Klassik Azərbaycan musiqisinə Rusiyada maraq çoxdur

 

Bəxtiyar Əliyev: “Bizim üçün vacib olan odur ki, Azərbaycanın adını Rusiyada digər əcnəbi ölkələrdə tanıdaq

 

Müsahibimiz Bəxtiyar Əliyev Azərbaycanı Rusiyada müğənni kimi təmsil edir. Onun həyatı səfərlərdə keçib, lakin 2000-ci ildən artıq Moskvada yaşayır. Əsasən, rus dilində mahnılar ifa edir daha çox Bahh Tee adı ilə tanınır.

 

-Azərbaycanlı olaraq hansı cəhətinizə görə ruslar sizi müğənni kimi qəbul ediblər?

- Mən Moskvada anadan olub, orada böyümüşəm. Azərbaycanda da bir müddət yaşamışam. 7-ci sinfə kimi Azərbaycanda orta məktəbdə təhsil almışam. 15 ildir ki, Moskvada daimi yaşayıram. Amma onu deyim ki, mən heç zaman rus, başqa bir millət tərəfindən sıxıntı yaşamamışam. Rus milləti başqa millətlərə qarşı dözümlü davranır. Mən həmişə düzünü deməyi sevmişəm. Yəqin ki, onlar da buna görə məni qəbul ediblər. Mən öz şeirlərimdə, mahnılarımda həmişə istədiyim sözləri demişəm. Heç zaman elə mahnı yazmamışam ki, bu, radioda yaxşı yayılacaq buna görə mənə sifariş gələcək, pul qazanacam. Yəni ürəyim istədiyi mahnıları yazmışam. Bu mahnılar da rusların ürəyinə yatıb.

-Rusların Azərbaycan musiqisinə marağı necədir?

-Demək olar ki, rusların Azərbaycanın gənc estrada müğənnilərinin mahnılarına marağı yoxdur. Çünki müasir estrada musiqimiz geri qalıb. Gənc estrada müğənnilərimizin yeganə qazanc yeri toylardır. Ona görə müğənnilərimizin əsas məqsədi gözəl mahnı ifa etmək, mədəniyyətimizi inkişaf etdirmək deyil, toylara uyğun mahnılar oxumaqdır. Amma bu, müğənnilərimizin hamısına şamil olunmur. Elə müğənnilərimiz var ki, toylara getmirlər, sırf mədəniyyətə xidmət edirlər. Amma təəssüf ki, belələri çox azdır. Amm, buna baxmayaraq, klassik, instrumental Azərbaycan musiqisinə Rusiyada maraq çoxdur. Xüsusən Müslüm Maqomayev Rusiyada elitar səviyyədə tanınır sevilir.

Həmçinin Rəşid Behbudov burada çox tanınır. Hətta qeyri-rus millətlər Rəşid Behbudovun mahnılarını dinləyirlər. Bir dəfə koreyalı bir dostum məndən Rəşid Behbudovun disklərini istədi. Düzü, buna həm məəttəl qaldım, həm sevindim.

Bizim muğamımız Rusiyada çox populyardır. Alim Qasımovu Rusiyada çox tanıyırlar.

Əlixan Səmədovun da mahnılarını Moskvada tez-tez eşidirəm. Təəssüf ki, ermənilər onun bəzi mahnılarını internetdə öz müğənnilərinin adından yayırlar. Bəzi xalqlar da elə bilir ki, bu, erməni musiqisidir. Amma elə deyil.

-Azərbaycanı Rusiyada tanıtmaq üçün hansı işlər görürsüz?

- Mən mahnı yazmağa başlayanda Rusiyadakı Azərbaycan ictimai birliklərinin tədbirlərinə gedib-gəlirdim orada çıxışlar etmək istəyirdim. Təəssüf ki, çox cavan idim, hələ tanınmırdım, buna görə mənə orada çıxış etməyə icazə vermirdilər. Mən onda qarşıma məqsəd qoydum ki, vaxtsa insanlar sevərsə (hansı millət olmasının fərqi yoxdur), əgər mən yüksək zirvəyə çataramsa, o zaman azərbaycanlı olduğumu deyəcəm. Yəni istəyirdim ki, hansısa zirvəyə qalxım, sonra bayrağı qaldırım. İstəmirdim ki, bayrağı göstərə-göstərə qalxım. Çünki birdən yıxıla bilərdim... İlk kliplərim yayılandan sonra tanınmağa başlayanda hər yerdə yazdım ki, mən azərbaycanlıyam. Amma, buna baxmayaraq, bəzi həmyerlilərim azərbaycanlı olduğumu demədiyimə görə narazılıq edirdilər. İnsanlar elə düşünür ki, əyninə Azərbaycan bayrağı tikilmiş köynək geyməlisən alnına Azərbaycan gerbini vurub, bu formada azərbaycanlı olduğunu göstərməlisən. yaxud mahnıların Azərbaycan sözləri ilə başlamalıdır. Amma onlar başa düşməlidirlər ki, mən Azərbaycan xalqını Azərbaycandan kənar yerdə tanıdan müğənnilərdən biriyəm. Belə müğənnilər çox deyil. Çalışmışam ki, Azərbaycana qarşı neqativ yaratmayım. Məsələn, hər yerdə yazılıb ki, azərbaycanlıyam. Hamı da bilir ki, mən azərbaycanlıyam. Azərbaycanlıların keçirdiyi konsertlərdə iştirak etmişəm. Çalışmışıq ki, sözümüzlə deyil, əməlimizlə azərbaycanlı olduğumuzu göstərək. Min şükür ki, bu da alınır. Bizim məqsədimiz budur. Bizi başa düşməsələr məqsədimizə çatırıq. Məsələn, bir dəfə Rusiyanın şəhərlərindən birində konsert oldu. Azərbaycandan gələn bir neçə müğənni orada çıxış etdi. Hamısı çıxıb dedi ki, azərbaycanlıdır, amma fonoqramla oxudular. Heç bir proqram göstərmədilər. Özlərini pis müğənni kimi apardılar. Bu da konsertdəkilər tərəfindən müsbət qarşılanmadı. Amma biz çıxdıq, canlı çıxışlarımız oldu. Hamı da bilirdi ki, mən azərbaycanlıyam. İnsanlar hamısı maraqla dinləyib bəyəndilər ayağa qalxdılar. Bundan sonra biz iştirakçılara öz minnətdarlığımızı bildirdik. Bundan əlavə, mənimYouTube”dəki mahnılarıma Azərbaycandan 2 faiz Rusiyadan 37 faiz, Ukraynadan 17 faiz, Qazaxıstandan 15-16 faiz, Ermənistandan 5 faiz qalanı da digər ölkələrdən baxılır. Mən Azərbaycana gələndə gördüm ki, burada klip çəkmək çox bahadır. Mənə Rusiyada da deyirdilər ki, orada bahadır, çəkmə. Amma mən Bakı şəhərini çəkmək istəyirdim. Bu klipə əgər bir milyon insan baxacaqsa, bunların 98 faizi Bakıda olmayan insanlar olacaq. Azərbaycanı mən dünyaya göstərmək istəyirdim. Bu fikirlə mən gəlib Bakıda iki klip çəkdim. Birinci klipə 3 milyon insan baxdı. Bu klipimizlə dünyanın 3 milyon əhalisinə Azərbaycanı göstərdik. Bu yay da Bakıda bir klip çəkdim. Hələlik 150 min nəfər ona baxıb bu say artmaqda davam edir.

-Azərbaycanla bağlı planınız var?

-Mən Azərbaycan dilində tez-tez şeir mahnı yazıram. Ən birinci yazdığım şeir azərbaycanca olub. Amma mən özümə bu yolu seçmişəm ki, Rusiyada rusdilli Azərbaycan müğənnisi olum. Bunun da səbəbləri çoxdur. Əlbəttə ki, bunun əsas səbəbi Rusiyada yaşamağımdır. Bundan başqa, məsələn, radioda başqa millətlərin müğənnilərinin mahnıları ifa olunur, amma Azərbaycan müğənnilərinin mahnıları verilmir. İstəmişəm ki, rus radiolarında Azərbaycan müğənnilərinin səsi eşidilsin. Bunun üçün mən Rusiyada Azərbaycan xalqını təmsil edən müğənnilərdən biri olmaq istəmişəm. Ona görə mən azərbaycanca yazdığım mahnıları sonraya saxlamışam. Mənim fanatlarımın çoxu rusdur. Əgər azərbaycanca albom buraxsam, onlar üçün maraqsız olar. Eyni zamanda bu mahnılara qarşı Azərbaycanda maraq yaratmaq üçün gərək gəlib burada böyük işlər görəsən. Şəxsən mənim Azərbaycan xalqı arasında tanınmağımın elə böyük mənası yoxdur. Bizim üçün vacib olan odur ki, Azərbaycanın adını Rusiyada digər əcnəbi ölkələrdə tanıdaq. Azərbaycanda müğənni yüzlərlədir. Mən gəlib yüzdən biri olacam heç dəyişməyəcək. Yəni biz ora gəlməsək, bizim orada yerimiz boş qalmayacaq. Amma biz Rusiyadan getsək, bizim burada yerimiz boş qalacaq. Bəs, bizim burada yerimizə kim gələcək?

Fikrim var ki, gələcəkdə azərbaycanca mahnılarımı səsləndirim. Azərbaycandakı populyar müğənnilərlə bu haqda danışıqlarımız olub. Amma bilmirəm bu vaxt olacaq, 3 aydan ya bir, iki ildən sonra ola bilər. Bunu gələcək göstərər. Məsələn, fikrim var ki, AzərbaycandaYolklipi çəkim. Yəni bir yolçunun əhvalatını çəkim. Bu yolçu getdiyi yerdə bütün Azərbaycanın içindən keçir. Mənası bu olar ki, Azərbaycanın bütün gözəlliyini dünyaya göstərək.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-9 dekabr.-S.7.