BSU-da beynəlxalq elmi-praktik seminarın açılışı olub

 

Bakı Slavyan Universitetinin Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyası (MAÏÐßË) və Rusiyanın “Russkiy mirFondu ilə birgə keçirdiyi “Azərbaycanın ortaali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat” mövzusunda iki günlük beynəlxalq elmi-praktik seminarın açılış mərasimi olub. Tədbirdə çıxış edən rektor Asif Hacıyev seminarın mahiyyətindən söz açıb, habelə BSU-nun çoxşaxəli fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, universitetdə slavyanşünaslığın müxtəlif sahələri üzrə kadr hazırlanır, növbəti tədris ilindən isə serbmakedon dillərinin də tədrisinə başlanacaq. Rektor BSU-nun fəaliyyətində rusistikanın əsas yer tutduğunu, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlandığını, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparıldığını qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, BSU Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. Professor A.Hacıyev BSU-nun xarici ölkələrin universitetləri ilə müştərək elmi layihələrindən, universitet tərəfindən xaricdə, o cümlədən Moskva Dövlət Linqvistik UniversitetiUral Federal Universitetində azərbaycanşünaslığın tədrisinin təşkilindən də danışıb. Rektor ölkəmizdə rus dilinə böyük maraq olduğunubunun dövlət tərəfindən dəstəkləndiyini Azərbaycanın bir çox orta təhsil müəssisələrində və universitetlərdə rus dilli bölmələrinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Rus Dövlət Dram Teatrının, müxtəlif mətbu orqanların uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyasının prezidenti, Sankt-Peterburq Dövlət UniversitetininRusiya Təhsil Akademiyasının prezidenti, “Ðóññêèé ìèð” Fondunun Himayədarlar Şurasının sədri akademik Lyudmila Verbitskaya Azərbaycanın sürətli inkişafına, Bakının gözəlliyinə heyran olduğunu deyib. Rus dilinin tədrisi metodikası, dərslikləri ilə bağlı məsələlərə toxunan L.Verbitskaya seminarda bu vacib məsələlərin müzakirə ediləcəyini bildirib. O, həmçinin Azərbaycanda rus dilinə olan münasibətdən, rus dilinin təhsildə, cəmiyyətdə tutduğu mövqedən, BSU-nun təhsil və elmi fəaliyyətindən dərin razılığını bildirib. Azərbaycanda rus dili ilə bağlı vəziyyətin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.

Seminar çərçivəsində professorlar A.Hacıyev və L.Verbitskayanın moderatorluğu ilə “Rus dilində təhsil alan xarici məktəb şagirdlərinin şifahi nitqinin qiymətləndirilməsi meyarları” mövzusunda dəyirmi masa, rusiyalı mütəxəssislər tərəfindən ustad dərsləri, mühazirələr keçirilib. Dəyirmi masada və digər tədbirlərdə rusiyalı mütəxəssislər – Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Olqa Rudenko-Morqun, Moskva Dövlət Universitetinin professoru Andrey Boqomolov, Sankt-Peterburq Dövlət Universitetinin professoru Tatyana Popovabu universitetinin müəllimi Arseniy Parfyonov, MAÏÐßË-ın katibliyinin direktoru Aleksandr Korotışev çıxış ediblər. Müzakirələrdə azərbaycanlı alimlər – BDU-nun kafedra müdiri, professor Ədibə Paşayeva, BSU-nun professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva, «Ðîññîòðóäíè÷åñòâî»nın nümayəndəsi Lyudmila Yakunina, ATU-nun professoru Alimə Osmanzadə, BSU-nun kafedra müdiri, professor İlyas Həmidov və başqalarının çıxışları da maraqla qarşılanıb.

Qonaqlara BSU nəşrləri, o cümlədən “Azərbaycanda rus dili və ədəbiyyatı” yeni nömrələri, rusistikada ilk dəfə hazırlanaraq çap edilən yeddi cildlikSergey Yeseninin dilinin lüğəti” və BSU tələbələrinin İsmayıllı rayonunun İvanovka kəndindən topladığı folklor nümunələri məcmuəsi təqdim edilib.

 

Tural

Palitra.-2015.-9 dekabr.-S.13.