Daim elm və təhsildə yeniliklər tətbiq edilməlidir”

 

Ayxan İbrahimov: “İngiltərə təhsilinin araşdırmaçılıq, elmi tənqid və təqdimat vərdişlərini təhsil sistemimizdə mütləq şəkildə tətbiq etmək lazımdır”

 

Liverpool Hope Universitetinin tələbəsi Ayxan İbrahimovla müsahibəni təqdim edirik

- Öncə özünüz haqda məlumat verərdiniz.

- Mən 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə Dədə Qorqud adına liseyi bitirdikdən dərhal sonra Böyük Britaniyanın Liverpul şəhərində yerləşən “Liverpool International College”nə qəbul olub, birillik hazırlıq təhsilini bitirdim. Hazırda təhsilimi “Liverpool Hope Universiteti”ndə Biznesin idarəçiliyi (“Business Management”) ixtisası üzrə davam etdirirəm. Təhsilimlə bərabər ictimai işlə məşğulam, burada təhsil alan tələbələr tərəfindən Liverpul Azərbaycan Cəmiyyətinin sədri seçilmişəm.

-Azərbaycanlı gənclərin təhsil səviyyəsini necə qiymətləndirirsiniz?

- Gənclərimizin təhsil səviyyəsini müsbət qiymətləndirirəm. Çünki bir çox istedadlı gənclərimizin dünyanın müxtəlif ölkələrindəki nüfuzlu ali təhsil müəssisələrinin tələbələri olmağı da artıq müsbət bir göstəricidir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın bir çox tələbələrə xaricdə təhsilini davam etdirməyə kömək etdiyini düşünürəm çox təəssüf ki, bu proqram bu il başa çatmaq üzrədir, amma ümidvaram ki, növbəti illər üçün dövlətimiz alternativ olaraq yeni bir proqram layihəsi ilə tələbələri sevindirəcək.

-Azərbaycan təhsil sistemində İngiltərə təhsilinin hansı cəhətini tətbiq etmək olar?

- Araşdırmaçılıq, elmi tənqid təqdimat etmək vərdişlərini təhsil sistemimizdə mütləq şəkildə tətbiq etmək lazımdır. Düşünürəm ki, tələbəyə müəyyən səviyyəyə görə hörmət edilsə, onlar da öz ixtisasları üzrə dəqiq ətraflı çalışarlar. İndi siz sual verə bilərsiz ki, “müəyyən səviyyə nədir?”. Düşünürəm ki, tələbələrə öz fikirlərini ortaya çıxartmağa kifayət qədər hörmətlə yanaşmırlar. Qısacası, “Sən müəllimdən, professordan yaxşı biləcəksən?!” deyərək, tələbənin həmin mövzu barəsində araşdırmada çəkdiyi bütün əziyyətini puç etmiş olurlar. Mən inanıram ki, yaxın gələcəkdə təhsillə bağlı olan bu cür çatışmazlıqlar aradan qaldırılacaq.

-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?

-Belə demək olar ki, xaricdə artıq təhsil almış alan gənclər, ilk növbədə müasir dünyanın elm təhsilindəki yeniliklərin Azərbaycan təhsilinə cəmiyyətinə transfer edilməsinin əsas daşyıcılarıdır. Bu potensialı isə Azərbaycanın gələcək inkişafının əsas dəyərli zəmanətlərindən biri hesab etmək olar.

Həm qeyd edim ki, bir toplum, xalq olaraq dünya birliyinə inteqrasiyanın ən yüksək etibarlı forması bir qayda olaraq elm təhsil üzərindən olur. Bu üzdən qədər Azərbaycan gəncliyinin çoxsaylı nümayəndələri xaricdə təhsil alarsa, bir o qədər həmin ölkələrdə Azərbaycan xalqının elçiləri, təmsilçiləri çox olmuş olar. Belə ki, bizlərin vətəndən kənarda da qazandığı hər bir şəxsi uğur Azərbaycanın ən gözəl, ən təbii tanıtımıdır. Buna görə arzu edirəm ki, millətimiz dünyada ilk növbədə böyük, qabiliyyətli oğulları qızları ilə tanınsın, millətlər içində özünə layiq imzasını atsın.

-İngiltərədəki azərbaycanlı gənclərin həmrəyliyi necədir?

- İngiltərədəki Azərbaycan gəncliyi hər bir sahədə həmrəydirlər, yəni bayramlarda, müəyyən tədbirlərdə birlikdə planlı şəkildə hərəkət edirlər. Keçən ilin ortalarında ABSN ( Azerbaijani British Students Network ) adlı bir birlik yaradıldı ki, Liverpul Azərbaycan Cəmiyyəti ora daxildir yaxın tarixdə yeni görüş təşkili üçün danışıqlar gedir.

-Dediniz ki, ictimai fəaliyyətlə məşğulsuz. Öz fəaliyyətinizdə azərbaycançılıq ideologiyasını dərəcədə əsas götürürsüz?

-Azərbaycançılıq ideologiyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafını təbliğ etmək, hüquqi -sosial dövlətin qurulması bu kimi vacib dəyərlərin məcmusudır. Azərbaycançılıq ideologiyası bütün Azərbaycan Respublikasının vətəndaşlarına aid bir məfhumdur. Bir gənc olaraq mən dövlətimin beynəlxalq aləmdə geniş təbliği işində azərbaycançılıq ideologiyasını əsas götürürəm.

-Azərbaycanın İngiltərədəki səfirliyi sizə fəaliyyətinizdə hər hansı dəstək göstərirmi?

- Bəli. Biz cənab səfirin dəvəti ilə müəyyən vaxtlarda London şəhərindəkiAzərbaycan Evi”ndə yığışaraq müzakirələr aparırıq görüləcək işləri birlikdə planlaşdırırıq. Bununla bərabər, səfirliyimizin dəstəyi ilə Azərbaycan həqiqətlərini İngiltərə ictimaiyyətinə çatdırırıq. Məncə, bunu tək biz, İngiltərədəki tələbələr deyil, digər ölkələrdəki həmyerlilərimiz edirlər üzərində çalışırlar. Bu ilin fevral ayında Xocalı soyqırımı ərəfəsində Londonda təşkil olunanQarabağ: Gələcəyə baxışımızadlı elmi forumun təşkilatçılığında da yardım etmişik.

-Elm təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımından dərəcədə əhəmiyyətlidir?

- Əlbəttə, çox əhəmiyyətlidir. Davamlı inkişafın təmin edilməsi üçün daima elm təhsildə yeniliklər tətbiq edilməlidir. Tələbələrə xüsusi seminarlar, görüşlər təşkil edilib, onların marağına səbəb olunmalıdır , yerimizdə addımlayaraq inkişaf etməyək, irəli gedərək ölkənin ümumi səviyyəsini daha da zirvələrə qaldıra bilək əgər siz fərqindəsinizsə, elm təhsilin inkişafında texnologiya böyük rol kəsb edir. Texnologiyadan da istifadə edərək buna nail ola biləcəyimizi düşünürəm.

-Gənc nəslin elm təhsilini artırması üçün marağı necədir?

- Çox yüksək maraq var. Çünki, hamı bilir ki, əsas diplom deyil, əsas bacarıqdır öz üzərində işləməkdir. Deməli, hər kəs yaxşı oxuyub bacarıqlı olmalıdır ki, diplomu olub nəticəsiz olanlardan olmasınlar.

-Tələbə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?

- Mən elm təhsilə marağı olan istedadlı gənclərə həmişə rəğbət bəsləmişəm. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil mədəni islahatlar həyata keçirmək hər zaman dövlətimizin diqqət etdiyi öndə gedən məsələlərdən biridir. Tələbə gənclərin intellektual səviyyəsinin yüksəlməsi üçün daim oxumalı müzakirələr aparılmalıdır. Tələbə gənclər daima düşünməlidirlər. Düşünmək, düşünmək yenə düşünmək.

-Perspektivdə hansı layihələr gözlənilir?

-Bilirsiz ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir bu, dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Biz azərbaycanlı olaraq Liverpul şəhərində bir yerə toplaşıb, bu bayramı qeyd etmək istəyirik. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik Gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri qeyd edirlər.

Fuad Hüseynzadə

Palitra.-2015.-2 dekabr.-S.11.