumuzun Tələbə
Gənclər Təşkilatında
göstərdiyim uğurlu
fəaliyyətimə görə,
Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqı tərəfindən
diploma layiq görüldüm.
23 iyun tarixində “Gənclər Ali Baş Komandanın Əmrinə Hər An Hazırdır” devizi altında Hərbi Vətənpərvərlik
düşərgəsində keçirilən “Breyn-Rinq”
intellektual oyununda II yeri tutduğuma görə, Bakı Şəhər Gənclər
Və İdman Baş İdarəsi tərəfindən diplomla,
14 martda təşkil olunmuş “Novruz bayramı” tədbirində
ictimai fəaliyyətimlə
fərqləndiyimə görə,
Nərimanov Rayon Gənclər
və İdman İdarəsi və Azərbaycan Müəllimlər
İnstitutunun Tələbə
Gənclər Təşkilatı
tərəfindən Fəxri
Fərmanla təltif olundum. Bundan başqa, 7 mayda Bakı Biznes Universitetində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə
həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin konfransında
“Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxışıma
görə sertifikata layiq görülmüşəm.
4 dekabrda isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Tələbə Həmkarlar
Təşkilatının təşkil
etdiyi “QİÇS nədir
və QİÇS-lə
mübarizənin yolları”
haqqında təlimdə
fəal iştirakıma
görə sertifikatla,
5 mart 2014-cü ildə Azərbaycan
Slavyan Universitetinin “Filologiya elminin aktual problemləri” adlı V beynəlxalq tələbə elmi konfransında iştirakıma
görə diplomla təltif olundum. Nəhayət, 1 fevral
2015-ci il tarixində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində həyata
keçirilən “Səhv
son deyil” adlı layihəsində iştirakıma
görə sertifikata layiq görüldüm. 22 fevral tarixdə
isə “Gənclər
üçün fövqəladə
hallarla bağlı Qış Universiteti” adlı layihədə iştirakıma görə,
sertifikat qazandım.
Bundan əlavə, Yeni Azərbaycan Partiyasının
təşkil etdiyi tədbirlərdə fəal
iştirak edərək
öz çıxışlarımla
daima seçilirəm.
Bütün qazandığım uğurlarıma görə,
ilk öncə Allaha, sonra isə ailəmə, xalama və müəllimlərimə
minnətdaram. Hər çıxışa
hazırlanarkən atamın
və müəllimlərimin
“Sənə inanıram”
kəlməsini deməyi
məni daha da ruhlandırır, özümə olan inamı və məsuliyyətlilik hissini
daha da artırırdı.
- Bəs ictimai işlərin çoxluğu dərslərinizə
mane olmurmu?
- Təbii ki, xeyr. Hər şey insanın
öz əlindədir,
insan istəsə hər şeyin öhdəsindən gələ
bilər. Mən həm
də əlaçıyam,
bir çox dilləri, o cümlədən
rus, ingilis, ərəb dillərini bilirəm. Bundan əlavə, bir
çox psixoloji təlimlər təşkil
edirəm. Yaxın zamanlarda
yazdığım əsəri
də nəşr etdirməyi planlaşdırıram.
Əsas insan üçün həvəsdir, mən gördüyüm bütün
işləri həvəslə
edirəm.
- Dövlətin gənclər siyasəti sizi qane edirmi?
Bu sahə ilə
bağlı hansısa
təklifiniz varmı?
- Bu gün müasir Azərbaycan gənci ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatın
hər bir sahəsində üstün
mövqe tutur. Azərbaycan mədəniyyətini bütün
dünyada tanıtmaq üçün çoxlu
konfranslarda, festivallarda,
forumlarda fəal iştirak edirlər.
Bu da Azərbaycan
gənclərinin Vətənə,
millətə sevgi, öz soykökünə,
xalqının milli adət-ənənələrinə bağlı olması ruhunda yetişdirilməsinin
bariz nümunəsidir.
Məhz gənclərimiz sayəsində
“Eurovision” mahnı müsabiqəsi
Azərbaycanda yüksək
səviyyədə keçirildi.
Bura təşrif buyuran qonaqları Azərbaycanımızla tanış etmək,
onlara tarixi abidələrimiz, mədəniyyətimiz
və s hər bir sahədə məlumatlandırmaqda yaxından
iştirak etmişdilər.
Bu danılmaz faktdır
ki, gənclərimizin
bir fərd, əsl Azərbaycan vətəndaşı kimi
formalaşmasında ümummilli
lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Bu gün
Azərbaycan gəncləri
təkcə dövlətlər
arasında yox, həmçinin şəxsi
dostluq münasibəti
qurur, dövlətimizi
layiqincə təmsil edirlər. Məhz gənclərimizin səyi nəticəsində
2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi
bir daha müasir Azərbaycan gəncinin uğurundan xəbər verir. Son zamanlar Prezidentimizin
gənclərlə bağlı
apardığı uğurlu
siyasətin nəticəsi
olaraq gəncliyimiz günü-gündən daha
çox inkişaf edir və dünya
gəncliyinə adaptasiyasına
uğurla irəliləyir.
Bu yolda Heydər
Əliyev Fondunun, İdman və Gənclər Nazirliyinin rolu əvəzsizdir.
Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində
Azərbaycan dünyanın
qabaqcıl idman ölkələrindən birinə
çevrilib. Bölgələrdə
Olimpiya komplekslərinin
açılması, ölkəmizin
nüfuzlu beynəlxalq
idman yarışlarına
ev sahibliyi
etməsi, idmançılarımızın
Olimpiya və dünya çempionatlarında
uğurlu çıxışları
buna əyani sübutdur.
Təklifimə gəldikdə isə istərdim ki, uşaq evlərində böyüyən uşaqlarla
psixoloji təlimlər
təşkil olunsun, mən də orada məmnuniyyətlə
iştirak etmək istərdim. Bilirsiniz, hamıdan çox
onların buna ehtiyacı var, çünki nə qədər qayğı göstərilsə belə,
onların sırf psixoloji yardıma ehtiyacları var.
- Gənclər bu gün sosial
şəbəkələrdə çox aktivdirlər, əksəriyyəti vaxtının
çoxunu sosial şəbəkələrdə keçirir. Bəs siz necə sosial şəbəkələrdə
aktivsinizmi və burada ən çox hansı mövzulara maraq göstərirsiniz?
- Bəli, mən də sosial şəbəkələrdə çox aktivəm. Bir çox təlimlərimin
elanını məhz
sosial şəbəkələr
vasitəsi ilə yayıram, mövzular yazıram, öz ixtisasım barədə əlavə məlumatları
oxuyub tərcümə
edirəm və dünya faktları, tarixi haqqında maraqlı məlumatlar əldə edirəm.
Bundan əlavə, Həmkar Gənclər səhifəsinin
idarəçisiyəm. Hazırda yeni bir psixoloqlar
səhifəsinin açılışı
üzərində çalışıram.
Sonda sözlərimi ulu öndərimizin hikmətli
bir sözü ilə bitirmək istərdim: “Gələcək
gənclərin çiyinləri
üzərində qurulub”.
Heydər Əliyev gələcəyin
gənclərin əməyi
və zəhməti bahasına formalaşacağını
dəqiq bilirdi. Bilirdi ki, sağlam təfəkkürə və
düşüncəyə sahib olan gənclik bütün maneələri
dəf etməyə qadirdir.
N. Abdullayeva
Palitra.-2015.-18 aprel.-S.11.