Bu Vətən mənə dar gəlir

 

Nəriman Zeynalzadə 1954-cü ildə Naxçıvan MR Şərur rayonu Yaycı kəndində doğulub. 1969-cu ildən yerlirespublika mətbuatında məqalə, şeirpublisist yazıları ilə çıxış edib. "Araz-1", "Araz-2", "Qoy tanısın dünya səni" və "Avrasiya şairləri"almanaxlarında şeirləri dərc edilib. "Daş Yaycım", "Sən bu şəhərdə doğulmamısan"kitablarının müəllifidir. Növbəti kitabı çapa hazırlanır.

 

Bu Vətən mənə dar gəlir

Ürək içindən yaradır,

Üzüm yanında qaradır,

Vətən bölünüb, paradır,

Parası mənə ar gəlir.

 

Divarda daşa utandım,

Ömrümdə yaşa utandım,

Əydiyim başa utandım,

Yaşamaq mənə xar gəlir.

 

İçindən göynəmək olar,

Dirikən ölmək olar,

qədər bölünmək olar,

Bu Vətən mənə dar gəlir.

06.06.2015

 

Saralır içimdə sevgi yarpağı

Dalğalar sahilə çırpılan kimi,

Çırpılır külək , çırpılır mənə.

Yiyəsiz, sahibsiz küçədə qalmış,

Ümidsiz bir küçük qısılır mənə.

 

Soyuqdur nəfəsi, soyuqdur əli,

Üzümdə, gözümdə gəzir baxışı.

Göydə şaqqıldayan qara buludlar,

Göndərir yerlərə payız yağışı.

 

Palçıqdan keçilməz küçələrindən,

Adamlar düzülüb cığır açırlar.

Küçədə oynayan dəcəl uşaqlar,

Ayaq izlərini qoyub qaçırlar.

 

Şairlər sevgidən şeir yazırlar,

Ömrümün, günümün yalqız vaxtıdır.

Saralır içimdə sevgi yarpağı,

Mənim ürəyimin payız vaxtıdır.

20.10.2014

 

Sən gündüzə, mən gecəyə

düşmüşəm

Dodağından dodağıma öpüşün,

Gül-çiçəkdən süzdü balı beçənin.

Asdı Tanrı başımızın üstündən,

Ay-ulduzlu xalısını gecənin.

 

Bu gecənin ömür yolu bir addım,

Qamçısını hey vururdu kəhərə.

Yanaqları al-qırmızı günəş ,

Tələsirdi, can atırdı səhərə.

 

Unutmuşduq bu dünyanın varlığın,

Tək biz idik, ay-ulduzlu gecədə.

Sığınmışdıq uşaq kimi qoynuna,

Bu gecə doğma idi necə ...

 

Fəryadlarım yetməz oldu göylərə,

Həsrətində gündə yüz yol bişmişəm.

Fələk bizi gör necə fırlatdı,

Sən gündüzə, mən gecəyə düşmüşəm.

Candan əziz can atıram bir cana,

Qoşa deyil, bütöv deyil, yarıyıq.

Görən bizi hansı namərd qarğıdı,

Sən özgənin, mən özgənin yarıyıq.

21.11.2015

 

Etibarım yoxdur mənim

dünyaya

Bir gördün varı səndən apardı,

Al qırmızı şalı səndən apardı,

Yetişməmiş kalı səndən apardı,

Gözüm-könlüm toxdur mənim

dünyaya.

Kərpic-kərpic hördüyündən söküldün,

Göz doymayan gördüyündən söküldün,

Sındı kuzən bir gün yerə töküldün,

Get-gələnim çoxdur mənim dünyaya.

 

Vaxt çatıbsa, gedənini saxlamaz,

Şairinə gün-güzaran ağlamaz,

Dünya görən dünyaya bel bağlamaz,

Etibarım yoxdur mənim dünyaya.

09.11.2015

 

Səbrimi yerə düzüb gəlirəm

Allah, al məni göylər üzünə,

Göylər, bəlkə , göylər üzümə,

qədər barmaq soxar gözümə,

Səbrimi yerə düzüb gəlirəm.

 

Əsdi, titrədi bu yer, bu torpaq,

Azad da deyil budaqda yarpaq,

Bəs gedib harada axtarıb tapaq,

Əlimi yerdən üzüb gəlirəm.

 

Ağa saymaram, qulu sayanam,

Bilmirəm gedib harda dayanam,

bir atam var, bir anam,

Olmayan yerdən küsüb gəlirəm.

 

Yükü olmadım yükü ağıra,

Qıymadım bircə tükü ağrıya,

Tapşırdım ulu türkü Ağrıya,

Dərdi bal kimi süzüb gəlirəm.

20.10.2015

 

Mən bu payızda qala

bilmədim

Buludların da gözləri dolub,

Göylərin yaşı ələmə gəlir.

Qısılır mənə payız yarpağı,

Gözünün yaşı əlimə dəyir.

 

Bürünüb həsrət dumana-çənə,

Elə bil göylərdən düşürür məni.

Soyuq payızda ağlayan qızın,

İsti göz yaşı üşüdür məni.

 

Candan can alıb gedən payızdan,

Vallah, o qızı ala bilmədim.

Salamat qalın, yağan yağışlar,

Mən bu payızda qala bilmədim.

16.10.2015

 

Heyif ki...

Hər şeyə zaman da, vaxt da gərəkdir,

Ürəkdə sevgiyə taxt da gərəkdir,

Neyləyim, qismət , baxt da gərəkdir,

Baha aldığım köynəyimi

Ucuz yudular.

Gecəli-gündüzlü başına döndüm,

Gəncliyimin on dörd yaşına döndüm,

Axdım gözlərimdən, yaşına döndüm,

Gözümdən axan göz yaşımı

Ucuz duydular.

 

Ürək sevgiyə möhtacmı, acmı,

İçimdə saxladım ağrı, acımı,

Doyura bilmədim dilsiz acımı,

Heyif ki, sevgidə qiymətimi

Ucuz qoydular.

05.09.2015

 

Düşmüşəm

Çoxu gedib, azı qalıb ömrümün,

Ədası yox, nazı qalıb ömrümün,

Mizrabsızdır, sazı qalıb ömrümün,

Kim çalacaq bu sazımı, bilmirəm,

Kim çəkəcək bu nazımı, bilmirəm.

 

Gözlərində sevgisi var, oxunur,

İlmə-ilmə ürəyimə toxunur,

Neştər olur, kaman olur, ox olur,

Bir andaca düz sinəmə oxlanır,

Bəlkə, bu da imtahandır, yoxlanır.

 

Keçəmmədim bu sevdanın üstündən,

Saçlarımın altı qara, üstü dən,

Elə yandım, elə yandım istidən,

Bu sevginin ocağına düşmüşəm,

Yanar közün qucağına düşmüşəm.

03.09.2015

 

Gətirirəm

Deyirəm, dünəndən, bu gündən keçib,

İşıqlı səhərə çıxaraq məni!

Hardasa itirmişəm, tapa bilmirəm,

Mənə kömək elə, axtaraq məni!

Afaq ŞIXLI

 

Yırtıb gecənin köynəyini,

Həsrətini, göynəyini,

itiribsən, gör nəyini,

Axtarıb, tapıb gətirərəm.

 

Dost-tanışların neçəsini,

Nənəmin qara keçəsini,

O nağıllı qış gecəsini,

Tonqalı çatıb gətirərəm.

 

Külək dağıdan tellərini,

O nəğməli dillərini,

Əlindən uçan illərini,

Yellərdən alıb gətirərəm.

 

Varsa ağlayan, ovut onu,

Qəm-kədərini, unut onu,

Caynağındakı ilk ovunu,

Qartaldan çalıb gətirərəm.

 

Nəriman deyər göy işıqlı,

Gecələrdə ay yaraşıqlı,

Tapıb özünü Afaq Şıxlı,

atla çapıb gətirərəm.

12.01.2014

 

Bu gün anamın

məzarı damacaq

Anamın məzar daşı

Buz kimi

Dodağıma yapışdı.

Bir vaxt

Bu məzar daşında

Əllərim yanmışdı.

 

Kirpiklərini qırpmadan

Daş gözləriylə

Mənə baxır.

Mənimsə göz yaşlarım

Anamın

Daş sinəsinə axır.

Gör neçə illərdi

Ayrıdı anam məndən,

Mənsiz darıxır.

Gəlişim

Anamın ürəyinə damacaq.

Bu gün anamın

Məzarı damacaq.

29.06.2014

 

Üstümə axşam gəlir

Məni bu küçədən

Daşıyan olsaydı,

Daşınıb gedərdim.

Məni bu küçədə

Daşlayan olsaydı,

Əlindən

Daşını alıb gedərdim.

 

Məni bu küçədən

Qovan olsaydı,

Qovulub gedərdim.

İçimdən

İçin-için

Qovrulub gedərdim.

Küləklər qanadında

Qov olub gedərdim.

Başqa bir yerə

Yol alıb gedərdim.

 

Neyləyim ki,

Hamı mən gündədir.

Səhər gedib

Axşam gəlir.

Dönəndə bu küçəyə

Üstümə axşam gəlir.

17.07.2014

 

Qanından yoxdursa

bayrağında

Mən sənin qanından yoğrulmuşam,

Saflanıb, durulub doğrulmuşam,

Adəmdən, Həvvadan doğulmuşam,

Mən sənə deyiləm yad, ay atam.

 

Hər canın ağrıyan yarası var,

Canımda canının yarısı var,

Balın da yiyəsi- arısı var,

Çiçəksiz, gülsüz bal olmaz, qadam.

 

Bu torpaq Vətəndir ayağında,

Dayanıb durmasan dayağında,

Qanından yoxdursa bayrağında,

Yadındır, yadındır, bil, ay adam.

08.08.2015

 

Palitra.-2015.-19 dekabr.-S.15.