Akkadca mətnlərdə bəzən Azərbaycandakı coğrafi yerlərin adları keçir

 

Elşad Əlili:“Bizim işimiz bu mətnlərdə keçən türkcə sözləri və coğrafi adları təsbit edib elm aləminə təqdim etməkdir”

 

(əvvəli 2549-cu sayında)

 

AMEA İnsan Hüquqları və Konfliktologiya İnstitutunun elmi işçisi Elşad Əlilinin “Akkadcada türkcə izləri və dilçilik qaydaları işığında akkadca və türkcə dilləri arasında bağlarmövzusunda araşdırması ilə bağlı müsahibəsini davam etdiririk. Xatırladaq ki, E.Əlilinin bu adda elmi məqaləsi Türkiyənin "Türk Dünyası Kültür Araşdırmaları" dərgisində dərc olunub.

 

-Azərbaycanda və Türkiyədə akkad dilinin araşdırılması işi hansı səviyyədədir?

-Elə də ciddi araşdırmalar mövcud deyil. Çünki mütəxəssislərimizin sayı azdır. Türkiyədə yenə də şumeroloqhettoloq mütəxəssislər var. Buna baxmayaraq, ciddi, inqilabi araşdırmalar yox dərəcəsindədir. Türkiyədə yalnız mərhum prof. Osman Nədim Tuna (1923-2001) şumer mətnlərini incələyərək oradan 165 türkcə kəlmə çıxarıb. Bu əsər Türk Dil Kurumu tərəfindən 1990-cı ildə yayımlanıb. Bundan başqa, Pensilvaniya Universitetində bu elmi əsər üzərində şumeroloq, assiroloqtürkoloqlar tərəfindən müzakirə aparılıb və bu tədqiqat heç bir etirazla qarşılaşmayıb. Bilindiyinə görə, hörmətli Tuna yeni bir elmi hazırlayırmış. Orada şumer lövhələrində tapılan minə yaxın türkcə kəlmə yer almalıydı. Lakin vəfatı bu əsəri bitirib dərc etməyin qarşısını alıb. Qeyd edim ki, hörmətli Tuna məşhur və mötəbər alman şumeroloq, assiroloq, hettoloqu Benno Landsbergerin (1890-1962) tələbəsi və yetirməsi idi. Benno Landsberger mixi yazılarında keçən və Mesopotamiyanın şimalında və Güney Azərbaycanda lokallaşan Quti/Kuti tayfa birləşmələrinin ana dilinin türkcə olduğu tezisini irəli sürmüşdü. Onun fikrincə, LullubeKassit tayfa ittifaqları da bu quti/kutilərlə əqraba idilər.

-İki ölkənin alimlərinin bu istiqamətdə birgə işi mümkündürmü?

-İstək və dəstək olarsa, mümkündür. Bu sahə, demək olar ki, işlənməmiş xam torpaqdır. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Qərb alimləri bu mövzunu ələ almışdılar. Mesopotamiya mixi yazıların yaranmasında və inkişafında Turani, yəni bugünkü təbirlə desək Ural-Altay dillərində danışan xalqların rolunun əsas olduğunu vurğulamışdılar. Daha sonra ideoloji səbəblərdən dolayı təzyiq altında qalaraq bu mövzuya getdikcə az toxunublar. XX əsrin ikinci yarısından sonra isə, ümumiyyətlə, susmağa üstünlük veriblər.

-Bu araşdırma ermənilərin hər hansı yalanlarını ifşa edibmi?

-Bu araşdırma Azərbaycan tarixini saxtalaşdırmağa cəhd göstərən bütün tarixi məktəblərin, o cümlədən də saxtakar erməni tarixçilərinin yalanını ifşa edir. Bildiyiniz kimi, saxta erməni tarix tezislərinə görə Azərbaycan türkləri Altaydan, Orta Asiyadan köçmüş köçəri türklərin törəmələridir. Və, guya, bu torpaqlara 11-12 əslərdə axın etmişik. Burada isə, guya, bizdən öncə irani və erməni "sivilizasiyaları" mövcud imiş. Biz onları sıxışdırıb, torpaqlarını əllərindən almış və hətta bütün mədəni irsimizionlardan mənimsəmişik. Əlbəttə, Xorasandan, Orta Asiyadan türklərin köçü olmuşdur. Bunu kimsə inkar etmir. Ondan əvvəl də Azərbaycanın Hun dövrü var. Amma Azərbaycan türklərinin tarixi bu coğrafiyada ən az 5-6 min ilə uzanır. Söylədiyim kimi, akkadca mətnlərdə, bəzən Azərbaycandakı coğrafi yerlərin adları keçir. Əsasən, bu coğrafi adlar Güney Azərbaycanda mövcud olmuş bölgələrin və məntəqələrin adlarıdır. Bu adların bəziləri akkad dilindədir. Bildirim ki, bəzən Assur kralları fəth etdikləri məntəqələrin adlarını dəyişirdilər. Bəzi məntəqə və vilayətlərin adları isə orijinala yaxın şəklini qoruyub saxlayırdı. Məsələn, Güney Azərbaycanda Qızıl-Üzən çayı vardır. Onun aşağı yatağında Qizil-bunda vilayətinin adı 2850 il əvvəl hökm sürmüş Assur kralı V Şamsi-Adadın (m.ö. 825-812) səlnamələrində keçir. Ondan sonra bu vilayətin adı digər Assur kralları Ramman-Nirari (m.ö. 812-783) və II Sarqonun (m.ö. 722-705) yazılarında qeyd olunur. Buradakı türkcə olan "qizil" sözü (qızılı, qızartı, od, atəş,) Sumer dövründən başlayaraq Babil mətnlərində də yer alıb. Demək ki, ən azı 3000 il əvvəl Azərbaycanda türkcə vilayət adı qeyd olunmuşdur. Başqa coğrafi adlar da var. Məsələn, Assur krallarının səlnamələrində keçən və Urmiya gölü ilə Araz çayı hövzəsini əhatə edən Sangi-butu vilayətinin adı da qədim türkcədə var olmuş "sangi" sözündən (ahıl adam, möhtərəm ulu şəxs) yaranıb. Bu türkcə söz eyni anlamda ŞumerAkkad mətnlərində yer alıb. Araz çayı demişkən, onun sağ qollarından birinin adı Qaraçaydır. Yəni "böyük çay". Onun adını Sasanilər dövründə hərfi olaraq farscaya tərcümə edərək Kalan-Rud (böyük çay) şəklində səlnamələrdə qeyd ediblər. İndiİran rəsmiləri o çayın adını bu şəkildə yazırlar. Halbuki II Sarqonun yazılarında bu çayın adı Qurru-Su kimi keçir. Qeyd edim ki, akkad dilində sözün ortasında -a samiti -u samitinə tez-tez keçir. Yəni Qara-Su kəlməsinin dönüb Qurru-Su halını alması akkad dili üçün təbii haldır. Bu kimi misalları davam etmək olar. Bu onu göstərir ki, hələ 3000 il əvvəl Azərbaycanda türkcə coğrafi adlar mövcud idi. Coğrafi adlar isə tarixi yaddaşı əks etdirən mühüm amildir. Başqa bir misal olaraq Arman bölgəsinin adını çəkmək olar. Bu bölgənin adı m.ö. 2200 il əvvəlki akkad kralı Naram-Sinin arxivlərində keçir. Yeri tam dəqiqləşdirilməyib. Bəzi erməni tarixçiləri bu Arman bölgəsinin adını Daranın Bisutun yazılarında keçən Armansonra da Herodotda, Ksenofontda və digər antik yunan yazarlarının səlnaməsində keçən Armeniya ilə əlaqələndirmək istəyirlər. Bununla da Armeniyanı özəlləşdirərək öz tarixi varlıqlarını 5000 il öncəyə çəkmək niyyətindədirlər. Halbuki akkad mətnlərində "arman" sözünün mənası "ağac, meşə, orman" kimi göstərilmişdir. Yəni akkad mətnlərində keçən "arman" sözü bizim dilimizə aid olan "orman" sözüdür. Yəni bu bölgə meşəlik, ormanlıq olduğundan dolayı türkcə Arman adını almışdır. Və əgər gerçəkdən də akkad mətnlərində keçən Arman bölgəsinin adı Daranın Bisutun yazılarında keçən Armansonra da Herodotda, Ksenofontda və digər antik yunan yazarlarının səlnamələrində keçən Armeniya ilə bağlıdırsa, demək ki, bu coğrafi adın, yəni Arman-Armeniya toponiminin kökü türkcədir. Bildirim ki, akkad mətnlərində Mesopotamiyanın şərq, şimal və şimali-qərb hissəsində var olmuş atlı-köçəri xalqların, boyların adları keçir. Əsasən həmişə bu boylar AssurBabil krallarıyla savaşır və onları xəraca bağlayırdılar. Bu barədə antik qaynaqlar xəbər verir. Bunlar Qut-i, Turuk-i, Lullub-e, Kassu, Subar və digər adlı köçəri, atlı-savaşçı xalqlardır. Hətta Babili 600 il (m.ö. XVIII-XII) ikinci atlı-köçəri Kassu (kassit) sülalələri idarə ediblər. Bu atlı-köçəri boyları akkad mətnlərində bəzən türkcə elat/ilat sözündən meydana gələn və akkad fonetikasına uyğunlaşdırılan ellatu/illatu termini ilə adlandırırdılar. Assiroloq və qədim Misir tarixi üzrə mütəxəssis olan alman alimi Uqo Vinkler (1863-1913) onları "Babilistan skitləri (skif)" adlandırır. Və bu tanıtımında da haqlıdır. Çünki adlarını sadaladığım bu tayfaların adı daha sonra akkad mətnlərində dəyişdirilərək ümumi Umman-Manda, ya da sak, gimir (kimmer) və aşquz terminləri şəklində ifadə olunurlar. Və bu atlı-köçəri boyların əksəriyyəti böyük ehtimalla proto-türk tayfalarıdır. Bu mövzuda akkad mətnlərində birbaşa və dolayı dəlillər də vardır. Təbii ki, akkad leksikası və ədəbiyyatına türkcə sözlərin bir çoxu bu tayfaların dilindən keçib. Akkad, Assur mətnlərində Arazın şimalı barədə bilgilər, demək olar ki, yox dərəcəsindədir. Lakin Urartu qaynaqlarından bəlli olur ki, Arazdan şimalda da bu atlı-köçəri elatlar var idi. Urartu mənbələrində bu elatların adı akkad mətnlərində keçən Aşquzların (Xan Oğuzlar) adının dəyişik şəkli olan İşququlu kimi qeyd olunub. Təbii ki, bir müsahibədə bütün qədim tariximizi əhatə etmək mümkün deyildir. Lakin bu çəkdiyim örnəklər artıq dəlildir. Sizə onu deyim ki, Şərqi AnadoluQafqazda heç 1500-2000 il əvvəllərə dayanan bir dənə olsun ermənicə coğrafi ad yoxdur. Halbuki türkcə coğrafi adlar boldur. Sumer-Akkad mətnlərində keçən Buranun (Fərat) və İdiqlat (Tiqr-Dəclə) çaylarının adı isə yalnız türk dili vasitəsiylə açıqlanır. O cümlədən KürAraz çaylarının da adları. Bu çay adlarının mənalarını antik yazarlar səlnamələrində qeyd ediblər. Və söylədiyim kimi bu adların antik yazarlar tərəfindən gətirilən mənaları etimoloji olaraq yalnız türk dili vasitəsiylə açıqlanır. Bu cür araşdırmalar erməni və onları dəstəkləyənlərin saxta tezislərini birbaşa alt-üst edir. Dediyim kimi, bölgədə 1500-2000 öncəyə gedən ermənicə heç bir coğrafi ada rast gəlinmir. Erməni çoğrafi adlarında keçən -kert, -şen, -akan, -avan kimi topoformantlar üçüncü dillərdən və xüsusilə də Turani dillərindən alınmadır. Bundan başqa, qədim dillərdə və mətnlərdə bir dənə də olsun ermənicə söz yoxdur. Yəni erməni dilinin izinə rast gəlinmir. Halbuki Sumer, Akkad, Het, Urartu yazılarında bol-bol türkcə sözlər vardır. Bizim işimiz bu mətnlərdə keçən türkcə sözləri və coğrafi adları təsbit edib elm aləminə təqdim etməkdir. Bir az çətin kimi görünən məsələdir. Çünki, dediyim kimi, bu sahə xam torpaq kimi işlənməmiş ərazidir. Həm də bəzi şərtlənmiş akademik məktəb nümayəndələri bariz faktları inkar etməyə çalışacaqlar. Amma faktlar boldur. Onlar ortaya qoyulduqca inkar edənlərin də sayı azalacaq. Və bu torpaqların əsl sahibləri barədə bütün şübhələr ortadan qalxacaq.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-8 dekabr.-S.13.