Zəngin maarifçilik ənənələrinə malik ali məktəb

 

Hər bir xalqın milli mənliyinin, milli şüurunun formalaşması onun mədəniyyətinin, elminin, təhsilinin inkişafı ilə şərtlənir. Bəşəri sivilizasiyanın yüksək pilləsinə yüksəlmək kimi şərəfli yol keçmiş xalqlar hər şeydən əvvəl elm və mədəniyyətin inkişafına borcludurlar.

Təsadüfi deyildir ki, müasir siviliziyanın ən yüksək göstəricisi elmin, təhsilin inkişafı hesab olunur. Elmi və mədəni dəyərlərin meydana gəlməsi, mənəvi sərvətlərin formalaşması milli birliyinvacib ünsürü hesab edilə bilər. Bu baxımdan xalqlar dünyanın spesifik şəkildə qavramağın milli formaları sistemini yaratmaqla özünəməxsus mədəni dəyərlər və sərvətlər kompleksini formalaşdırmaq zərurəti ilə qarşılaşırlar. Bu işdə çox mühüm rol universitetlərə, elm və təhsil ocaqlarına məxsus olub. Antik yunan akademiyalarının, qədim universitetlərin yaradılması bu ehtiyacdan irəli gəlib. Layihə çərçivəsində təqdim etdiyimiz yazı ölkəmizin qabaqcıl ali məktəblərindən biri olan Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd RzayevPalitraya təqdim etdiyi yazıda qeyd edir ki, Naxçıvan Dövlət Universitetinin muxtar dövlətimizin tarixində rolundan danışarkən elə bir cəhət xüsusilə vurğulanmağa layiqdir ki, o, təkcə elm, təhsil ocağı deyil, həm də böyük mənəvi tərbiyə məktəbidir. Bu illər ərzində xalqımızın tarixində elə bir əhəmiyyətli hadisə tapmaq olmaz ki, Naxçıvan Dövlət Universiteti ondan kənarda qalsın: “Universitetimiz ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin nəinki önündə getmiş, bir çox hallarda isə bu proseslərin təşəbbüsçüsü, öncülü sifətində çıxış etmişdir. Keçən dövr ərzində bu universitetdə gənclik ruhu və düşüncəsi, gənclik təravəti və təxəyyülü ilə aşılanmış maraqlı tədbirlər keçirilib. Bu tədbirlər gələcək əmək həyatının astanasında dayanan gənclərin təşəbbüskarlığının, işgüzarlığının, bitib-tükənməyən qabiliyyətinin, təxəyyül zənginliyinin əyani nümayişinə çevrilib. Bəli, universitet təkcə elm, təhsil məbədi deyil, həm də yetkin vətəndaşlıq məktəbi olub. Universitetin tələbə kontingenti həmişə respublikamızın kadrlara olan tələbatına uyğun, bütövlükdə sabit və mütəşəkkil qaydada formalaşdırılıb. Universitet tələbələri özlərinin ciddi səyləri, elmi uğurları, fəal ictimai mövqeləri ilə seçiliblər. Bu gün bu sıralarda Azərbaycanın əksər rayonlarından və Türkiyə Cümhuriyyətinin müxtəlif vilayətlərindən, Cənubi Koreyadan, Banqladeşdən, Nigeriyadanbaşqa ölkələrdən olan yüzlərlə gənc toplaşıb.   Prezdent İlham Əliyevin 2013-cü iliİnformasiya-kommunikasiya texnologiyaları ilielan etməsi, təhsil sistemində İKT infrastrukturun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet ilk növbədə, təhsil müəssisələrinin kompüter avadanlıqları ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə elmi-metodik bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalır. Buna görə də Azərbaycan hökuməti İKT sahəsinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə uzunmüddətli Milli Strategiya həyata keçirməkdədir. Bu çərçivədə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycanda ali təhsil müəssisələrində elektron təhsil sisteminin yaradılması və potensialın gücləndirilməsinə dəstək verir. Cənubi Koreya Azərbaycanda başqa sahələrlə yanaşı, təhsillə bağlı da bir sıra əhəmiyyətli layihələr həyata keçirib və keçirməkdədir. Bunlara misal olaraq Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində reallaşdırılan layihələri, Bakı şəhərində ali peşə təhsili mərkəzinin yaradılması ilə bağlı həyata keçirilən layihəni göstərmək olar. Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması bu layıhələrin davamı və miqyasına görə Koreyanın həyata keçirdiyi ən irimiqyaslı layihədir. Layihə həyata keçirilərək bu ilin mart ayında təhvil verilib. Belə ki, 2014-cü ildə universitetimizdə Cənubi Koreya respublikasının qrant layihəsi əsasında Elektron təhsil sistemi və rəqəmsal multimediya infrastrukturu qurulub. Bununla əlaqədar olaraq elektron kitabxana yenidən qurularaq yeni kompüterlərlə təmin olunub”.

 

Universitetin bütün fakültələri elektron cihazlarla təmin olunub

Professor Məmməd Rzayev yazır ki, universitetin bütün fakültələri elektron cihazlarla təmin olunaraq müəllim tələbələrin ixtiyarına verilib. Universitet əməkdaşları 2011-2015-ci illər üçün Universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş layihəyə əsasən 21 elmi istiqamətində elmi-tədqiqat işləri yerinə yetiriblər: 2014-cü ildə bu elmi istiqamətlər üzrə 35 kafedrada Regionun inkişafı problemlərielmi-tədqiqat laboratoriyasında 22 problem üzrə 262 əməkdaş 257 mövzu üzrə elmi-tədqiqatlar aparıb. Təkcə keçən il Naxçıvan Dövlət Universiteti əməkdaşlarının 122 kitabı, o cümlədən 30 monoqrafiyası 2 dərsliyi, 52 dərs vəsaiti, 38 metodik vəsait proqramı, 802 elmi məqaləsi çap olunmuşdur ki, bunlardan 115-i xaricdə nəşr olunub: “2014-cü il Naxçıvan Dövlət Universiteti Avropa Komissiyasının maliyyələşdirdiyiBeynəlxalq Əlaqələr sahəsində Universitet Administrasiyasının İnkişafı yaxşılaşdırılması”, “Əlilliyi olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulmasıadlı 2 TEMPUS layihəsinə qoşulub. Belə ki, hər iki layihə çərçivəsində universitetin əməkdaşları İngiltərə, İspaniya, Yunanıstan, Avstriya Polşa da səfərlərdə olublar. Bundan əlavə universitetin ENACTUS komandası Bakı şəhərində keçirilən Milli Yarışda I yerin qalibi olub Çinin Pekin Şəhərində keçirilən Enactus Dünya Kubokunda iştirak ediblər”.

 

İncəsənət fakültəsinin nəzdində tələbə opera studiyası, tələbə teatr studiyası, şən hazırcavablar klubu, müxtəlif vokal rəqs qrupları fəaliyyət göstərir

Professor Məmməd Rzayev onu da qeyd edir ki, Naxçıvan Dövlət Universitetinin nəzdində 1997-ci ildən ardıcıl olaraq fəaliyyət göstərənHeydər Əliyev Universitetiəsl milli dövlətçilik, yetkin siyasi düşüncə idarəetmə mədəniyyəti məktəbi kimi yeni nəslin tərbiyəsində mühüm rol oynayır. İlk məşğələsi 1997-ci ilin 5 aprelində keçirilmiş universitetin ötən günlərdə 191-ci məşğələsi keçirilib. Bu, universitet gənclərinin əsl vətənpərvər vətəndaş kimi formalaşmasında mühüm rol oynayır: “Universitetin mədəniyyət kadrlarının hazırlanmasında da böyük xidmətləri vardır. Ali təhsil oçağında fəaliyyət göstərən incəsənət fakültəsi nəzdində tələbə opera studiyası, tələbə teatr studiyası, şən hazırcavablar klubu, müxtəlif vokal rəqs qrupları mədəniyyətimizin, eləcə musiqimizin inkişafına dəyərli töhfələrini verib. Elə bu il martın 15-də qardaş Türkiyənin Giresun universitetində mahnı qrupumuz öz ifaları ilə hamını valeh etdi. T.OflazoğlununTürklərin Atatürk”, C.MəmmədquluzadəninAnamın kitabıteatr tamaşaları, Ü.HacibəylininArşın mal alanoperettası qardaş ölkənin Ankara, Qars, Ərzurum, Ərdəhan, Samsun, Trabzon, Van, Ağrı başqa şəhərlərində uğurla nümayiş etdirilib. Tələbə teatr studiyasının hazırladığı professor Adil BabayevinSarı gelin”, Nazim HikmətinQəribə adam”, EsxilinPrometey”, Elnur RzayevinBoz” (pantonim) tamaşaları da rəğbətlə qarşılanıb. Universitetdə idman proqramları çərçivəsində futbol, voleybol, badminton, tennis, şahmat başqa idman növləri üzrə yarışlar keçirilib, universitet idmançıları Naxçıvan Muxtar Respublikası birinciliklərində Azərbaycan birinciliklərində müvəffəqiyyətli çıxışlar ediblər. Belə ki, universitetin badminton üzrə qızlardan ibarət yığma komandası 10-17 noyabrBeynəlxalq Tələbə Həftəsi”nə həsr olunmuş Naxçıvan MR Ali orta ixtisas məktəblərinin şəxsi komanda birinciliyində müvəffəqiyyətlə çıxış edərək ümumi komanda hesabında I yerə layiq görülüb. Bu yarışda universitetin oğlanlardan ibarət voleybol komandası bütün rəqiblərinə qalib gələrək tələbələr arasında Naxçıvan MR çempionu olublar. Universitetin şahmat komandası da yarışlarda müvəffəqiyyətlə çıxış edib. Universitetin şahmatçısı Röya Müslümzadə Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüblər. Bu il keçirilən Respublika ali məktəblərinin güləş cüdo çempionatında da idmançılarımız uğurla çıxış ediblər”. Universitetin tərbiyə işləri üzrə prorektoru vurğulayır ki, zəngin maarifçilik ənənələrinin layiqli davamçısı olan bu universitet artıq muxtar respublikanın ali təhsilli mütəxəssislərinə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzinə çevrilib: “Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın müxtəlif guşələrəndə, həm onun hüdudlarından kənarda uğurla çalışırlar. Azərbaycan xalqının ümummilli lideri, universitetimizin fəxri doktoru Heydər Əliyev demişdir: “Bu ali məktəb qonşu ölkələrin elm təhsil mərkəzləri ilə geniş əlaqələr yaratmaqla bir daha Naxçıvanın şərqin qapısı olduğunu nümayiş etdirir”. Qədim tarixə zəngin ənənələrə malik Naxçıvanın yeni dövrdəki tarixi inkişafının həyata keçirilməsində Naxçıvan Dövlət Universitetinin üzərinə ciddi vəzifələr düşür. Keçilən tarixi yol isə arxada qalır. Bu yol asan keçməyib. Bu yolda uğurlar da çox olub, problemlər ... Bu yol müxtəlif nəsilləri birləşdirir. Bu yol Naxçıvan təhsilinin baş yoludur, bu yol tərbiyə məbədinin nurunu əks etdirən, gerçək humanist, əsrarəngiz bir dünyadır. Müstəqillik yolları ilə inamla irəliləyən Azərbaycan öz inkişafının yüksəliş dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili xarici siyasəti nəticəsində respublikamızda demokratik cəmiyyət quruculuğu müvəffəqiyyətlə həyata keçirilir, dövlətimizin beynəlxalq nüfuzu günü-gündən artır. Sosial- iqtisadi mədəni həyatın müxtəlif sahələrində köklü islahatlar aparılır, yüksəkixtisaslı savadlı kadrların hazırlanması istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilir. Hazırkı yeni tarixi şəraitdə NDU-da da bu islahatlar uğurla həyata keçirilir, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması sahəsində müvəffəqiyyətlər əldə edilir. Universitet kollektivi irəliyə doğru inkişafda hörmətli Prezidentimizin böyük diqqət qayğısını həmişə hiss edir. Digər ali məktəblərimizin kollektivləri kimi Naxçıvan Dövlət Universitetinin rektorluğu, prosessor-müəllim heyəti çoxminli tələbələri bu misilsiz qayğıya konkret əməli işlərlə, dərin məsuliyyət duyğusu ilə, ölkə Prezidentinə onun böyük ideallarına sədaqətlə cavab verməyi özlərinin əsas mühüm mənəvi borcu hesab edirlər”.

 

Anar Miriyev

Palitra.-2015.-25 aprel.-S.11.