NDU-nun tələbələri ili yaddaqalan uğurlarla yola salır

 

Naxçıvan Dövlət Universitetində ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirəni universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq 2015-ci il universitetin elm, təhsil, tədris sahəsi ilə yanaşı idman və mədəniyyət sahəsində də əhəmiyyətli uğurlar qazandığını vurğulayıb. Rektor, tələbə gənclərin hərbi-vətənpərvərlik ruhunda, əqli və fiziki cəhətdən düzgün tərbiyə olunmaları, onların asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən yayınmaları, potensiallarının aşkarlanıb düzgün istiqamətləndirilməsi baxımından onların müxtəlif müsabiqələrdə, intellektual oyunlarda, idman yarışlarında iştirak etmələrinin zəruriliyindən danışıb, qazanılan uğurlara nəzər salıb.

Universitetin Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri Məmmədəli Rəhimov çıxış edərək qeyd edib ki, yola salmaqda olduğumuz 2015-ci il universitet üçün idman sahəsindəki bir sıra əhəmiyyətli uğurlarla yadda qalacaq. Belə ki, tələbə boksçu Tayfur Əliyev Azərbaycan çempionu kimi 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında müvəffəqiyyətlə iştirak edərək bürünc medala sahib olub. Universitetin tələbələri Azərbaycan Respublikası alı məktəb tələbələrinin XII universiadasında uğurla çıxış ediblər. Universiadada sərbəst güləş üzrə Ramid Yaqubov bütün rəqiblərinə qalib gəlib, Azər Əliyev isə III yerə layiq görülüb. Şahmatçı tələbəmiz Toğrul Həsənzadə 51 şahmatçı arasında V olub. Universitetin qızlardan ibarət badminton komandası III yerə layiq görülüb. Toğrul Həsənzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2015” beynəlxalq şahmat yarışında müvəffəqiyyətlə çıxış edərək I-III yerləri bölüşüb. Tələbələrimiz müxtəlif idman növləri üzrə müxtar respublika birinciliklərində də müvəffəqiyyətlə çıxış ediblər. EkstremalHava idman növləri Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi 8 km məsafəyə qaçışda Samiq Səfərov I, Yuris Allahverdiyev II, Ramid Yaqubov III yeri tutub. Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası ilə Gənclər və İdman Nazirliyinin keçirdiyi Peyntbol üzrə muxtar respublika birinciliyində iştirak edən universitetin iki komandasından biri I, digəri isə III yerə layiq görülüb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş velosiped üzrə muxtar respublika birinciliyində universitet komandası ümumi komanda hesabında I yerə çıxıb, futbol yığma komandası isə III yerlə kifayətlənməli olub. Universitetdaxili yarışlar, Naxçıvan Dövlət Universitetinin XII universiadası mütəşəkkil şəkildə keçirilib, qeyri-ixtisas fakültələrində fiziki tərbiyə işinin könüllülük prinsipi ilə təşkili istiqamətində əhəmiyyətli işlər görülüb. Universitetdə idmanın maddi-texniki bazası gücləndirilib, idmanın inkişafını təmin etmək məqsədilə boks məşğələsi, peyntbol idman növü, velosiped yarışları üçün lazım olan avadanlıqlar alınıb. Muxtar respublikauniversitet rəhbərliyinin idmanın inkişafına göstərdiyi qayğıdan həvslənən tələbə idmançılarımız bundan sonra da yeni qələbələr qazanmağa, universiteti layiqincə təmsil etməyə çalışacaqlar.

Tədbirdə təşkilati məsələlərə də baxılıb, universitetin Tələbə İdman Klubunun idarə heyəti və təftiş komissiyasının yeni tərkibi müəyyənləşdirilib, fiziki tərbiyə işininidman oyunlarının təşkilinə nəzarət etmək məqsədilə qeyri-ixtisas fakültələrinə idmançı pedaqoqlar təhkim olunub.

Tədbirdə 10-17 noyabr “Tələbə Gənclər Həftəsinə həsr olunmuş Naxçıvan Muxtar Respublikası aliorta ixtisas məktəb tələbələrinin muxtar respublika birinciliyində qalib gələn badmintonçu, şahmatçı və bokşçu tələbələrə, habelə Naxşıvan şəhər birinciliyində qələbə qazanan voleybolçulara kubok, diplom və hədiyyələr təqdim olunub, I kurslar arasında voleybol, şahmat və digər idman növləri üzrə keçirilən universitetdaxili seçmə yarışlarda fərqlənən idmançılar da mükafatlandırılıb. İdmanın inkişafı və fiziki tərbiyə işlərinin təşkilində fərqlənən Tibb fakültəsi və Pedaqoji fakültə də diplomla layiq görülüb.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadasında finalda təmsil olunan informatika komandasının üzvləri də təltif olunub. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən aliorta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirdiyi yarış və müsabiqələrdə də universitet liderlik edib. BunlardanNuh yurduintellektual oyunun qalibi olan “Əlincə” komandasının, həmin yarışda ikinci yerə layiq görülən “Şahdağ” komandasının, muxtar respublikada fəaliyyət göstərən aliorta ixtisas təhsili müəssisələrinin Şən və Hazırcavablar Klubları arasında müsabiqənin qalibi olan Naxçıvan Dövlət UniversitetininKarvan” komandasının üzvləri də kubok, diplommükafatlarla təltif olunublar.

 

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Palitra.-2015.-18 dekabr.-S.13.