Zəngin maarifçilik
ənənələrinə malik ali məktəb
“Naxçıvan
Dövlət Universiteti Azərbaycanın ən
dəyərli, qabaqcıl ali məktəblərindən
biridir”
Heydər
Əliyev, Ümummilli lider
Hər bir xalqın milli mənliyinin, milli şüurunun formalaşması onun mədəniyyətinin, elminin, təhsilinin inkişafı ilə şərtlənir. Bəşəri sivilizasiyanın yüksək pilləsinə yüksəlmək kimi şərəfli yol keçmiş xalqlar hər şeydən əvvəl elm və mədəniyyətin inkişafına borcludur.
Təsadüfi deyildir ki, müasir sivilizasiyanın ən yüksək göstəricisi elmin, təhsilin inkişafı hesab olunur. Elmi və mədəni dəyərlərin meydana gəlməsi, mənəvi sərvətlərin formalaşması milli birliyin də vacib ünsürü hesab edilə bilər. Bu baxımdan xalqlar dünyanın spesifik şəkildə qavramağın milli formaları sistemini yaratmaqla özünəməxsus mədəni dəyərlər və sərvətlər kompleksini formalaşdırmaq zərurəti ilə qarşılaşırlar. Bu işdə çox mühüm rol universitetlərə, elm və təhsil ocaqlarına məxsus olub. Antik yunan akademiyalarının, qədim universitetlərin yaradılması bu ehtiyacdan irəli gəlib. Layihə çərçivəsində təqdim etdiyimiz yazı ölkəmizin qabaqcıl ali məktəblərindən biri olan Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmlər doktoru, professor Məmməd Rzayev “Palitra”ya təqdim etdiyi yazıda qeyd edir ki, Naxçıvan Dövlət Universitetinin yaranması ölkəmizin iqtisadi, mənəvi, elmi və mədəni potensialının gücləndirilməsinə öz gərəkli töhfələrini verib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının inkişafının məntiqi nəticəsidir”. Prezident İlham Əliyevin dediyi kimi, “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdiriməsinə və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər”. Naxçıvan Dövlət Universitetinin keçdiyi yola nəzər salarkən belə bir qənaətə gəlmək olar ki, Naxçıvanımızın bu gününü, onun elmini, mədəniyyətini, alimlərini, habelə iqtisadiyyatını, mənəvi-psixoloji durumunu, bir sözlə, bütövlükdə yaşadığımız ictimai mühiti bu təhsil ocağından ayrılıqda təsəvvür etmək olmaz. Dünyanın çoxəsrlik tarixə malik universitetləri ilə müqayisədə Naxçıvan Dövlət Universiteti cavan olsa da, o, çox mənalı həyat yolu keçib, 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayan ali məktəb az sonra Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 12 iyun 1972-ci il tarixli fərmanı ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərib. Pedaqoji institut sonralar 29 dekabr 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin təşkili üçün böyük baza funksiyasını yerinə yetirib”.
Dünya
standartlarına cavab verən ali
məktəb
Professor Məmməd Rzayev qeyd edir ki,
bir neçə müəllim, 3 ixtisasla fəaliyyətə başlayan
tədris ocağı
ötən dövr ərzində dünya standartlarına cavab verən ali
məktəbə çevrilib.
Universitetin yenidən qurulmasında və daha da inkişaf
etdirilməsində Azərbaycan
xalqını ümummilli
lideri Heydər Əliyev daim böyük qayğı göstərib: “Onun Azərbaycana ikinci dəfə rəhbərlik
etdiyi dövrdə universitetimizin inkişafı
daha sürətli gedib. Müharibənin və milli müstəqilliyin ilk illərinin
səriştəsiz rəhbərlərinin
uğursuz siyasətinin
yaratdığı dağıntılar,
iqtisadi sıxıntılar,
təhsilə qayğının
arxa plana keçməsi Naxçıvan
Dövlət Universitetinin
də həyatında
güclü tənəzzülə
səbəb olmuşdu.
Yalnız Heydər Əliyevin
xalqın təkidi ilə 1993-cü ilin yayında hakimiyyətə,
ölkə rəhbərliyinə
gəlməsi bu tənəzzülün qarşısını
aldı. Bu müdrik
şəxsiyyət böyük
uzaqgörənliklə görürdü
ki, ali
təhsili yuvarlandığı
uçurumdan çəkib
çıxarmaq bütünlükdə
ölkənin, onun iqtisadiyyatının, elminin,
mədəniyyətinin gələcək
inkişafının bünövrəsini
yaratmaq üçün
ilkin şərtdir. Buna görə də
qısa zamanda NDU-ya dövlət qayğısı artırıldı.
1996-cıi ildən başlayaraq, universitetin yeni şəraitdə fəaliyyətini canlandırmaq,
təhsilin və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə
yeni tövsiyələr
verildi, mükəmməl
konsepsiya hazırladı.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin
apardığı səriştəli,
mükəmməl, elmi
dayaqlara söykənən
prinsipial siyasət də universitetimizin yüksəlişində mühüm
və həlledici rol oynayıb. Yüksək dövlət
qayğısı ilə
əhatə olunmuş
ali məktəb
qısa müddətdə
böyük intibah dövrünü keçərək,
əyalət universiteti
titulunu öz üzərindən atıb.
Universitetimiz özünün yeni həyatı və indiki yüksək inkişaf səviyyəsi üçün
həmişə dövlət
qarşısında borcludur.
Məhz dövlətin
müəyyən etdiyi
proqrama uyğun olaraq Naxçıvan Dövlət Universitetində
aparılan genişmiqyaslı
işlər regionda möhkəm maddi-texniki bazaya, güclü kadr potensialina malik olan inkişaf
etmiş ali
təhsil ocağının
yaradılması ilə
nəticələnib. Ümummilli
lider Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli
fərmanı ilə Naxçıvan Dövlət
Universitetinə özünü
idarə statusunun verilməsi kollektiv qarşısında daha mühüm, şərəfli
və məsuliyyətli
vəzifələr qoyub.
Bütün bunların
sayəsində Naxçıvan
Dövlət Universitetinin
12 fakültəsində 57 ixtisas
üzrə ali
təhsil alan 5000-ə
yaxın tələbə,
magistr və aspirant müstəqil Azərbaycanın
dövlətçilik maraqlarının
gerçəkləşdirilməsi istiqamətində köklənmiş
layiqli nəsil kimi formalaşır. Məhz dövlətimizin böyük qayğısı
sayəsində yüz
hektarlıq geniş bir ərazini əhatə edən universitetin 15 tədris korpusu, elektron kitabxanası, olimpiya idman mərkəzi, konservatoriyası, tibb fakültəsi və xəstəxanası, kompüter
sinifləri, internet mərkəzi,
çoxsaylı fənn
kabinetləri və laboratoriyaları, Botanika bağı, idman bazası, hüquq klinikası, ictimai təşkilatlar mərkəzi
regionda elm, təhsil və mədəniyyəti,
habelə milli ictimai fikri inkişaf
etdirməyə münbit
şərait yaradır.
2006-cı ildən fəaliyyət
göstərən Universitet
Televiziya Studiyasına
muxtar respublika ərazisində fəaliyyət
göstərmək üçün
Naxçıvan Muxtar
Respublikası Nazirlər
Kabinetinin 11 oktyabr
2006-cı il tarixli sərəncamı ilə müvafiq tezlik verilib. Amerika, Avropa, Müstəqil Dövlətlər
Birliyi ölkələrinin,
Türkiyə və İranın universitetləri
ilə yaradılmış
əlaqələr Naxçıvanı
və universiteti dünyada tanıdıb,
NDU beynəlxalq standartlara
cavab verən qabaqcıl universitetə çevrilib”.
3 akademik, 7 müxbir üzv, 38 elmlər doktoru, 179 fəlsəfə
doktoru, 28 professor, 111 dosent
bu gün universitet auditoriyalarında
tədris fəaliyyəti
ilə məşğuldur.
Fəlsəfə elmlər doktoru,
professor Məmməd Rzayev
qeyd edir ki, 2014-cü il
Naxçıvan Dövlət
Universitetinin tarixində
əlamətdar illərdən
biri olub. Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyi çərçivəsində
həyata keçirilən
tədbirlər, ardıcıl
və hərtərəfli
dövlət qayğısı
sayəsində tədris
və təhsilin inkişafı, təlim-tərbiyə
və elmi tədqiqat işlərinin
səviyyəsi 2014-cü ilin
prioritet sahələri
olub: “Universitetin siması burada çalışan elmi-pedaqoji
heyətin tərkibi ilə müəyyən olunur. Bu baxımdan
son on ildə universitetdə
sanballı mütəxəssislər
ordusu yaranıb.
3 akademik, 7 müxbir üzv, 38 elmlər doktoru, 179 fəlsəfə
doktoru, 28 professor, 111 dosent
bu gün universitet auditoriyalarında
tədris fəaliyyəti
ilə məşğuldur.
Peşə hazırlığının səviyyəsini təkcə
rəqəmlər aydın
ifadə etmır.
Belə ki, əməkdaşlar arasında
ABŞ-da Yaponiyada, İtaliyada, Fransada, Türkiyədə, İranda,
Almaniyada, habelə Müstəqil Dövlətlər
Birliyi ölkələrində
kitabları, məqalələri
çap olunmuş, bir sıra beynəlxalq
konqreslərin, simpoziumların,
toplantıların iştirakçıları
olan alimlər çalışırlar. Universitet alimləri
ictimai tərbiyə işinin müasir səviyyədə qurulmasında,
müxtəlif istiqamətli
proqramların reallaşdırılmasında
fəallıq göstərir,
Naxçıvan maarifçilik
ənənələrinin tarixi
köklərinin zənginliyini
qoruyub saxlayırlar.
“Qeyrət” nəşriyyatı
elmi, metodik və kütləvi kitabları, universitetin elmi xəbərlərini yüksək səviyyədə
çap edir. Universitetdə həyata keçirilən
yeniləşmə tədbirlərinin
mühüm istiqaməti
“Elektron Universitet” layihəsinin əsası sayılan informasiya-kommunukasiya
texnologiyalarının tətbiqinin
əhatə dairəsinin
daha da genişləndirilməsi
ilə bağlı olub. Belə ki, muxtar respublika
rəhbərliyinin böyük
qayğısı və
layihə çərçivəsində
ayrılan vəsait hesabına bir ildə informasiya kommunikasiya texnologiyalarına
ayrılan vəsaitin məbləği 1,7 milyon dollardan artıq olub. Bütün fakültələrdə yeni
İKT sinifləri yaradılıb,
həmin siniflər ən müasir proyektorlar, kompüterlər
və digər müvafiq texniki avadanlıqlarla təchiz olunub. Qeyd edək ki, hazırda
universitetdə elektron
lövhə ilə təchiz edilmiş 53 sinif, proyektorla və ekranla təchiz olunmuş 56 ixtisaslaşdırılmış auditoriya, 42 elektron lövhə, 730 kompüter
tələbələrə xidmət edir. Naxçıvan Dövlət
Universiteti Tədris, Sosial iş, İKT, Tibb, Beynəlxalq əlaqələr
və Turizm üzrə Avropa Şurasının TEMPUS proqramının
7 layihəsinin iştirakçısıdır.
Bu gün tədris
bazasını daha da möhkəmləndirilməsi
məqsədilə yeni
fənn kabinələri
və laboratoriyalarının
qurulması, yaxud mövcud olanların zənginləşdirilməsi istiqamətində
də işlər görülür. Prezidentin imzaladığı
sərəncamla “Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası”nda
təhsil müəssisələrinin
reytinq sisteminin yaradılması əsas hədəflərdən biri
kimi nəzərdə
tutulub. Bu istiqamətdə
atılan ilk addım Təhsil Nazirliyinin 11 oktyabr 2013-cü il
tarixli, 842 nömrəli
əmrə əsasən
təşkil etdiyi “İctimai təşəbbüslərin
dəstəklənməsi üzrə
layihə müsabiqəsi”
olmuşdur. Layihənin
qalibi olmuş Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin
müəyyən edilməsi”
layihəsi beynəlxalq
təcrübəyə və
metodlara əsaslanan
ilk genişmiqyaslı layihə
olmaqla ali məktəblərin milli reytinq cədvəlinin tədqiqatlar əsasında
təşkil edilməsində
də mühüm rol oynayıb. Reytinq tədqiqatlarının
aparılması üçün
20 dövlət, 12 özəl
ali təhsil
müəssisələri və
Azərbaycan Müəllimlər
İnstitutunun 10 filialı
seçilib. 2 dövlət
və 8 qeyri-dövlət
ali təhsil
müəssisələri sorğuları
cavablandırmadıqları üçün reytinq tədqiqatlarında iştirak
etməyiblər. Göstərilən
kriteriyalar üzrə
toplanmış ballar əsasında Naxçıvan
Dövlət Universiteti
799 balla Azərbaycan ali təhsil
müəssisələri içərisində
birinci yerə layiq görülüb”.
Anar Miriyev
Palitra.-2015.-22 aprel.-S.11.