“Distant texnologiyalar
təhsili hamı üçün əlçatan
edir”
Dosent İlham Əhmədov:
“Ölkəmizdə ixtisasartırma
və təkmilləşdirmə
kurslarını distant texnologiyalar
əsasında təşkil
etmək olar, bu həm daha
asan, həm də maliyyə cəhətdən daha sərfəli olar”
Distant təhsil təhsilin
informatlaşmasının zirvəsi
olub, XXI əsrin təhsil innovasiyasıdır. Qlobal təhsil
məkanında son 20 ildə
intensiv inkişaf edən bu texnologiya
milli təhsilimizdə
hələ də layiqli yerini tutmayıb. Layihə çərçivəsində
təqdim etdiyimiz yazı distant təhsillə
bağlıdır. Ölkəmizdə
distant təhsilin yaranması
və inkişafı problemləri ilə bağlı suallarımızı
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
“İKT, Monitorinq və
Qiymətləndirilmə Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov cavablandırır.
- Distant təhsil
formasına keçid
üçün nə
qədər maliyyə
tələb
olunur?
- Ekspertlər bildirirlər ki, 10. 000 nəfər tələbəsi olan universitetdə beynəlxalq
standartlara cavab verən distant təhsil sisteminin yaradılması üçün 5-10 il vaxt (universitetin səviyyəsindən asılı
olaraq) , ixtisasların sayından asılı olaraq, hər ixtisas üçün 1-2 milyon
dollar pul lazım ola bilər . Hesab edirəm ki, distant təhsilin yaradılması üzrə
ölkəmizdə bəzi
universitetlərdə müəyyən
ixtisaslar üzrə
pilot layihələr hazırlayıb
həyata keçirməyin
zamanı çoxdan yetib. İnkişaf etmiş ölkələrdə
artıq 20 ildir distant
təhsil tətbiq edilir. Son 5 ildə
inkişaf etmiş ölkələrdə artıq
smart təhsil, smart universitet
layihələri uğurla
icra edilir.
- Təhsilin hansı pilləsində
distant təhsil səmərəli
hesab olunur?
- Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və
imkanlarına cavab verirsə, distant təhsil
ənənəvi təhsil
forması qədər,
bəlkə də, bir az artıq səviyyədə
səmərəli ola
bilər. Dünyada distant təhsilin imkanları getdikcə sürətlə artır.
Bir çox təhsil müəssisələri
və treninq mərkəzləri fəal
şəkildə məktəbdə
eksternat təhsildən
başlamış ali təhsilə və MBA-ya qədər bütün səviyyələrdə distant təhsil kursları təşkil edirlər. Hal-hazırda hətta
pulsuz xeyli distant kurslar fəaliyyət göstərir. Fikrimcə, ölkəmizdə
ixtisasartırma və
təkmilləşdirmə kurslarını distant texnologiyalar
əsasında təşkil
etmək olar, bu həm daha
asan, həm də maliyyə cəhətdən daha sərfəli olar. Təəssüf ki, ölkəmizdə
heç bir nazirlikdə korporativ təhsil sistemi inkişaf etməyib, bu, insan kapitalı
və kadrların diplomdan sonrakı fasiləsiz təhsil sisteminin zəif durumda olmasını göstərir. Korporativ təhsil
sistemi bu gün bütün dünyada distant texnologiyalar
əsasında fəaliyyət
göstərir. Biz belə distant korporativ təhsil sisteminin (korporativ virtual universitetin)
yaradılması təşəbbüsü
ilə bir neçə nazirliyə təkliflər verdik, amma onlar üçün
bu ideyaya maraq olmadı.
- Distant təhsil
daha çox kimləri cəlb edə bilər?
-Bakalavr, magistr, doktorantura pillələrində
təhsil almaqla yanaşı, daim inkişafa həvəs edən kadrların fasiləsiz təkmilləşdirilməsi,
əlavə ali
təhsil almaq istəyən insanlar üçün, evdar qadınlar, müəyyən
fiziki qüsurlarla əlaqəli cəmiyyətdən
qismən təcrid olunmuş, lakin fəal həyata qoşulmaq üçün
bilikləri az olan insanlar, məhbus həyatı yaşayanlar və s. kateqotiyadan olan vətəndaşlarımız üçün distant təhsil
maraqlı ola bilər. Amma istənilən təhsil
forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri
var.
- Distant təhsilin
müsbət cəhətləri
hansılardır?
- Müsbət cəhətləri
distant təhsil proqramları
ənənəvi sistem
üzrə aparılan
analoji təhsil kurslarından xeyli ucuzdur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil
şəkildə məşğul
olurlar, müəllimlər
eyni zamanda daha çox tələbəni öyrədə
bilirlər, bunun da sayəsində distant təhsilin qiyməti münasib olur . Distant texnologiyalar
təhsili hamı üçün əlçatan
edir. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında
çıxış etmək
fobiyası kimi kommunikasiya keyfiyyətləri
ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir. Distant təhsil mobildir
və deməli, tələbənin daim aktual məsələlərə
çıxışı olur.
Bunun üçün sadəcə
internet lazımdır.
- Distant təhsilə
keçiddə hansı
problemlər ola
bilər?
- Distant təhsilin keyfiyyəti hazırlanan kontentin keyfiyyətindən və idarəetmənin düzgün
təşkilindən asılıdır.
Ümumən isə distant təhsilin
müsbət cəhətləri
olduğu kimi, mənfi cəhətləri
də var. Tələbələrin
təhsil səviyyəsində
və peşəkar təcrübəsində fərdi
fərqləri nəzərə
almağa imkan verməməsi, təlim və imtahan telekonfranslarının təşkili
üçün müxtəlif
ölkələrin telefon
xətlərinin keçiricilik
qabiliyyəti kifayət
etməyə bilər.
Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında
canlı ünsiyyətin
itməsidir. Zəif tərtib
edilmiş təlim kursları kifayət qədər interaktiv olmur. Mən Təhsil Nazirliyinə
təklif edərdim ki, distant təhsilin bir forması olan, bütün dünyada geniş yayılmış Xan-Akademiyanın
Azərbaycan dilli versiyasını yaradaq.
Bu , 21-ci əsrin
virtual məktəbidir. Belə məktəbin
yaranması zəif oxuyan şagirdlərin və bəzi zəif müəllimlərin
inkişafına, pedaqoji
universitet tələbələrinin
inkişafına təkan
verəcək, repetitorluğun
rolunu, uşaqların
məktəbdən yayınma
hallarını azaldacaq,
çox vaxt məktəblərdə istifadəsiz
qalan kompüter sinifləri və internet şəbəkəsindən daha
səmərəli istifadəyə
imkan yaradacaq. Bu halda gələcəkdə
şagirdlərin planşetlərlə
təminatı zamanı
da xeyli əlavə elektron resurslardan istifadə imkanları yaranacaq. Bu gün Xan-Akademiyanın
təkcə ingilisdilli
versiyasında 5 milyon şagird pulsuz keyfiyyətli virtual təhsil
alır. Hətta Bill Qeytsin
övladları da Xan-Akademiyada oxuyurlar, hərçənd o ən
bahalı məktəbdə
də öz uşaqlarını oxuda bilərdi. Məktəbin
səmərəli fəaliyyətindən
razı qalan Bill Qeyts minnətdarlıq əlaməti olaraq Xan-Aademiyasına 10 milyon
dollar yardım da edib .Bir çox
məktəb fənlərini,
universitet proqramlarını
əhatə edən bu virtual məktəb fərdi təhsilin təşkilinə, təmayüllü
təhsilin, azkomplektli
məktəblərdə tədrisin
inkişafına dəstək
ola bilər. Distant təhsil məsələləri
kompleks problemdir, bir məqalədə təbii ki, bütün məsələləri
əhatə etmək mümkün deyil. Oxucuların bu sahədə əlavə məlumat alması üçün bizim internetdə olan məqalələrimiz və
müsahibələrlə tanış olmağı
məsləhət bilərdim,
sadəcə “Gooğle”də
“distant təhsil İlham
Əhmədov” axtarışı
vermək kifayətdir.
Anar Miriyev
Palitra.-2015.-18 avqust.-S.11.