“Tədqiqatların keyfiyyətini artırmaq, xariclə təcrübə mübadilələrini genişləndirmək lazımdır”

 

Ruslan Rəhimli: “Etnososioloji yönümlü ixtisasların təhsil səviyyəsini və elmi inkişafını təmin etmək üçün universitetlərdə və elmi mərkəzlərdə praktik əhəmiyyətli işlərin keyfiyyəti yüksəldilməlidir”

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyəti İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Ruslan Rəhimlidir.

Ruslan Rəhimli Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (Hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya fakültəsini bitirib və Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2005-ci ildə “Şimali Qafqazda etnosiyasi vəziyyətin Azərbaycan - Rusiya münasibətlərinə təsiri” mövzusunda dissertasiya işi üzrə alimlik dərəcəsi alıb. Tarix üzrə fəlsəfə doktorudur. Etnosiyasi, etnososioloji mövzuda bir sıra elmi məqalələrin müəllifidir. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun Etnososiologiya şöbəsində elmi işçi vəzifəsində çalışır, aparıcı elmi işçidir. Eyni zamanda Azərbaycan Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin İdarə Heyətinin üzvüdür. 2007-ci ildə elm sahəsində nailiyyətlərinə görə və 2 Fevral Azərbaycan Gəncləri Günü münasıbətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” ilə təltif edilib.

-Ruslan müəllim, təhsil aldığınız və ya tədqiqat apardıınız sahə barəsində hansı fikirləriniz var?

- Apardığım elmi araşdırma Şimali Qafqazda baş verən etnik prosesləri öyrənmək, etnik problemləri araşdırmaqla bağlıdır. Tədqiqat işində açılmasına ehtiyac duyulan və ictimaiyyətə məlum olmayan bir çox hadisə və faktları aşkarlamaq, tədqiq etmək nəzərdə tutulub. Tədqiqatın məqsədinə həm də müasir dövrdə regiondakı etnosiyasi münasibətlərin xüsusiyyətlərini, başlıca istiqamətlərini araşdırmaq, onun mahiyyət və əhəmiyyətini düzgün qiymətləndirmək məsələlərini daxil etmək olar.

-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

-Qeyd etmək lazımdır ki, Sovet hakimiyyəti illərində Qafqazda baş verən etnosiyasi proseslər, mövcud milli problemlərin səbəbləri və xüsusiyyətləri, onların ictimai-siyasi inkişafa təsiri obyektiv şəkildə tədqiq olunmayıb. Ona görə ki, rəsmi ideologiya ölkədə hər hansı etnik problemin mövcudluğunu apriori olaraq inkar edib. Lakin SSRİ-də etnik sahədə problemsizlik illüziyası yaradılsa da, ölkədə milli problemlər həmişə olubdövri olaraq sovet hakimiyyətinin varlığına zərbə vurub. SSRİ-nin iflası və milli müstəqilliyin gerçəkləşməsi elmin digər sahələrində olduğu kimi, milli münasibətlərə yeni bucaqdan baxışı zərurətə çevirdi. Postsovet məkanında, konkret olaraq Qafqazda baş verən etnosiyasi proseslərin, milli siyasətin və bunların dövlətlərarası münasibətlərə təsirinin öyrənilməsinə təbii tələbat yarandı. Bu kontekstdə Şimali Qafqazda etnosiyasi vəziyyətin Azərbaycan-Rusiya münasibətlərinə təsiri məsələlərinin tədqiq edilməsi böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə Qafqazda baş verən etnosiyasi proseslərin xarakteri, Şimali Qafqaz xalqları və onların milli-siyasi aspektdə mövcud vəziyyəti, Qafqazda yaranan etnik münaqişələr və milli-siyasi sahədə ortaya çıxan problemlərin regiondakı proseslərə təsirinin araşdırılması müasir etnoqrafiya və tarixşünaslığın qarşısında duran mühüm problemlərdən biridir. Şimali Qafqazda yeni reallıqların tədqiq edilməsi regiondakı problemlərin hərtərəfli və sistemli şəkildə öyrənilməsinə xidmət edir. Tədqiqat işi regiondakı etnosiyasi mürəkkəbliyi və problemləri öyrənməklə yanaşı, Azərbaycan-Rusiya münasibətlərində etnosiyasi amillərin oynadığı rolu, etnosiyasi çətinlikləri doğuran şəraiti və buna gətirib çıxaran səbəbləri də araşdırır.

-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Fikrimcə, etnososioloji yönümlü ixtisasların təhsil səviyyəsini və elmi inkişafını təmin etmək üçün universitetlərdə və elmi mərkəzlərdə praktik əhəmiyyətli işlərin keyfiyyətinin yüksəldilməsinə, bu araşdırmaların genişmiqyaslı, regional şəkildə aparılmasının təmin edilməsinə ehtiyac duyulur. Etnososioloji yönümlü ixtisasların elmdə inkişafına nail olmaq üçün tədqiqatların keyfiyyətini, intensivliyini, regional miqyasını artırmaq, xariclə təcrübə mübadilələrini genişləndirmək də var. Bu sahədə dünya alimləri ilə birgə və ya qarşılıqlı əlaqədə elmi araşdırmalar aparılmalıdır. Tədqiq olunan işlərin dünya elmində bu sahədə baş verən elmi tendensiyalara uyğunluğu, elmi proseslərlə ayaqlaşmasına diqqət etmək lazımdır.

-Təhsil və elmlə bağlı mütəxəssis kimi daha hansı fikir və təklifləriniz ola bilər?

- Azərbaycanın təhsil və elmi inkişaf tempini artırmaq məqsədilə gənc alim və tədqiqatçıların elmi araşdırmaları Azərbaycan sərhədlərilə hüdudlanmamalı və dünya elminə inteqrasiya intensivliyi artırılmalıdır. Bunun üçünxarici dərgilərdə, impakt faktorlu jurnallarda gənc alimlirin əsərləri çap olunmalıdır ki, onların tədqiqatlarına istinad olunsun. İnkişaf etmiş qərb alimləri ilə birgə elmi tədqiqatlar aparılmalıdır. Azərbaycan gənc alimləri beynəlxalq səviyyəli elmi forumkonfranslarda intensiv şəkildə iştirak etməli, dünya elmindəki yenilikləri, müasir dünya elmindəki prosesləri, tendensiyaları davamlı olaraq izləməlidirlər. Azərbaycan gənc alimləri e-research , e-learning metodlarından istifadə etməlidirlər. Bu gün e-Research e-Learning modelleri inkişaf etmiş dünya ölkələrində geniş tətbiq edilməkdədir böyük aktuallıq kəsb edir. Bu modellərin Azərbaycanda tədqiqatçılar, doktorantlar, magistrlər, müəllimlər arasında təbliğ edilməsinə onların belə modellərə dərindən yiyələnməsinə böyük ehtiyac var. e-Research, e-Learning-in gələcəkdə elmi tədqiqat təhsil müəssisələrində tətbiq edilməsi baxımından bu modellərin üstünlükləri səmərəliliyi məsələləri haqqında seminarların, workshopların keçirilməsi zəruri məsələlərdən biridir.İnkişaf etmiş Qərb ölkələrindəki e-Research mərkəzləri ilə əməkdaşlıq edilməlidir. e-Reasearch mərkəzi rəqəmsal elmi tədqiqatı yönləndirir texnoloji yenilikləri idarə edir, birgə elmi tədqiqatlar üçün əlverişli mühit yaradır, bir tərəfdən elmi-akademik digər tərəfdən kommersial aspektdə innovativ texnologiyaların, elmi yeniliklərin iqtisadi-biznes arenasına təqdim edilməsinə dəstək göstərir, alim tədqiqatçıların əldə etdiyi elmi nəticələri həm daxili, həm beynəlxalq arenada elektron resurslar vasitəsilə təbliğ edir, elmi işlərin yerli beynəlxalq sərgilərə, forumlara çıxarılması işinə dəstək olur. Gənclər multidissiplenar (universitet daxili, universitetlərarası, beynəlxalq) səviyyədə əməkdaşlıq münasibətlərini daha da aktivləşdirməlidir, Open Acces jurnallarına elmi tədqiqatçıların çıxış imkanları artırılmalıdır.

e-Research e-Learning- bağlı bizim bu yaxınlarda böyük miqyaslı tədbirimizin keçirilməsi nəzərdə tutulub.

-Xaricdə təhsil alan gənclərimizə elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Bugünkü gündə Azərbaycan dövlətimiz gənc tədqiqatçılara xaricdə təcrübə mübadiləsi aparmaq məqsədilə imkanlar yaradıb. Artıq neçə illərdir ki, gənc tədqiqatçılar xaricdəki elmi tədqiqat müəssisələrində təcrübə keçməkdədirlər. Arzumuz odur ki, bu işlər daha da genişlənsin davamlı xarakter daşısın. Elm sərhəd tanımır Azərbaycan elminin xarici elmlə rəqabət apara bilməsi üçün dünya elminə inteqrasiya olunmaq, müasir dünya elmini mənimsəmək vacib bir faktordur.

-Gələcək plan fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- 05-08 oktyabr 2015-ci il tarixindəAvropa Gənc Alimlərinin Genosid Faktlarına baxışlarıadlı gənc alimlərin Bakı forumunu keçirəcəyik. Bu forumu keçirməklə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırımı faktlarının Avropanın gənc alimləri vasitəsilə Avropa elmi ictimaiyyəti arasında təbliğ edilməsi, Avropa elmi gəncliyi arasında təbliğat işinin daha da genişləndirilməsi elmi-informasiya mübadiləsi şəbəkəsinin qurulması nəzərdə tutulub. Tədbir çərçivəsində 20-dən artıq Avropa ölkələrindən seçilmiş gənc alimlərlə Azərbaycan gerçəkləri haqqında elmi diskussiyaların təşkili, azərbaycanlı avropalı gənc alimlər arasında genosid faktlarının elmi tədqiqatı ilə bağlı birgə elmi araşdırmaların aparılması üçün təkliflərin verilməsi, elmi məruzə poster təqdimatlarla məlumatlandırma, soyqırımı faktlarının əyani olaraq qısametrajlı film formatında nümayişi, Quba soyqırımı məzarlıq kompleksinə səfərin təşkili, foto-sərgi vasitəsilə lentə alınmış soyqırımı faktlarının geniş ictimaiyyətə çatdırılması, Avropa gənc alimlər cəmiyyətlərinin internet portallarında genosid faktları ilə bağlı paylaşımlar etmək, Eurodoc təşkilatının xətti ilə Avropa ölkələrində yerləşən gənc alimlər təşkilatlarında azərbaycanlılara qarşı baş vermiş soyqırım, həqiqətlərinin Avropa elmi gəncliyi arasında yayılması nəzərdə tutulub. Beynəlxalq forumun yekunu olaraq Avropa gənc alimlərinin iştirakı ilə qətnamənin hazırlanması imzalanması planlaşdırılıb.

Qeyd edim ki, biz AGAAMC olaraq Gənclər İdman Nazırliyinin dəstəyi ilə 2013-cü ildə Avropa Gənc alimlərinin Bakı Forumunu keçirmişik tədbirdə Avropa ölkələrindən gənc alimlər iştirak ediblər. 2014-cü ildə isə Dünya Gənc Alimlərinin Bakı Forumunu keçirmişik.

İlkin AĞAYEV

Palitra.-2015.-1 sentyabr.-S.11.