Müasir Azərbaycan tarixinin müəllifi və əsas siması
Naxçıvan Dövlət Universitetində
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş mərasim keçirilib. Yeni Azərbaycan Partiyası universitet şəhərciyi
ərazi ilk təşkilatının
fəal iştirakı
ilə gerçəkləşdirilən
tədbirdə universitetin
rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış
edərək bildirib ki, dünyaşöhrətli
siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər
Əliyevin Azərbaycan
xalqı qarşısındakı
misilsiz xidmətləri,
keçdiyi şərəfli
mübarizə yolu, millilik və bəşərilik dəyərlərini
birləşdirən siyasi
ideologiyası daim yaşayacaq. Ümummilli lider özünün
xilaskarlıq və quruculuq missiyası ilə Azərbaycanın hərtərəfli tərəqqisinə,
beynəlxalq arenada layiqincə təmsil olunmasına, böyük siyasi nüfuz qazanmasına nail olmuşdur.
Rektor, Heydər Əliyev ideyalarının Azərbaycanda,
o cümlədən muxtar
respublikadakı bugünkü
uğurlarından bəhs
edərək tələbə
gəncləri ulu öndərin siyasi irsini layiqincə öyrənməyə və
yaşatmağa çağırıb. Ümumi
riyaziyyat kafedrasının
professoru, fəlsəfə
elmləri doktoru Məhəmməd Hacıyev
“Heydər Əliyev şəxsiyyəti və
milli məsələlər”
mövzusunda məruzə
edərək bildirib ki, Azərbaycan dövlətçilik tarixində,
dünya siyasət meydanında özünəməxsus
yeri olan bu parlaq şəxsiyyət
öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının
gerçəkləşdirilməsinə,
müasir Azərbaycan
dövlətinin qurulmasına,
xalqımızın çoxəsrlik
müstəqillik arzusunun
reallaşmasına nail olmuşdur.
Sovet imperiyası Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla
Azərbaycanın milli
mənafeyinə zidd siyasi addımlar ata bilsə də, ulu öndərin
müstəqil Azərbaycanın
yaranması və inkişafı uğrunda apardığı qətiyyətli
siyasəti və prinsipial mövqeyi Azərbaycanı yenidən
ayağa qaldırdı.
Azərbaycanda müasir demokratik,
hüquqi və dünyəvi dövlət
quruculuğu, vətəndaş
cəmiyyətinin təşəkkülü,
milli-mənəvi dəyərlərə
qayıdış, elm, təhsil
və mədəniyyətin
inkişafı Heydər
Əliyevin adı ilə bağlıqır.
Azərbaycanın bugünü və
sabahına hesablanmış
üç əsas ideoloji prinsip – azərbaycançılıq, millilik,
demokratizm ümummilli lider tərəfindən müəyyənləşdirilmiş və inamla davam etdirilir. Yeni Azərbaycan Partiyası universitet şəhərciyi
ərazi ilk təşkilatının
sədr müavini, Beynəlxalq münasibətlər
kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Heydər Əliyev – dahi rəhbər” mövzusunda məruzə edərək ümummilli liderin erməni işğalçılarının torpaqlarımızı zəbt
ediyi, xarici seperatçıların ölkədə
vətəndaş müharibəsi
cəhdlərini alovlandırdığı,
ölkənin iqtisadi-siyasi
tənəzzül üçündə
məhvə sürükləndiyi
çox çətin
və mürəkkəb
ictimai-siyasi şəraitdə
hakimiyyətə gəldiyini
xatırladıb. O vurğulayıb
ki, ümummilli lider qısa zamanda milli birlik,
siyasi stabillik yaratmış, ölkənin
balanslaşdırılmış incə xarici siyasətini müəyyənləşdirmiş,
demokratik cəmiyyət
yaradılması istiqmətində
mühüm addımlar
atmışdır. Məruzəçi diqqətə çatdırıb
ki, Heydər Əliyevin əzmkarlığı
sayəsində Azərbaycan
xalqına qarşı
aparılan pərdəarxası
siyasi oyunlara, anarxiya və xaosa son qoyulmuş, Azərbaycanda dövlət
quruculuğu prosesi uğurla aparılmışdır.
Şamxal Məmmədov
nəinki, öz xalqının, bəşəriyyətin
taleyində və tarixində özünəməxsus
silinməz iz qoyan dahi öndər
haqqında fikirlərini
belə yekunlaşdırıb : “Azərbaycanın mübarizələr və
qələbələrlə dolu olan müasir
tarixi dahi insan, ulu öndər
Heydər Əliyevlə
başlanır və onunla bağlıdır”
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Palitra.-2015.-11 dekabr.-S.4.