Bu il məzunların
4 faizə yaxını 600-dən yuxarı bal
toplayıb
Yüksək bal toplayanlar dövlət sifarişli ixtisaslara
üstünlük verirlər
Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş isə artıq uzun illərdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilir. Qeyd edək ki, Dövlət Komissiyası yarandığı vaxtdan həmişə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışaraq bu sahədə əsaslı nailiyyətlər əldə edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən imtahanları da uğurla başa vurdu. Artıq bugünlərdə ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri də elan edildi. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunub. Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
Boş qalan plan yerlərinə
ixtisas seçimi
başlayır
Bugündən etibarən 2015/2016-ci tədris ilində ail təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Qeyd edək ki, TQDK avqustun 12-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Məzunların 11 faizi 500-dən yuxarı
bal toplayıb
“200-300
bal arasında nəticə
göstərərək tələbə
adı qazanmış
şəxslər 30 faiz,
300-500 bal arasında 47, 14 faiz,
500-700 bal arasında nəticə
göstərərək tələbə
adını qazanan şəxslər 22, 08 faizdir.
7, 5 faiz isə 600-dən
yuxarı bal toplayaraq ali məktəblərə qəbul
olunublar”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
(TQDK) mətbuat xidmətinin
rəhbəri Elnur Nağızadə nəticələrlə
bağlı keçirilən
brifinqdə deyib.
E. Nağızadə bildirib
ki, bütünlüklə
qəbul prosesi tam başa çatdıqdan, yəni ikinci mərhələ üzrə
yerləşdirmənin nəticələri
elan olunduqdan sonra ənənəvi olaraq TQDK tərəfindən
qəbulun yekunlarına
dair statistik təhlillər aparılacaq:
“Daha geniş, müqayisəli təhlillər
ictimaiyyətə təqdim
olunacaq. Bizdə yalnız ilkin
statistik məlumatlar var”. TQDK rəsmisi bu il orta
ümumtəhsil məktəblərinin
məzunlarının qəbul
imtahanlarında göstərdiyi
statistik rəqəmləri
açıqlayıb: “Builki
məzunların 26,21 faizi
0-100 bal arasında, 18,97 faiz
100-200 bal arasında, 18,28 faiz
200-300 arasında, 24,91 faiz
300-500 bal arasında, 11, 63 faiz
500-dən yuxarı və
3,91 faiz 600-dən yuxarı
bal toplayıb”.
TQDK: “İnternet vasitəsilə ixtisas seçimi aparılacaq”
E.Nağızadə bildirib ki, birinci mərhələ
üzrə qəbul planı 83, 12 faiz dolub və 32 196 nəfər tələbə
adı qazanıb: “Həmin şəxslərdən
27 541 nəfəri orta
ümumtəhsil müəssisələrini
2015-ci ildə bitirən
məzundur”. E. Nağızadənin
sözlərinə görə,
dövlət və özəl ali
təhsil müəssisələrinə
ümumilikdə 6 555 yer
boş qalıb: “Həmin yerlərin siyahısı çap olunmaq üçün artıq hazırlanıb.
“Abituriyent” jurnalının 8-ci sayında boş qalan yerlərin siyahısı abituriyentlərin
istifadəsinə veriləcək.
Ali məktəblərin boş qalan yerlərinə qəbul olmaq istəyən gənclər bilməlidir
ki, proses avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi aparılacaq.
Müsabiqədə iştirak hüququ
olan şəxslər
həmin ixtisasları
seçərək ərizələrində
qeyd edə bilərlər”.
TQDK rəsmisi əlavə edib ki, bu
mərhələdə eyni
zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək:
“Bildiyiniz kimi, bu ildən kolleclərə
11 illik təhsil bazasında qəbul buraxılış imtahanı
əsasında keçirilir.
Kimlər ki, müsabiqədə
iştirak etmək hüququna malikdir, onlar avqustun 14-dən 19-na qədər kolleclərin ixtisaslarını seçə
bilər”. E. Nağızadə
qeyd edib ki, eyni ərizə
formasında həm ali təhsil
müəssisələrinin boş qalan plan yerlərini, həm də orta ixtisas
təhsili müəssisələrinin
ixtisaslarını seçmək
mümkündür: “Bununla
da ikinci mərhələ də başa çatdıqdan sonra ali təhsil
müəssisələrinə qəbul prosesi yekunlaşacaq”.
700 bal toplayan abituriyentlər hansı ali məktəblərə
qəbul olunublar?
Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası
2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsi üzrə
keçirilən qəbul
imtahanlarında maksimum
nəticə göstərən
-700 bal toplayan abituriyentlərin
hansı ali məktəblərə qəbul
olduqlarını açıqlayıb.
Komissiyanın məlumatına
görə, I ixtisas qrupu üzrə Məmmədli Isa Elişad
oğlu (Azərbaycan bölməsi) Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi (Dövlət sifarişi əsasında), Abbasov Nihad Natiq oğlu
Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi, Allahverdiyev
Əli Allahverdi oğlu (Azərbaycan bölməsi) "Qafqaz"
Universitetinin Mexanika mühəndisliyi, İsmixanov
Teymur Vüqar oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin
Kompüter elmləri
(Ödənişli əsaslarla),
Abduyev Firuz Bayram (Azərbaycan bölməsi) "Qafqaz"
Universiteti Kompüter mühəndisliyi (Dövlət
sifarişi əsasında),
Həsənli Arzu Ədalət qızı (Azərbaycan bölməsi)
Bakı Ali Neft Məktəbinin Proseslərin
avtomatlaşdırılması mühəndisliyi (Dövlət
sifarişi əsasında),
Əliyeva Nərmin Çingiz qızı (Azərbaycan bölməsi)
"ADA" Universitetinin Kompüter
mühəndisliyinə (Ödənişli
əsaslarla) qəbul olub.
Bu il ali məktəblərin
II ixtisas qrupu üzrə Qasımov Elçin Ziyad oğlu (Azərbaycan bölməsi) “Qafqaz" Universitetinin Mühasibat uçotu və audit (Dövlət sifarişi əsasında), Əhmədov
İbrahim Əhməd
oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin
Beynəlxalq münasibətlər
(Ödənişli əsaslarla),
İsgəndərov Əli
Rauf oğlu (Azərbaycan bölməsi)
"ADA" Universitetinin Beynəlxalq
münasibətlər (Ödənişli
əsaslarla) ixtisasına,
III ixtisas qrupu üzrə Novruzova Lalə Zəfər qızı (Azərbaycan bölməsi) Azərbaycan
Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
Hüquqşünaslıq (Dövlət sifarişi əsasında), Əfəndiyeva
Xəyalə Rəvan
qızı (Azərbaycan
bölməsi) Azərbaycan
Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyası
Hüquqşünaslıq (Dövlət sifarişi əsasında), Abdulrəhimov
Kamran Hüseyn oğlu (Azərbaycan bölməsi) Bakı Dövlət Universitetinin Hüquqşünaslıq (Dövlət
sifarişi əsasında),
IV ixtisas qrupu üzrə Mahmudova Asya İdris qızı (Azərbaycan bölməsi) Azərbaycan
Tibb Universitetinin Müalicə işi (Dövlət sifarişi əsasında), Məcidov
Nurlan Namiq qızı (Azərbaycan bölməsi) Azərbaycan
Tibb Universitetinin Müalicə işi (Dövlət sifarişi əsasında) ixtisasına
qəbul olub.
Nigar Abdullayeva
Palitra.-2015.-14 avqust.-S.11.