“Ruslar səbirsizliklə
İlk Avropa
Oyunlarının açılışını gözləyirlər”
Xəzər Qarayev: “İlk Avropa Oyunları dünya
idman tarixinə yeni təkan verəcək”
Bakıda keçiriləcək İlk
Avropa Oyunları xaricdə yaşayan həmvətənlərimizdə də sevinc hissi yaradır. Azərbaycanı candan sevən soydaşlarımız üçün
bu Oyunlar bir qürur mənbəyinə çevrilib.
Onlar böyük səbirsizliklə
iyunun 12-ni gözləyirlər.
Eyni zamanda xüsusən xaricdəki gənclərimiz
yaşadıqları ölkələrdə
İlk Avropa Oyunlarının yerli xalq arasında təbliğini aparırlar.
Müsahibimiz Xəzər Qarayev
bu baxımdan fəal gənclərimizdən
biridir. Qeyd edək ki, X.Qarayev 25 sentyabr 1991-ci ildə Balakən rayonunda anadan olub. Altı yaşında olarkən
valideynlərilə birgə
Moskva şəhərinə
köçüblər. Hazırda Moskvada yaşayan X.Qarayev 2008-ci ildə orta məktəbi bitirdikdən
sonra Rusiya Dövlət Hüquq Akademiyasında ali
təhsil alıb. 2012-ci ildən diaspor
fəaliyyəti ilə
məşğuldur. Moskva vilayətindən
şəhər dumasına
deputatlığa namizəddir.
Hal-hazırda Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının Rusiya
nümayəndəliyinin icraçı
direktorudur.
-Bir azərbaycanlı kimi ölkəmizdə İlk Avropa Oyunlarının keçirilməsi
sizdə hansı hislər yaradır?
-Damarında azərbaycanlı
qanı axan hər bir şəxs
İlk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsinə sevinməli,
bununla qürur duymalıdır. “Evrovision” musiqi yarışması zamanı
xarici ölkə vətəndaşlarının Azərbaycana olan marağı hər birimizin yadındadır.
Zənnimcə, dünya tarixində
ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda, Odlar Yurdunda keçirilməsini
hər bir azərbaycanlı fəxr və iftixar hissi ilə qarşılayır.
-İlk Avropa Oyunları ölkəmizin
daha da tanınması
və müsbət imicinin artmasında nə kimi rolu
olacaq?
- İlk Avropa Oyunları nəinki Azərbaycan, hətta dünya idman tarixinə yeni dönüş və təkan verəcək. İlk Avropa
Oyunlarının Azərbaycanda,
doğma Bakımızda
keçirilməsi Azərbaycanın
regionda ən güclü dövlət olduğunu bir daha sübut edəcək. Eyni zamanda
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında
inanıram ki, İlk Avropa Oyunlarının rolu böyük olacaq.
-Bu Oyunların Rusiyada təbliği istiqamətində
hansı işlər görürsüz?
-Hər bir ölkədə
olduğu kimi, Rusiyadakı Azərbaycan səfirliyi və diasporu da İlk
Avropa Oyunlarının
təbliği ilə məşğuldur. Biz də Azərbaycan Slavyan Gəncləri Assosiasiyası olaraq görülən işlərlə
daim dəstək veririk. Bildiyimiz kimi, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə İlk Avropa Oyunlarının Moskvada möhtəşəm təqdimat
mərasimi keçirilib.
-İlk Avropa Oyunları ərəfəsində
bəzi Qərb təşkilatları ölkəmizə
qarşı qara PR kampaniyası aparırlar. Sizcə, bunun
səbəbi nədir?
- Belə qara PR kampaniyası Azərbaycanın
“Evrovision” musiqi yarışmasına ev sahibliyi etdiyi zaman da
aparılmışdı. Amma
heç bir nəticəsi olmadı, ola da bilməzdi. Çünki heç bir
reallığı olmayan
qara PR kampaniyası gec-tez iflasa uğrayır. Bəzi
beynəlxalq təşkilatlar,
eləcə də Avropadan maliyyə dəstəyi alan
bir qrup yerli “vətənpərvərlər”
hay-küy salaraq nəsə etməyə çalışır. Ancaq onlar
özlərini ifşa
edirlər. Bu gün
Azərbaycanın yüzlərlə
belə mötəbər
beynəlxalq tədbirlərə
ev sahibliyi
etməyə gücü
və imkanı var. Azərbaycanın İlham
Əliyev kimi bir lideri dövlət
başçısı var. Bəzi xarici ölkələrin erməniləşmiş
QHT-ləri ara-sıra
erməni lobbisinin təsiri altında bəyanatlar verir. Ancaq Azərbaycanın gündən-günə
artan nüfuzu, iqtisadi gücü onların fəaliyyətini
kölgədə qoyur.
- Rusların bu Oyunların Bakıda keçirilməsinə münasibəti
necədir?
-Ruslar bu Oyunları
dəstəkləyirlər. Səbirsizliklə İlk Avropa
Oyunlarının açılışını
gözləyirlər. Tanıdığım bir çox
ruslar Bakıya gəlməyə hazırlaşırlar.
Onlar köhnə Bakını görüblər. İndi
istəyirlər ki, yeni abadalaşdırılmış,
inkişaf etmiş Bakımızla tanış
olsunlar.
Fuad Hüseynzadə
Palitra.-2015.-29 aprel.-S.7.