“Avropa Oyunları
ölkəmizi dünyada tanıtmaq üçün fürsətdir”
Mehmet Akif Ersoy Universitetinin tələbəsi
Ruzigar Məmmədli:
“Xarici
ölkələrdən olan tələbələrin
Avropa Oyunlarına olan
marağı qürurvericidir”
Mersin Universitetinin
tələbəsi Nəzakət
Eminova:
“Tələbə
yoldaşlarım və
müəllimlərim Avropa
Oyunlarını izləməyi
çox arzu edirlər”
Bakıda birinci Avropa Oyunlarının məşəli
alovlandırıldı. Qeyd edək
ki, müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olan I Avropa Oyunları
öz əhəmiyyətinə
və miqyasına görə, Olimpiadaya bərabərdir və qlobal xarakter daşıyır. Son illər
ərzində Azərbaycanda
çoxsaylı dünya
və Avropa çempionatları keçirildiyini
deyən ölkə başçısı bildirib
ki, Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə
ki, bu qərarın
qəbulunda öz rolunu oynayıb: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının
səviyyəsində keçirmək
əzmindəyik. Bu Oyunlar bir Avropa
bayramına çevrilməlidir.
Azərbaycan burada yenə
də liderlik keyfiyyətlərini göstərir.
Çünki Avropa Oyunlarının
standartları əslində
Bakıda qoyulacaq.
Çünki heç vaxt
bu günə qədər belə oyunlar keçirilməyib.
Bu oyunlar müxtəlif
səviyyədə keçirilə
bilərdi. Ancaq biz istəyirik
ki, bu möhtəşəm
idman bayramı möhtəşəm dostluq
bayramına çevrilsin.
Buna böyük ehtiyac var”.
Xaricdə təhsil alan azərbaycanlı
tələbələr də
Bakıda keçiriləcək
birinci Avropa Oyunlarını yüksək
qiymətləndirir və
bu Oyunların mühüm əhəmiyyəti
olduğunu bildirirlər.
Bu tələbələrdən biri Türkiyənin Mehmet Akif Ersoy
Universitetinin Uluslararası
ticarət fakültəsinin
tələbəsi Ruzigar
Məmmədlidir:
- Düşünürəm ki,
2015-ci il Bakı Avropa Oyunlarının mərkəzinə
çevrilməklə bütün
dünyanın diqqətini
özünə çəkdi.
Bu da öz
mövqeyində Azərbaycan
turizminə öz töhfəsini verir.
Bununla yanaşı, Azərbaycan
incəsənəti, tarixi,
bir sözlə, ölkəmizin mədəniyyəti
gün-gündən dünyaya
səs salır.
Bu, çox sevindirici,
qürurverici haldır.
Məlum məsələdir ki, Avropa Oyunları zamanı Bakı diqqət mərkəzində
olacaq. Burada qonaqların qarşılanması,
oyunların keçirildiyi
məkanlar uzun müddət yaddaşlardan
silinməyəcək və
illər sonra da Vətənimiz xatirələrdə canlanacaq.
Ölkəmizin yüksək səviyyədə
təbliği dünyaya
səs salmağımızda
və erməni daşnaqlarının törətdiyi
Xocalı soyqırımını
dünyaya çatdırmağımızda
müsbət rol oynayacaq.
Bu da bir faktdır ki, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu, o cümlədən bölgələrdə
40-dan çox Olimpiya İdman Mərkəzi yaradılıb. Bakı şəhərində yaradılan və əsaslı şəkildə
təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir.
Tələbə yoldaşlarım da bu Oyunlarla bağlı
mənimlə həmfikirdir. Xarici ölkələrdən
olan tələbə yoldaşlarımızın Avropa
Oyunlarına olan marağı qürurvericidir.
Azərbaycan artıq hər
mövqedə öz sözünü demiş ölkədir.
Təbii ki, Oyunlarda bir
çox idman növləri üzrə yarışlar keçiriləcək. Düzdür, uşaqlıq illərimdən
mənim maraq göstərdiyim idman növü futboldur. Hətta 16 yaşıma qədər bu idman növü
ilə məşğul
olub, özümü bu sahədə inkişaf etdirmişəm.
Ancaq Bakı Avropa Oyunlarında da çox gözəl, maraqlı idman növləri təqdim olunacaq.
Bu oyunların gənclərdə
idmana marağının
artmasında roluna gəldikdə isə qeyd edim ki,
Vətənimizdə Avropa
Oyunlarının keçirilməsi
idmana göstərilən
diqqətin bariz nümunəsidir. Gənclər arasında həvəs
yaradan bu yarışlar gələcəkdə
onların idmanın müxtəlif sahələrində
layiqli yer tutacağının göstəricisidir.
Türkiyənin Mersin şəhərində yerləşən Mersin Universitetinin
tələbəsi Nəzakət
Eminova isə bildirdi ki, hər
bir Azərbaycan vətəndaşı kimi
belə məsuliyyətli
bir işin ölkəmizdə keçirilməsinə
görə qürur hissi duyur: “Belə
çətin və məsuliyyətli vəzifəni
üzərinə götürmək
doğrudan da cəsarət tələb
edir. Avropa Oyunları kimi
ciddi bir yarışın ölkəmizdə
keçirilməsi də
ölkəmizin nə
qədər iddialı,
güclü olduğunun
bir sübutudur. Azərbaycan bununla bir daha
bütün dünyaya
öz inkişafını
göstərdi.
Avropa Oyunları
həm də ölkəmizin beynəlxalq
arenalarda, bütün
dünyada tanınması
üçün bir fürsətdir. Biz həm
dövlət, həm də millət olaraq çalışmalıyıq
ki, bu fürsəti
dəyərləndirək və
Azərbaycanımızı bütün dünyada, xarici ölkələrə
qarşı layiqincə
tanıdaq. Ölkəmizin dünyada tanınması hər birimizin arzusudur və biz hər birimiz Azərbaycan vətəndaşı
olaraq əlimizdən gələnin ən yaxşısını etməyə
çalışmalıyıq. Hər bir insan bunu
məhz vətəndaşlıq
borcu olaraq görüb, bu yarışlar müddətində
Vətənin yaxşı
mənada təmsili üçün çalışmalıdır.
Düşünürəm ki, bu yarışlardan sonra Azərbaycan haqqında çox məlumatı olmayan insanlar məlumat sahibi olacaqlar və artıq Azərbaycan kimi bir dövlətin
varlığından və
gücündən xəbərdar
olacaqlar. Tələbə yoldaşlarım ilk olaraq belə böyük bir yarışın bizim ölkəmizdə keçiriləcəyini eşidəndə
təəccüb hissi
keçirdilər. Bu doğrudan da necə məsuliyyətli bir işi öhdəmizə
götürdüyümüzü göstərir. Bu yarışları izləmək
hər bir insanın istəyidir.
Nəinki tələbə yoldaşlarım, hətta
universitetdəki müəllimlərim
də bu yarışlara gəlmək
istədiklərini mənə
bildirdilər. Onlar belə
böyük layihələrdən
sonra Azərbaycana qarşı daha çox maraq duymağa başladılar.
Onlar həm Avropa Oyunlarını izləməyi,
həm də gündən- günə gözəlləşən Azərbaycanı
görməyi çox
arzu edirlər.
Mən şəxsən
tennis idman növünü
çox sevirəm və bu oyunu
izləmək mənə
xüsusi həzz verir. Dostlarım da, mənim
kimi tennis, voleybol, yüngül atletika kimi yarışlara maraq göstərirlər.
Düşünürəm ki, sevdiyimiz,
maraq göstərdiyimiz
bu idman növlərini öz Vətənimizdə, televiziyadan
deyil, canlı olaraq izləmək biz idmansevərlərə xüsusi
zövq verəcək.
Mən əminəm ki, bu yarışlardan sonra bir çox Azərbaycan gənci idmana daha çox həvəs duymağa başlayacaq. Eyni zamanda düşünürəm ki, bu yarışları izləyən bir çox gəncimiz bundan həvəslənərək böyük uğurlara da imza ata bilər. Belə tədbirlər gənclərimizi ruhlandıracaq və onlarda professional idmançı olma arzularını daha da alovlandıracaq. Ölkə başçımızın idmana olan diqqəti sayəsində gənclərimiz pis vərdişlərdən uzaqlaşır və idmana yönəlirlər. Bu da daha güclü və sağlam bir gələcək nəsil deməkdir. Ölkəmizdə idmana yetərincə diqqət var və bizim ölkəmizdə idmanla məşğul olmaq, digər ölkələrə görə daha asandır. Çünki Azərbaycanda idman növləri ilə məşğul olmaq üçün hər hansı bir məbləğ ödənilmir və istəyən hər kəs istədiyi idman növü ilə məşğul ola bilir. Bu da istedadların üzə çıxmasına şərait yaradır. Olimpiadalarda qazandığımız uğurlar da buna bir daha sübutdur. Əminəm ki, dövlət və millət olaraq bu məsuliyyətli işin öhdəsindən uğurlu bir şəkildə gələcəyik. Ölkəmizə və idmançılarımıza bol uğurlar diləyirəm.
Nigar Abdullayeva
Palitra.-2015.-28 aprel.-S.6.