“Fəal gənclərimizin sayı ilbəil
artmaqdadır”
Rəşad Baxşəliyev: “Ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib”
Gənclərin ictimai aktivliyi cəmiyyətin inkişafında təkandır. Hazırda Azərbaycan gənclərinin bu baxımdan fəallığı öz müsbət nəticələrini verməkdədir. Gənclərin bu fəaliyyəti yeniyetmələrə də bir örnəkdir. Müsahibimiz Rəşad Baxşəliyev məhz belə bir mühitdə böyüyüb və bu gün YAP Abşeron rayon təşkilatının İdarə heyətinin üzvü və Gənclər Birliyinin sədr müavinidir. Qeyd edək ki, Rəşad Baxşəliyev eyni zamanda Türkiyənin Namik Kamal Universiteti Beynəlxalq iqtisadi münasibətlər ixtisasında bakalavr təhsili alır. Bir çox elmi konfransların, layihələrin, dəyirmi masaların, aksiyaların, müsabiqələrin, seminarların, festivalların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının təşkilatçısı və iştirakçısı olub. Dəfələrlə Gənclər və İdman Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayon Gənclər və İdman idarəsinin və QHT-lərin diplom və fəxri fərmanları ilə təltif edilib.
-Dövlətin apardığı gənclər siyasəti gənclərdə öz təzahürünü necə göstərir?
-Biz gənclərlə, yeniyetmələrlə, hətta azyaşlılarla daha çox çalışırıq. Biz bilirik ki, Azərbaycanın gələcəyi, ulu öndərimizin də dediyi kimi, gənclərin əlindədir. Buna görə də biz onlarla fəaliyyətimizi daha geniş, daha sıx şəkildə qururuq və bu istiqamətdə tədbirlərimizi həyata keçiririk. Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Abşeron gəncləri dövlət dəstəyi ilə xeyli sayda yerli və beynəlxalq layihələr həyata keçiriblər. Burada gənclərin intellektual səviyyəsinin artırılması, istedadlı gənclərin üzə çıxarılması, 20 Yanvar və Xocalı faciələrinin dünya ictimaiyyətinə tanıdılması kimi layihələri qeyd etmək olar. Bundan əlavə Abşeronda Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-dan artıq layihə reallaşdırılıb. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunaraq cəmiyyətin inkişafına öz töhfələrini verdiyindən, onların bilik və bacarıqlarından istifadə olunur.
-Abşeron gənclərinin ictimai-siyasi aktivliyi hansı səviyyədədir?
-Abşeron gənclərinin, demək olar ki, böyük qismi fəal gənclərdir. Abşeron rayonu ilə yanaşı, Azərbaycanın digər regionlarında və o cümlədən xaricdə bakalavr, magistr, doktorantura pillələrində təhsil alan kifayət qədər gəncimiz var. Bu cür gənclərin sayı ilbəil artmaqda davam edir. “Bakı-2015” ilk Avropa Oyunlarında keçirilən karate yarışlarında ölkəmizə ilk qızıl medal qazandıran Abşerondan olan gəncimiz Firdovsi Fərzəliyevin beynəlxalq yarışlardakı uğurları gənclərimizin əsas məşğuliyyətini özündə əks etdirir.
-Son illər YAP Abşeron təşkilatı Gənclər Birliyi gənclərlə bağlı hansı işlər görüb?
-YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinin məqsədi gənclərin
ideoloji, eyni zamanda vətənpərvərlik tərbiyəsinin
aşılanması məsələlərinə xüsusi önəm verməkdir. Biz çalışırıq ki, gənclərimiz hərtərəfli inkişaf etsin. Bildiyimiz kimi, 2013-cü il ölkə rəhbəri tərəfindən
imzalanmış sərəncama “İKT ili”
elan edilib. Məhz gənclərin
bu sahədə bilik və
bacarıqlarının artırılması məqsədilə
YAP Abşeron rayon təşkilatı
Gənclər Birliyi olaraq
“Gənclərin İKT bacarıqlarının
artırılması” adlı təlim kursu
keçirdik. Həmçinin
Dövlət Bayrağı Günü
münasibətilə birliyimizin fəal
üzvləri maraqlı fləşmob və “Bakı-2015” ilk Avropa Oyunları ilə
bağlı fləşmob həyata keçiriblər .
Əlavə olaraq qeyd
edim ki, daha bir neçə layihələrimiz
var ki, üzərində
çalışırıq.
Fuad Hüseynzadə
Palitra.-2015.-29 avqust.-S.11.