Şəkidə kənd təsərrüfatı
ilə bağlı regional müşavirə
keçirilib
Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti Xidməti tərəfindən Şəki
rayonunda xidmətin yerli qurumlarının-rayon bitki mühafizəsi
mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin
əməkdaşlarının, bələdiyyələrin,
icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin
və fermerlərin iştirakı ilə "Respublikanın mədəni
əkinlərində inteqrir mühafizəsi sisteminin təkmilləşdirilməsi
və fitosanitar tədbirlərin həyata keçirilməsinin
vəziyyəti" nə dair IV regional müşavirə
keçirilib.
Tədbiri giriş sözü ilə Şəki şəhər icra hakimiyyəti başçısının müavini- sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Firon Əliyev açaraq keçirilən tədbirin bölgədə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin çevikliyinin və səmərəliliyinin artırılmasında və məhsuldarlığının yüksəldilməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərib. Daha sonra "Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisiifolia L.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə məhdudlaşdırıcı və ləğvedici tədbirlər planını"nın icra vəziyyəti barədə məlumat verib.
Müşavirədə "Dənli, taxıl bitkiləri əkinlərində inteqrir mübarizə tədbirləri" və "Respublika ərazisində tikanlı quşüzümünün (Solanum rostratum Dunal.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti " mövzularında məruzələr edilmiş və müvafiq müzakirələr aparılıb.
Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış payızlıq taxıl əkinlərində inteqrir mübarizənin texnoloji xəritəsi, daxili karantin obyektləri olan tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanmizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılıb.
Sonda müşavirə iştirakçıları Şəki-Zaqatala bölgəsində siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin gedişi ilə tanış olublar.
Müşavirə
iştirakçıları və fermerlər kənd təsərrüfatının
inkişafı istiqamətində fermerlərə göstərilən
qayğıya görə Respublika Prezidenti cənab İlham
Əliyevə və Kənd Təsərrüfatı Nazirliyinə
öz minnətdarlıqlarını
bildiriblər
Tural
Palitra.-2015.-18 dekabr.-S.15.