Səkinə Paşayeva: “Təkəlduz sənəti həyatımın bir hissəsidir

 

Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi vardır. Elə bir azərbaycanlı ailəsi tapılmaz ki, evində ulu nənələrimizdən yadigar qalan, nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxan zərif tikmə nümunələrinə rast gəlinməsin. Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki, həm təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib.

Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Səkinə Paşayeva da onlardan biridir. O, Şəkidə yaxşı tanınan təkəlduz ustalarındandır. OnunlaSənətkarlar evi”ndəki emalatxanasında görüşdük. Bura, eyni zamanda, sənətkarın əl işlərinin sərgiləndiyi, satışının həyata keçirildiyi bir məkandır.

Səkinə xanım təkəlduz sənətindən əvvəl bədii tikmənin digər növlərinə, həmçinin toxuma sənətinə maraq göstərib. Dediyinə görə, qızları vaxtilə Şəkinin çox məşhur təkəlduz ustası Möhtərəm xanımın qızı Səxavət müəllimədən bu sənətin sirlərini öyrənirmişlər. Bu sənətə maraq da elə həmin vaxtdan yaranıb. Səkinə xanım 20 ildən artıqdır ki, təkəlduz sənəti ilə yaxından məşğul olur. Bu işdə qızları Günel, Gülnar, gəlini Aygün onun ən yaxın köməkçiləridir.

Müsahibim deyir ki, təkəlduz XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanın qədim şəhərlərindən olan Şəkidə geniş yayılan sənət növlərindən biridir. Təkəlduz hərfi mənadatək əllə düzmənasını verir. Əvvəllər bu sənətlə kişilər məşğul olurdular. Onlar uzaq səfərlərdə olarkən təkəlduzda həkk etdikləri işarələr vasitəsilə evlərinə xəbər göndərirmişlər.

Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Səkinə xanım deyir: “Elə işlər var ki, 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri isə 20 günə, bir aya əmələ gəlir. Məsələn, “Şəki xanlarının sarayıəsəri üzərində 4 ay işləmişəm. Çox incə naxışlar vurmaq lazım gəlirdi. Mövzuları özüm axtarıb tapıram. Bəzi işlərimin mövzularını isə Şəki xanları sarayının divar rəsmlərindən götürmüşəm”.

Sənətkarın dediyinə görə, əl işlərinin qiyməti 20 manatdan 800-1000 manatadək dəyişir. Satışdan heç narazı deyil. Məhəmməd FüzulininLeyli Məcnunəsəri əsasında hazırladığı əl işini 500 manata satmağa müvəffəq olub. Xaricilər daha çox buta naxışları ilə bəzədilən çərçivəyə salınan kiçik ölçülü işlərə, qadınlar isə rəngbərəng saplarla bəzədilən balınc üzlərinə daha çox maraq göstərir, bu işləri həvəslə alırlar.

Səkinə xanım bu sənətə qəlbən bağlandığını bildirərək deyir: “Gözəl sənətdir, əziyyətimizə dəyir. Bu sənətə çox böyük marağım var, işimi sevirəm. Təkəlduz sənəti həyatımın bir hissəsidir. Onsuz yaşaya bilmərəm”.

Səkinə Paşayeva vaxtaşırı olaraq respublikamızın paytaxtında, eləcə bölgələrdə təşkil olunan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilərdə iştirak edir. Dəfələrlə belə sərgilərin diplomlarına layiq görülüb. Onun əl işləri Türkiyə Avstriyada təşkil olunan sərgilərdə nümayiş etdirilib.

Şəkili sənətkar “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən yarışlar zamanı təşkil olunan xalq sənətkarlarının əl işlərindən ibarət sərgidə iştirak edib. Onun Avropa Oyunlarının rəmzləri olan nar, ceyran, alov təsvirlərinin həkk olunduğu bədii tikmələri, araqçınlar xarici qonaqların böyük marağına səbəb olub.

 

Mustafa Dadaşov

 

Palitra.- 2015.- 7 avqust.- S. 13.