“Əkinçi“ qəzetinin 57-ci sayı dərc olunub
Bakı
Slavyan Universitetində
(BSU) aprelin 27-də Azərbaycan
mətbuatının ilk nümunəsi
olan "Əkinçi"
qəzetinin 140 illiyinə
həsr olunmuş tədbir keçirilib. BSU
140 il sonra
“Əkinçisayağı Əkinçi” adı altında formal olaraq "Əkinçi"nin 57-ci sayını
təqdim edib. Təqdimat mərasimində ictimai xadimlər, millət vəkilləri, BSU-nun rəhbər
heyəti, tələbələr
və bir qrup media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan layihə rəhbərləri
- BSU-nun Jurnalistika fakültəsinin
II kurs tələbələri
Xəyal İbrahimzadə
və Həmidağa Məcidov “Əkinçi”
qəzetinin tarixi barədə danışıblar.
Tələbələr bildiriblər ki,
“Əkinçi” ənənəsinə
sadiq qalaraq qəzetin 57-ci nömrəsi
əvvəlki saylarda olduğu kimi daxiliyyə, elmi xəbərlər, tazə
xəbərlər, əkin
və ziraət xəbərləri, məktubat
bölmələrindən ibarətdir.
Xəyal İbrahimzadə
“Əkinçisayağı Əkinçi” qəzetinin
ərsəyə gəlməsi
fikrinə belə aydınlıq gətirib: ”Həsən bəy Zərdabi “Əkinçi”qəzetinin 56-cı sayında elan vermişdi ki, biz naxoş olduğumuza görə bu ilin axrıncı nömrələri öz vaxtında çıxmayacaq.
Biz BSU olaraq naxoşluğu
aradan qaldırdıq və qəzetin 57-ci sayını dərc etdik”. Tələbələr bu işdə
onlardan köməyini
əsirgəməyən universitet
rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
BSU-nun rektoru, professor Asif Hacıyev, ictimai-siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı, “İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistika və Azərbaycan filologiyası
fakültəsinin dekanı
Səfər Məmmədov
çıxışlarında qəzetlə bağlı
irad və təkliflərini irəli
sürüblər. “Kökünə bağlı
olmayan millətin gələcəyi yoxdur!” deyən çıxışçılar
gənclərin işini
yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində BSU-nun Yeni media və kommunikasiya texnologiları kafedrasının dosenti Mübariz Əhmədov tərəfindən “Gənc
yazar” yazı müsabiqəsinin qaliblərinin
adları açıqlanıb. Jurnalistika fakültəsinin
tələbələri Səbinə
Şirməmmədova, Azadə
Bayramova, Nəcəf Kazımov I, II, III yeri qazanaraq diplom və hədiyyələrlə
mükafatlandırılıblar.
Qeyd edək ki, Bakı
Slavyan Universitetində
jurnalist ixtisası üzrə təhsil alan tələbələr
üçün Həsən
bəy Zərdabi adına auditoriya yaradılıb. Eyni zamanda jurnalistika fakültəsinin təhsildə
və ictimai işlərdə fəal iştirak edən ən yaxşı tələbəsinə Həsən
bəy Zərdabi adına təqaüd
verilir.
Tural
Palitra.-2015.-28 aprel.-S.10.