Dünya ölkələri yüksək turizm gəlirlərini necə əldə edir?

 

Bu gün bir sıra dünya ölkələri turizm sektorunu inkişaf etdirməklə yüksək gəlir əldə edirlər. Təsadüfi deyil ki, hazırda dünya turizm bazarı “bacasız sənaye”, “mövsümsüz gəlir” kimi adlar qazanıb. Qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı ölkəmiz üçünprioritetdir. Sadəcə, bu sektoru inkişaf etdirərək yüksək gəlir əldə etməklə ölkəmizi neft asılılığından xilas etmiş olarıq. Ölkə başçısı da dəfələrlə öz çıxışlarında bu sektorun daha da inkişafının vacibliyini vurğulayıb. Bu gün ölkəmizin turizmin inkişaf etdiyi ölkələr sırasında olması üçün yeni layihələrin tətbiqinə, mütəxəssis təkliflərinə ehtiyac var. Eləcə də son vaxtlar bir sıra ölkələrdə baş verən münaqişələr, toqquşmalar turistləri bəzi ölkələrdən uzaqlaşdırır ki, biz bu faktorlardan da yararlanmalıyıq.

Bugünlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə bir fikir bildirmişdi ki, Türkiyə bizim üçün çox önəmli turizm nümunəsidir: “Biz çox vaxt onlardan nümunə götürürük. Sözsüz ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi rus turistlərin Türkiyəyə az səfər etməsinə gətirib çıxaracaq. Amma biz bu proseslərə mütləq reaksiya verməliyik”.

Nazir bildirib ki, Azərbaycan Turizm Assosiasiyası "AZAL" ilə birgə tədbirlər hazırlayır: "Biz otellərlə danışmışıq, yeni paketləri tərtib etmişik. Bu gün turizm sənayesinin nümayəndələri ilə görüş keçirəcəyik, yeni tövsiyələr veriləcək. Artıq Moskvada və digər vilayətlərdə proses başlayıb, işlər aparılır. Baxmayaraq ki, bu, siyasi vəziyyətdir, yaxud başqa məsələlərdir, biz maraqlıyıq ki, Azərbaycan turizmi Rusiya bazarında layiqincə təmsil olunsun".

 

Turizm gəlirinə görə, ilk sırada 178 milyard dollarla Şimali Amerika gəlir

Dünya Turizm Təşkilatının son hesabatına görə, 2014-cü ildə Fransa 84 milyon turist qəbul etməklə birinci, Şimali Amerika 75 milyon turist ilə ikinci, İspaniya 65 milyon turistlə üçüncü, Çin 56 milyonla beşinci, Türkiyə isə 40 milyon turistlə 6-cı yerdə qərar tutub. Avropa ölkələrində sərbəst hərəkətlə bağlı AB vətəndaşlarının pasport prosesi baxımından onların sayı DTT-nin verdiyi saya daxil deyil. Bu o deməkdir ki, Avropadakı turizmə qatılan insanların sayı açıqlanan rəqəmlərdən çox yüksəkdir.

Ölkələrin turizm gəlirlərinə baxsaq görərik ki, ilk sırada 178 milyard dollarla Şimali Amerika, ikinci sırada 63 milyard dollarla İspaniya, üçüncü sırada 57 milyard dollar ilə Çin, 4-cü sırada 56 milyard dollarla Fransa, beşinci sırada 46 milyard dollar ilə İtaliya yer alır. Türkiyə isə 30 milyard dollar ilə 10-cu sırada yer alır. Ölkələrin turist başına gəlirlərinə baxdıqda isə Şimali Amerikada bu rəqəm 2375, Çində 1000, Türkiyədə 750, İspaniyada 875, Fransada 665 dollardır. Bu rəqəmlərə nəzər saldıqda turistlərdən əldə edilən adambaşına orta gəlirlər Amerika Çin kimi ölkələrdə yüksək olduğu halda, xüsusilə Avropa Aralıq dənizi ölkələrində turizmdə adambaşına düşən gəlirlər daha aşağıdır. Turizm gəlirlərinin ən yüksək olduğu ölkə olan Amerikada bu gəlirləri artırmaq üçün əsasən filmlərin çəkildiyi sahələrin ziyarəti, qorxu həyəcan məkanları, vəhşi heyvanlarla təmas, kosmos qüllələrindən şəhərə baxış, yastıqlı dəniz gəmisində həyəcanlı gəzinti, Silikon vadisində gəzinti kimi bir çox alternativ turizm növləri bu sektora əlavə dəyər qazandırır. Beləliklə, turistlər daha çox zaman keçirməkdə, vəsait sərf etməkdə daha xoşbəxt hislərlə ölkələrinə geri dönməkdədirlər.

 

Sinan İbiş:

“...onlara alış-veriş məkanlarında bahalı qiymət təqdim edilir

Bu gün turizmin inkişaf etdiyi ölkələr sırasında Türkiyənin adı var. Lakin türkiyəli mütəxəssislər hazırkı inkişaf prosesi ilə razılaşmır, bu sektorda yeni layihələrlə çıxış edirlər. Türkiyəli mütəxəssis, Medikal Turizm Dərnəyinin rəhbəri Sinan İbiş bu günlərdə öz ölkəsində turizmin daha da inkişafı üçün etdiyi təkliflər bizim ölkəmiz üçün faydalı ola bilər. Çünki hazırda biz turizm baxımından heç irəlidə deyilik belə layihələrə ehtiyacımız var. Mütəxəssis öz ölkələrində gəlirin niyə az olmasının səbəbini orada qiymətlə rəqabəti təmin etmək hər şey daxilsistemini tətbiq edərək keyfiyyətdən uşaqlaşmaqla izah edir. Onun fikrincə, turisti hava limanından götürüb tətil bölgələrinə aparmaq ölkəni yetərincə gəzib dəyərləndirmədən geri dönmələri kimi mənfi səbəblər var. Eləcə gələn turistlərin turizm potensiallarını, məsələn, muzeylər, qədim xarabalıqlar kimi məkanları görmədən geri dönməsi, onlara alış-veriş məkanlarında bahalı qiymət təqdim etmək, dil bilməyən insanlardan istifadə etmək kimi amillər yer alır. O da vurğulanır ki, turizm müəssisələri bu sektordakı tanıtımı hər zaman dövlətdən gözləyirlər.

Son hadisələrə nəzər salan mütəxəssisin fikrincə, Türkiyə turizmində rus turistlərin iştirakı 7 faizdir onlar ümumilikdəhər şey daxilsistemindən, ucuz turist paketlərindən faydalanan turistlərdir. Onun sözlərinə görə, Rusiyadakı tur operatorlarının Türkiyənin tətil paketlərini artıq satmayacaqları ilə bağlı aldıqları qərarlar ölkəyə gələn rus turistlərin sayının mütləq azaldacaq. Türkiyəyə gələn məmnun qalan turistlərin bir qismi turizm məhsullarının internet satışının bütün dünyada əlçatan olması baxımından öz istəkləri ilə buraya gələcəklər. Digər tərəfdən o da vurğulanır ki, hazırda Türkiyədə yaşayan, qeydiyyatda olan 300 min rus vətəndaşı var, bunların əksəriyyəti evlənərək türk ailələrinin bir fərdi olublar uşaqları var. Eləcə sayı bilinməyən bir çox rus vətəndaşı da burada dəyişik vaxtlarda yaşayırlar. Bu insanların hər birinin ölkənin turizm elçisi olduğunu nəzərə aldıqda onların yaxın ətrafları heç bir təsir altında qalmadan Türkiyəyə səyahət edəcək. Bildirilir ki, bu baxımdan rus turistlərin sayındakı azalma ölkə üçün önəmli bir iqtisadi itki səviyyəsində deyil.

 

Turizmçilər gəlirlə bağlı yeni

rollar mənimsəməlidirlər

Mütəxəssis qeyd edir ki, Türkiyənin turizm professionalları təşkilati, yerli regional turizm müxtəlifliyini inkişaf etdirərək bu sektordakı gəlirdə sıçrayış gerçəkləşdirə bilməyiblər. Hətta onun fikrincə, ölkəyə gələn turistlərin muzeylər, mədəniyyət ocaqlarının olduğu bölgələrdən faydalanmaq imkanı son dərəcə aşağıdır. Vurğulanır ki, Türkiyə Mədəniyyət Turizm Nazirliyinin tərkibində olan qurumlar, bir çox turizm professionalları milli turizmin inkişafında daha aktiv rol oynamalıdırlar. Eləcə turizm sahəsində fəaliyyət göstərən qurumlar ölkənin turizm potensialını dünyanın dörd bir tərəfində potensial turistlərə daha yaxşı çatdırmalıdırlar. Beynəlxalq sərgilər, reklam məhsulları kimi məhdud təbliğat yerinə, iqtisadi dinamik rəqəmsal medianın təbliğat gücündən faydalanmalıdırlar. Bu baxımdan nazirlik başda olmaqla, digər qurumlar, tur operatorlar, təyyarə şirkətləri, turizm müəssisələri mütləq işlərini genişləndirməlidirlər.

 

Keyfiyyətli məhsuldar

turizmə keçid

Mütəxəssis qeyd edir ki, Türkiyə artıq tətil məqsədli turizmə yönəlmək yerinə turizm gəlirləri yüksək olan tibb, yaşlı baxımı, əlil baxımı, idman, termal sular, Heliski, qayıq, təhsil, bitki, təbiət, sualtı turizm kimi bir çox növlər yaratmalıdır. O da vurğulanır ki, bu gün Türkiyədə təhsil turizmində bir tələbənin ölkəyə sərf etdiyi bir illik minimum vəsait 25 min dollar, bir xərçəng müalicəsi üçün gələn turistin xərclədiyi 15-45 min dollar, yaşlı baxımı üçün illik xərci 30 min, əlilliyin bərpasında isə 3 həftəlik müddətdə adambaşına minimum 6 min, heliski üçün gələn turistlərin 2 həftədə xərclədikləri vəsait 15 min dollardır.

Mütəxəssisin fikrincə, Türkiyə turizmdə marka dəyərini inkişaf etdirmək gəlirləri artırmaq üçün turizmdə ucuz ölkələr arasında adının çəkilməsindən uzaqlaşaraq, keyfiyyətli turizmə yönələrək gəlirlərini artırmalıdır nəhayət, az turistlə çox qazanmağa istiqamətlənməlidir.

Qeyd edək ki, mütəxəssisin turizmdən əldə edilən gəlirlərlə bağlı statistik rəqəmlərlə yanaşı, bu sektorun daha da inkişafı üçün etdiyi təkliflər çox maraqlıdır. Hazırda əgər ölkəmizdə bu sektoru inkişaf etdirmək istəyiriksə, həmin amillərə nəzər yetirmək faydalı olardı.

Nigar Abdullayeva

Palitra.-2015.-4 dekabr.-S.6.