Afaq Bəşirqızının
yubileyinə həsr olunan tamaşa
anşlaqla keçib
Azərbaycan Dövlət Musiqili
Teatrında xalq artisti
Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan
Əli Səmədlinin “Toya bir gün qalmış”
komediyasının premyerası baş tutub. Teatrın mətbuat xidmətindən bildirilib ki, iki gün ardıcıl nümayiş olunan tamaşa anşlaqla keçib. A.Bəşirqızının hər
dəfə səhnəyə gəlişini böyük
coşquyla qarşılayan
tamaşaçılar sonda uzun müddət onu
ayaqüstə alqışlayıblar. Səhnə əsərinin
quruluşçu-rejissoru Əməkdar incəsənət
xadimi Əsgər Əsgərov, rəssamı
Nabat Səmədova, musiqi
rəhbəri Xalq artisti
Ənvər Sadıqov, musiqi tərtibatçısı
Emin Həsənovdur. Gözlənilməz
və maraqlı situasiyalarla zəngin olan bu komediyada
səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov ifa edir. Tamaşanın
baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada Afaq
Bəşirqızı ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov,
Gülcahan Salamova, Gültac və Hüseyn
Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə
Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə
Nurməmmədova və başqaları çıxış
ediblər.
Palitra.-2015.-28 aprel.-S.16.