DJB-ninDiaspor dərs”ləri davam edir

 

Diaspor Jurnalistləri BirliyininOrta məktəblərdə diaspor dərslərilayihəsi davam edir. Növbəti dərs Nəsimi rayonundakı 240 saylı tam orta məktəbdə keçirilib. Öncə 240 saylı məktəbin direktoru Esmira Məmmədova çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

Fuad HüseynzadəOrta məktəblərdə diaspor dərslərilayihəsinin könüllü icra edildiyini Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb: “Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi yayılma coğrafiyası haqqında məlumat verib.

Əbülfəz Şeydabəyovun sözlərinə görə, beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir: “Xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır. Uzaq ölkələrdə azərbaycanlı uşaqlar üçünBazar günüməktəblərinin açılması dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir”. Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev məqsəd məramlarından danışıb: “Məqsədimiz Avropada yaşayan azərbaycanlıların avropalıların ictimai təşkilatın bütün sahələri üzrə əhatə edən fəaliyyətlərini koordinasiya etməkdir. Eyni zamanda çex cəmiyyətində Azərbaycan maraqlarının qorunması təbliği, o cümlədən ölkəmizə rəğbətin artırılması məqsədilə Çexiya Respublikasında təhsil alan yaşayan soydaşlarımızın səfərbər həmrəy olmasına dəstək olmaqdır”.

Əbdül Əliyev bildirib ki, qısa müddətdə təşkilat tərəfindən bir neçə layihə həyata keçirilib.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədilə yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.” Siyavuş Əmirli deyib ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.

Diskussiya şəraitində keçənDiaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.

Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinəDiaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-10 dekabr.-S.6.