Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə sərgi
açılıb
İyulun 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ”1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” mövzusunda geniş kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə Milli Kitabxana direktorunun müavini Gülbəniz Səfərəliyeva Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən, bu günədək keçdiyi şərəfli inkişaf yolundan, əldə olunmuş nailiyyətlərdən bəhs edib, dilimizin zənginliyindən söhbət açıb.
Tədbirdə şairlər Fəridə Hacıyeva, Səyyarə Məmmədli və başqaları Azərbaycan dilinə həsr etdikləri şeirlərini oxuyublar.
İki yüzədək ədəbiyyatı özündə əks etdirən “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” mövzusunda sərgi iştirakçıların böyük marağına səbəb olub.
Fuad
Palitra.- 2015.- 1 avqust.- S. 10.