Hicran Hüseynova:
“Ailə bizim üçün
hər şeydir”
Dünən Bakının Xəzər rayonu ərazisində "Bizim gücümüz birliyimizdədir" adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ərazisində yaşayan aztəminatlı ailələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova azərbaycanlıların
möhkəm ailə təməlini həmişə qiymətləndirdiyini
qeyd edib. H.Hüseynova
diqqətə çatdırıb ki,
hamı tərəfindən qəbul olunmuş
dünyəvi əsaslara uyğun həyat
sürən, amma bununla
belə Şərq mentallığı ənənələrinə
və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda
qadının rolu, uşaqların tərbiyəsi
məsələləri xüsusilə həssas sahədir. Ailə, qadın və uşaqların
hüquqlarının müdafiəsi sahəsində ölkədə
aparılan siyasətdən danışan H.Hüseynova
qeyd edib ki, Prezident İlham
Əliyev bu sosial qrupa hərtərəfli dövlət
qayğısının müstəsna əhəmiyyətini dəfələrlə
vurğulayıb. Komitə sədri bildirib
ki, bir neçə il bundan əvvəl
ölkədə çox az
sayda qadın təşkilatı olduğu halda, hazırda
onların sayı iki yüzü
ötüb keçib.
Müasir Azərbaycan qadını ölkə
həyatının iqtisadi, sosial və siyasi, hüquqi və idarəetmə sahələrində
fəallıq göstərir. Qeyd edib ki, bu
sahədə ölkənin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın rolu çox
böyükdür. Onun qadın və
uşaqların, qaçqınların hüququnun
müdafiəsi sahəsində göstərdiyi geniş fəaliyyət, irəli sürdüyü bir çox layihələr təkcə
respublikamızda deyil, həmçinin onun hüdudlarından da uzaqlarda dərin hörmət və minnətdarlıq
hissi ilə qarşılanır.
Komitənin rəhbəri nəzərə
çatdırıb ki, uşaq
şəxsiyyətinin formalaşmasında ailənin rolu böyükdür. Tədbirdə çıxış edən Xəzər
Rayonu İcra Hakimiyyəti
başçısının müavini Arif Balayev bildirib
ki, dövlət müxtəlif tədbirlər
vasitəsilə ailənin qorunub
saxlanmasına və möhkəmlənməsinə, onun sosial müdafiəsinə,
vətəndaşların ailə hüquqlarının təmin
olunmasına qayğı göstərir. Görüş
zamanı qadınları maraqlandıran suallar
dinlənilib, mövzu ətrafında
müzakirələr aparılıb. Tədbirdə komitə tərəfindən
uşaqlara hədiyyələr təqdim olunub.
Nigar
Palitra.-2015.-14 avqust.-S.4.