“Həyatda nəsə əldə etmək üçün insan öz sevdiyi işlə məşğul olmalıdır”

 

Turan Eldarova: “Universitet, professorlar kitabxanada olan materiallardan çox şey asılı olsa da, insanın istəyi konsentrasiyası böyük rol oynayır

 

Xaricdə təhsil alan gənclərimizin sırası ildən-ilə genişlənir. Onlar oxuduqları ölkədə təhsilləri ilə yanaşı ictimai işlərə də vaxt ayırırlar və ölkəmizi uğurla təmsil edirlər. Adı birincilər sırasında hallanan belə savadlı və öncül gənclərdən biriLondon İqtisadiyyat və Siyasət məktəbində (LSE) İqtisadi inkişafın idarəetməsi fakültəsində təhsil alan Turan Eldarovadır. Bu uğur formulunun sirrini bilən aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

- Özüm haqda qısaca onu deyim ki, adım Turan Eldarovadır və artıq dörd aydır ki, Avropanın aparıcı paytaxt şəhərlərindən olan Londonda təhsil alıram. Mən, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi nəzdində, Dünya iqtisadiyyatı ixtisası üzrə Xüsusi İstedadlar Qrupuna daxil olub, bakalavr dərəcəsini qırmızı diplom ilə bitirmişəm. Universitetdə oxuduğum 4 il ərzində müxtəlif kurs və təlimlərdə iştirak edərək fərdi inkişaf etməyə və bacarıqlarımı artırmağa çalışmışam. BMT-nin Minillik layihəsinin direktoru, Azərbaycan Futurologiya Təşkilatı və Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunmuş birillik “Azərbaycan Proqnozlaşdırılması” Futurologiya kursu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti tərəfindən təşkil olunmuş “Beynəlxalq İqtisadiyyatkursu, ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyası tərəfindən təşkil olunmuş Biznes Akademiyası və digər təlimləri müvəffəqiyyətlə bitirmişəm.

- İctimai işlərdə aktivlik göstərirsinizmi?

- Bəli. Yuxarıda sadaladığım məqamlarla yanaşı, eyni zamanda mən daim ictimai fəaliyyətlə məşğul olmuş, sosial cəhətdən xeyirli olmağa çalışmışam. Universitetə daxil olan kimi, ADİU-nin Tələbə Gənclər Təşkilatına və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına üzv oldum. 2012-ci ildə isə Avropa Tələbələr Birliyinin (ATB) Azərbaycandakı nümayəndəsi oldum, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsinə seçildim. Biz, təşkilat çərçivəsində müxtəlif biznes və xeyriyyəçilik layihələrini həyata keçirmişik. Ancaq ən böyük marağım həmişə öz ixtisasıma, gələcək nailiyyətlərimə və cəmiyyət üçün gətirə biləcəyim faydaya olaraq qalırdı. Buna görə, xaricdə təhsil almaq qərarına gəldim və magistratura dərəcəsini əldə etdikdən sonra Azərbaycana qayıdıb, bu məqsədlərimə çatmaq arzusundayam.

-Necə oldu ki, Londonda təhsil almaq qərarını verdiniz?

- Öncə onu deyim ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirəndən sonra, mənim üçün ən böyük sual hansı sahədə təhsilimi davam etdirmək idi. Biz, çox hallarda bu suala ciddi yanaşmırıq, amma həyatda nəyisə əldə etmək üçün insan öz sevdiyi işlə məşğul olmalıdır. Çünki məqsədlərimizə nail olmaq üçün, biz özümüzü işə həsr etməliyik, bunu isə işi sevmədən etmək çox çətindir. Almaniyadan dostlarım, hətta 2-3 illik səyahətə çıxıb, bu suala cavab axtarırlar bəlkə buna görə onlar istədiklərinə həmişə nail olurlar. Çox sevinirəm ki, bu suala cavab tapmaq üçün mənim müəyyən qədər vaxtım oldu. Bir il “Schlumberger” neft servis şirkətində işləyib, dərin fikirləşəndən sonra öz qərarımı verdim. Hazırda mən London İqtisadiyyat Siyasət məktəbində (LSE) İqtisadi inkişafın idarəetməsi fakültəsində təhsil alıram.

-Bəzən deyirlər ki, başqa ölkələrdə, xüsusən Avropanın inkişaf etmiş ölkələrində təhsil almaq xeyli çətindir.

- Əlbəttə, xaricdə təhsil almaq asan deyil. Çünki fənlərin çətin olması ilə yanaşı, yeni mühitə uyğunlaşmaq da lazımdır. Amma universitetdə oxuyan tələbələrin çoxunun bu problemlə qarşılaşmaması üçün bir-birimizə dəstək olmağa kömək edir. Dərslərin başlanmasından bir neçə ay keçməsinə baxmayaraq, artıq universitetə həddindən artıq çox bağlanmışam. Dərslər maraqlı keçir bunun səbəbi professorların elmi tədqiqatlarla yanaşı, mövzunun tətbiqi tərəfini əhatə etmələridir. Müəllimlərin böyük qismi müxtəlif beynəlxalq təşkilatlarda təcrübəsinə malik ya hazırda tədris etdikləri sahədə çalışırlar, budur ki, əldə etdiyimiz biliklərin tətbiqi haqda daha dərin anlayış formalaşdırırıq.

Bir neçə ay ərzində bölüşə biləcəyim ən azından bir nəticə çıxara bildim. Universitet, professorlar kitabxanada olan materiallardan çox şey asılı olsa da, insanın istəyi, məqsədyönlülüyü konsentrasiyası böyük rol oynayır. Xaricdə ya Azərbaycanda, xarici kitabxanada ya Mirzə Fətəli Axundov adına Milli Kitabxanada oxumaqdan asılı olmayaraq, işin effektivliliyi ancaq orada təhsil almaq istəyən tələbənin özündən asılıdır.

-Sizə təhsilinizdə uğurlar arzu edirik yeni müvəffəqiyyətlər qazanmağınızı diləyirik.

-Təşəkkür edirəm mən sizə, kollektivinizə dərin minnətdarlığımı bildirirəm ki, gənclərin fəaliyyəti, təhsili ilə maraqlanıb onların içindən aktivlərini seçərək cəmiyyətə tanıdırsınız.

 

Tural TAĞIYEV

Palitra.-2015.-15 dekabr.-S.7.