Tatyana Şafran: "Xoşbəxtəm ki, Qəbələ kimi gözəl bir məkandayam"

 

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qalibləri tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayır, yenidən bu füsunkar məkana səfər edəcəklərini arzulayırlar.

Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qalibi, yaponiyalı pianoçu Aiko Tomiya təşkilatçılarına, münsiflər heyətinə minnətdarlığını bildirib: “Bilirəm ki, bu işləri görmək üçün çox vaxt tələb olunur. Mən sevinirəm ki, bu sahədə öz sözünü demiş, dünyada tanınmış pianoçuların təmsil olunduğu münsiflər heyətinin qarşısında inamla çıxış edə bildim. Üç turdan keçdim böyük mükafata, eləcə diploma sahib oldum. Müsabiqədə iştirakçıların ifaları obyektiv diqqətlə izlənilirdi. Hər şeydən əvvəl isə münsiflərin yekun qərarı açıqlanarkən qalib olduğumu eşitdim xoş hisslər yaşadım”.

Müsabiqənin ukraynalı qalibi Tatyana Şafran isə deyib: “Xoşbəxtəm ki, Qəbələ kimi gözəl bir məkandayam. Burada dünya musiqisi incilərindən ibarət gözəl konsert proqramları təşkil edilir. Məni buraya dəvət etdikləri üçün azərbaycanlı dostlarıma dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, yenə bu müsabiqədə iştirak edəcəyəm”.

 

Fuad

 

Palitra.- 2015.- 1 avqust.- S. 10.