Könül Əliyeva: “Hüquqi terminlərin qanunvericiliyə uyğun hazırlanması zəruridir”

 

Müsahibimiz yenicə nəşr olunan “Rusca-Azərbaycanca izahlı hüquq lüğəti” kitabının müəlliflərindən biri, Ali Məhkəmənin məsul işçisi Könül Əliyevadır. Gənc hüquqşünas Könül Əliyevanın “Palitra” qəzetinə olan eksklüziv müsahibəsini təqdim edirik:

 

- Könül xanım, yeni nəşr olunan “Rusca-Azərbaycanca İzahlı Hüquq lüğəti” kitabının müəlliflərindən birisiniz. Bu kitabın ərsəyə gəlməsi barədə qısaca məlumat verməyinizi xahiş edirik.

- Bu günə qədər Azərbaycan hüquq sistemində rusca-Azərbaycanca hüquq terminləri kitabı ilk dəfə 1961-ci ildə işıq üzü görüb. Azərbaycan müstəqillik qazandıqdan sonra bütün hüquq sistemində dəyişikliklərlə bağlı olaraq hüququn müxtəlif sahələrində terminlərin müasir daxili və beynəlxalq qanunvericiliyə uyğun hazırlanması zərurəti yaranıb. Bu şərəfli və mürəkkəb bizim öhdəmizə düşdü. Müasir hüquq lüğətinin hazırlanması məqsədilə Ali Məhkəmənin təşəbbüsü ilə yaradılmış işçi qrupuna bilavasitə hüquq sistemində işləyənlərlə yanaşı, filoloq alimlər də cəlb edilib. Beləliklə, 2010-cu ildə layihənin müzakirəsi aparılıb və hüquq sistemində mövcud olan boşluğu hansı lüğətlərlə, hüquq terminləri və yeni hüquq anlayışları ilə doldurmaq məsələsi əsas götürülüb. Dilçi alimlərin də fikrini nəzərə alaraq lüğətlərin tərtib olunmasının ardıcıllığı müəyyənləşdirilməklə, ilk olaraq rusca-Azərbaycanca, daha sonra Azərbaycanca-ingiliscə və ən nəhayət, rusca-Azərbaycanca izahlı hüquq lüğətlərinin hazırlanması planlaşdırılaraq həyata keçirilib.

- 2012-ci ildə işıq üzü görən və 18 (on səkkiz) minə yaxın sözsöz birləşməsini özündə əks etdirən “Azərbaycanca-rusca izahlı hüquq lüğəti” adlı kitab Ali Məhkəmənin işçi heyəti tərəfindən hüquqşünasların, eləcə də geniş oxucu kütləsinin sorğu və məlumat tələbatını ödəmək məqsədilə ərsəyə gəlib. Lüğət həm hüquq-mühafizə orqanları, həm də biznesin müxtəlif sahələrində çalışan subyektlərin tələblərinə uyğun, işgüzar məktubların, sorğuların, ərizələrin və bank sənədlərinin hazırlanmasında yaranan çətinliklərin həlli məqsədilə tərtib olunub.

“Azərbaycanca-rusca izahlı hüquq lüğəti”ndən sonra geniş oxucu kütləsinə təqdin olunan, 19 (on doqquz) minədək sözsöz birləşməsini özündə ehtiva edən “Azərbaycan-ingiliscə hüquq lüğəti” hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı vəsaitə çevrilib.

18 mart 2015-ci il tarixdə isə biz əvvəlki kitablarla müqayisədə daha çox - 33 (otuz üç) mindən artıq sözsöz birləşmələrini özündə ehtiva edən lüğətin üçüncü nəşri “Rusca-Azərbaycanca izahlı hüquq lüğəti” kitabının təqdimatını keçirdik.

Müəlliflər hər bir hüquqi lüğətə yaradıcı yanaşıblar. “Rusca-Azərbaycanca izahlı hüquq lüğəti” heç də 2012-ci ildə buraxılan Azərbaycanca-rusca izahlı hüquq lüğətinin əksi deyil. Bu lüğətdəki yeniliklərdən biriodur ki, burada bəzi söz və ifadələr öz əksini daha geniş şəkildə tapıb, izahları daha açıq və daha genişformada verilib.

Biz bu kitabları hazırlayarkən, çoxsaylı lüğət və qaynaqlardan istifadə etməklə yanaşı, çalışdıq ki, hüququn bütün sahələrindəki ən son terminoloji yeniliklər də burada öz əksini tapsın. Burada Azərbaycan dilində və dünya hüquq sistemində istifadə edilən termin və ifadələr, hüquq ədəbiyyatında rast gəlinən və artıq dilimizə daxil olmuş alınma sözlər də yer alıb. Lüğətdə verilən hüquq terminlərinin mənaları tam şəkildə açılır və izahı verilir.

- Lüğətin hüquqşünaslığa töhfə olduğunu necə izah edərdiniz?

- Sözsüz, təqdim olunan lüğət mütəxəssislərin, hüquqşünasların və dilçi alimlərin bir növ elmi tədqiqatının məhsuludur desəm, səhv etmərəm. Bütün bunlar lüğətin dəyərini daha da artırır.

Bu baxımdan beynəlxalq hüquq sistemindəki hamılıqla tanınan normativ definisiyaların, hüquq terminologiya məcmusunun xeyli zənginləşməsi biz müəlliflərin üzərinə heç də sadə olmayan bir vəzifə qoyub. Müəllif kollektivi kimi bu missiyanın məsuliyyətini anlayaraq işə başladıq və hesab edirəm ki, uğurlu sonluqla da başa çatdırdıq.

Bu nəşrin məqsədi müxtəlif mürəkkəb terminlərə, onların izahını verməklə yanaşı, həm də mahiyyətini anlamağa köməklik göstərməkdir. Bu tipli lüğətlər tək dövlət qulluğunda çalışan hüquqşünaslar üçün deyil, həmçinin qeyri-dövlət sektorunda çalışan hüquqşünaslar və bütövlükdə hər bir ziyalı Azərbaycan vətəndaşı üçün lazımlı bir əyani vəsaitdir. Bundan əlavə, hüququ, sosial elmləri öyrənən tələbələrə bu nəşri tam əminliklə tövsiyə edə bilərəm.

- Lüğəti işlədiyiniz zaman hansı nüanslara diqqət etdiniz?

- Lüğətdəki bütün materiallar alfavit qaydasında düzülüb. İki, yaxud bir neçə sözdən ibarət olan söz birləşmələrində birinci yerdə əsas məntiqi məna daşıyan söz yazılıb.

Oxucu lüğətdəki sözün mənasını daha yaxşı anlasın deyə, terminlərin mənalandırılmasında sinonimlərdən geniş istifadə edilib. Hüquq lüğətinin digər lüğətlərdən fərqi sözün tərcüməsinin hansısa hüquq sahəsinə uyğun dəqiq mənasına görə verilməsidir. Misal üçün, “korıstğsözünün Azərbaycanca tərcüməsitamahdeməkdir. Lakin, digər Azərbaycan-rus lüğətlərindətamahsözü ilə yanaşıacgözlük”, “göz dikməkkimi bir çox mənalara da rast gəlinir. Bu kimi sinonimlərin hüquq lüğətində yer almasına yol verilmir.

Lüğətdə elə sözlər var ki, həm hüquqi, həm tibbi termin kimi işlədilib. Məsələn, «obsledovanie» sözü lüğətdə iki mənada verilib. Birinci mənada hüquqi termin kimi -“beynəlxalq mübahisələrin sülh yolu ilə nizamlanması”, ikinci mənada isə tibbi termin kimimüayinə, yoxlamamənasında işlədilib.

Lüğətdə müasir siyasi elmdə istifadə edilən bütün əsas terminlər öz yerini tapıb.

Daha sonra lüğətdə silah növləri haqqında geniş yazmışıq, müxtəlif növ hərbi sursatların izahını vermişik. Kitabda həm rus dilindən tərcümə olunmayan, ən çox işlənən jarqon söz ifadələrinin izahı verilib. Məsələndedovhina»,«ksiva»və s.

Ümumiyyətlə, lüğəti kifayət qədər əhatəli geniş etməyə çalışmışıq. Belə ki, burada rus dilində işlənən hüquq terminləri ilə yanaşı, dünya hüquq sistemində istifadə edilən termin, anlayış ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən artıq dilimizə daxil olmuş memorandum, miqrasiya, bülleten, blank, vakansiya, kredit, lizinq, kooperasiya, konsern, indeks, indemnitetkimi sözlər öz əksini tapıb.

- Azərbaycanın gənc hüquqşünaslarının inkişafını necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, bugün gənc hüquqşünasların inkişafı üçün daha əlverişli şərait daha geniş imkanlar var. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi islahatların bu gün hüquq-mühafizə ədliyyə orqanlarında uğurla davam etməsi uzaqgörən siyasətçinin ideyalarının canlı təzahürüdür.

İntellektin, dünyagörüşün inkişaf etdirilməsi biliyin əldə edilməsi üçün internetdən istifadə vacib amillərdəndir. Zəngin elektron kitabxanalar, inkişaf etmiş ölkələrin - ABŞ, Böyük Britaniya digər dövlətlərin - hüquq sistemi ilə tanış olmaq imkanı işimizə müsbət təsirsiz ötüşmədi.

- Azərbaycan gənci simasında dövlətimiz üçün nələr vermək arzusundasınız?

- İstərdim, ölkə Konstitusiyasının "Hər kəs özünün hüquq azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır" tələblərinə uyğun bir gənc hüquqşünas vətəndaş kimi mən Vətən, dövlət qarşısında layiqli borcumu yetirə yetirim. Əlbəttə, elm sahəsində arzularım var. İnkişaf etmək, hüquq sahəsində yeniliklərə imza atmaq, xidməti pilləkənlərdə uğurla irəliləmək qanunları uca tutmaq amallarımdandır. Bu yolda, bir gənc olaraq, üzərimə düşən hər bir vəzifənin öhdəsində layiqincə gəlməyə hazıram.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-30 aprel.-S.13.