“Azərbaycanı Malayziyada
tanıtmaq üçün əlimizdən
gələn hər şeyi edirik”
Sirac İmranoğlu:
“Yaxın illərdə dünya
iqtisadiyyatı, turizm bölgəsi və
tədris üçün də insanlar Qərbdən Şərqə gedəcəklər”
Bu gün Azərbaycan
gənclərinin səsi dünyanın hər tərəfindən
gəlir. Ən ucqar ölkədə belə,
təhsil alan gənclərimiz var. Elə budəfəki müsahibimiz
Sirac İmranoglu da Azərbaycana uzaq olan ölkədə - Malayziyada
təhsil alır. Qeyd edək ki, Sirac İmranoğlu
Göyçay rayonunda
anadan olub. Orta məktəbi bitirdikdən sonra
Eskisehir Anadolu Universitetinin Maliyyə fakültəsinə daxil olub. 2010-cu ildə ali təhsilini başa vurandan sonra Vətənə
qayıdıb, hərbi xidmətdə olub.
Daha sonra
Malayziyanın Selangorda Universitetinin
biznes administrasiyasında təhsilini davam etdirib və buranı
2015-ci ildə bitirib. Hazırda həmin universitetin doktoranturasında təhsil alır.
- Siz
ilk ali təhsili
Türkiyədə almısınız. Azərbaycan, Türkiyə
və Malayziya təhsillərində
hansı bənzər və fərli cəhətlər var?
-Uzun illərdir Azərbaycandan kənarda yaşadığım üçün buradakı ali təhsil sistemi ilə bağlı çox da bilgim yoxdur. Amma hesab edirəm ki, Azərbaycandakı təhsil sistemi heç də digər ölkələrdəki təhsil sistemindən geri qalmır. Mən yalnız Malayziya və Türkiyədəki təhsili qarşılaşdıra bilərəm. Belə ki, hər iki ölkədə universitetlərin kampusları gözəl olur, tələbə üçün imkanlar, təsislər yüksək səviyyədədir. Universitetlərdə aktivlik o qədər çoxdur ki, kampuslarda tələbə sıxılmağa imkan tapmır. Müəllim kollektivi işlərinə məsuliyyətlə yanaşırlar. Hər iki ölkədə tələbənin təhsili üçün maddi və mənəvi imkanlar qurulur. Fərqli cəhəti odur ki, Malayziyadakı universitetlər təhsil sistemlərində Amerika, İngiltərə, Avstraliyanın və digər qabaqcıl universitetlərin tədris proqramlarını izləyirlər.
-Malayziya
Azərbaycana uzaq olan
ölkədir. Bu ölkəyə təhsil
almağa getməyə sizi
nə vadar etdi?
-Əslində, Malayziyada oxumaq fikrim yox idi. Mən İngiltərədə təhsil almaq istəyirdim, hətta qəbul da olmuşdum, lakin iki dəfə viza üçün səfirliyə müraciət etməyimə baxmayaraq, bu, baş tutmadı. Belə ki, İngiltərədəki universitetin Malayziyadaki korpusunda oxumaq mənə təklif olundu. Mən də 5 saat internetdə Malayziyanı araşdırdıqdan sonra qəbul etdim, daha sonra bir il Malayziyada oxuduqdan sona İngiltərəyə getmək üçün imkanlar var idi. Malayziyaya getmək məqsədim isə bir müddət sonra oranı İngiltərəyə dəyişmək idi. Lakin Malayziyadakı təhsili çox bəyəndim. Bu, həm də mənim ixtisasım üzrə idi. Dünyanın ən yaxşı 3 ölkəsindən biri məhz bu ölkədir. Həm də İngiltərənin hava şəraitinə baxdığımız zaman Malayziya daha cazibədar gəlirdi. Hər zaman yay və isti olur. Soyuğu sevmirəm.
-Malayziya
ilə Azərbaycanın əlaqələrinin inkişaf
etdirilməsində bu ölkədə təhsil
alan tələbələrin nə kimi rolu var?
-Biz, Azərbaycandan çox uzaqda yaşayan tələbələrdən daha şanslıyıq. Çünki bizim Malayziyada gözəl bir səfirliyimiz var. Biz tələbələr səfirliyimizlə bərabər Malayziyada Azərbaycanın bütün bayramlarını xarici vətəndaşlarla birlikdə qeyd edirik və Azərbaycanı Malayziyada həm ölkə olaraq, həm də adət-ənənələrini tanıtmaq üçün əlimizdən gələn hər şeyi edirik. Malayziyada olduğum 3 il ərzində səfirliyimizə bir çox tədbirlərdə kömək etmişik. Ən son isə tanınmış liseyin birində hər il keçirilən və bu il 49 ölkənin qatıldığı mədəniyyət festivalında həm adət-ənənəmizi, həm milli mətbəximizi, geyimlərimizi, həm milli brendlərimizi tədbirə gələnlərə tanıtdıq. Və ən sonda 49 ölkənin bayrağı ilə bərabər bizim bayraq da dalğalandı.
-Sizin elmi işinizin
mövzusu nədir?
-Elmi işimin adı İslam maliyyəsi və bankları, mövzusu isə İslam banklarındakı kredit sisteminin İslam və şəriət qanunlarına uyğunsuzluğunun
müştərilər üzərindəki
faktorlarıdır. Doktorantura üçün
də fərqli bir ölkə seçməməyimin səbəbi
yuxarıda qeyd etdiyim kimi, bu
ölkənin İslam
iqtisadiyyatının 1960-cı illərə dayanan keçmişi və dünya üzərindəki
3 ölkədən biri
olmasıdır.
-Yəqin ki, Malayziyada Azərbaycanı
çox da tanımırlar?
- Malayziyada Azərbaycanı
çox da tanımırlar, amma bəzi yaşlı insanlar bilirlər ki, Azərbaycan bir vaxtlar Sovet
hökumətinin tərkibində
olub. Bildiyimiz kimi, Azərbaycan
sürətlə inkişaf
edən ölkə olduğu üçün
həm iqdisadi sahədə, həm də beynəlxalq arenalarda özünü tanıdır. Keçirdiyimiz beynəlxalq tədbirlər
və Malayziya ilə etdiyimiz iqtisadi və neft sazişləri bunların bariz nümunələrindəndir.
-Bu ölkədə çoxmu
həmyerlimiz təhsil
alır?
-Demək olar ki, Malayziyada təhsil alan
tələbə sayımız,
heyiflər olsun ki, barmaqla sayılacaq
qədər azdır.
Tələbələrin az olmasının səbəbi, bəlkə
də, Avropa və Amerikaya getmək istəmələrinin
səbəbidir. Yaxın illərdə
isə dünya iqtisadiyyatı, turistik bölgə və tədris üçün
də insanlar Avropadan Asiyaya, yəni Qərbdən Şərqə gedəcəklər.
-Malayziya təhsilinin hansı cəhətlərini Azərbaycanda
tətbiq etmək olar?
- Malayziya təhsilindən Azərbaycana tətbiq oluna biləcək cəhət qabaqcıl universitetlərin tədris
proqramları və tələbələr üçün
qurulan şərait ola bilər.
Nə qədər bizim universitet müəllimlərimiz doktoranturanı
xaricdə oxusalar, bir o qədər proses güclü gedər. Ən azından xarici
ölkələrə 6 və
ya 1 illik ezamiyyətlər başlanğıc
üçün pis olmaz.
-Təhsillə bağlı növbəti
planınız nədir?
-Təhsil barədə planım doktoranturanı layiqincə bitirmək və araşdırdığım sahənin mütəxəssisi olmaqdır. Bu sahəni çox sevirəm və həvəslə öyrənirəm.
Fuad Hüseynzadə
Palitra.-2015.-21 avqust.-S.4.