“Aşağı göstəricilərə
malik universitetlərə getməmək məsləhətdir”
Kamran Mahmudov: “Tədbirlərə
xaricdən öz alimlərimizi dəvət
etmək lazımdır, ilk söz hər hansı xarici
alimə yox, onlara
verilməlidir”
Mahmudov Kamran
Talıb oğlu 1980-ci ildə Tovuz rayonunun Nəmxoş
kəndində ziyalı ailəsində anadan
olub. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin
2001-ci ildə bakalavr, 2003-cü ildə isə
magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci
ildə analitik kimya
ixtisası üzrə fəlsəfə doktoru
alimlik dərəcəsi alıb. 2008-ci
ildə Portuqaliya elm fondunun grantını (Post-doc)
udub və həmin ildən Lissabon Universitetində elmi
fəaliyyətini davam etdirir. K.T. Mahmudov 2012-ci
ildə Analitik və Üzvi
kimya ixtisasları üzrə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. Beynəlxalq jurnallarda 75 məqaləsi
nəşr olunub (bax Web of Science, maintained by Thomson Reuters). Bu işlərin əksəriyyətində
K.T. Mahmudov cavabdeh müəllifdir. Onun
işlərinə 868 dəfə
istinad edilib, h index =
19. Hələ ki, Azərbaycanın elm tarixində
onun adı ilə bütün elm sahələri üzrə
ən yüksək impakt faktora (12.239) malik məqaləni cavabdeh müəllif kimi K.T. Mahmudov nəşr etdirib(Coord. Chem. Rev., 2013, 257,
1244-1281). ()
Bir kitabın
isə elmi redaktorudur (Non-Covalent Interactions in the Synthesis
and Design of New Compounds. Maharramov, A.M.; Mahmudov,
K.T.; Kopylovich, M.N.; Pombeiro,
A.J.L. (eds.) Wiley, New York, 2016; in press ISBN: 9781119109891).
()
Qeyd edək ki,
“Wiley” (1807-ci ildən bəri)
nəşriyyatı elm sahəsində
dünyanın ən nüfuzlu nəşriyyatı
hesab olunur.
-Təhsil aldığınız
və ya tədqiqat apardığınız
sahə barəsində
hansı fikirləriniz
var.
- Kimya dəqiq və təcrübi elmdir. Müasir kimyada riyaziyyat və fizikanın metodlarından geniş istifadə edilir. Məsələn, kvant kimyəvi
hesablamalar aparmaqla reaksiyanın əvvəlcədən
termodinamik olaraq mümkünlüyünü və
istiqamətini müəyyən
etmək olur. Konkret məşğul olduğum
sahə qeyri-kovalent qarşılıqlı təsirlərin
sintez və katalizdə rolu və ya tətbiqidir.
Bu sahə son dövrlər populyar elm sahəsi hesab olunur. Belə ki, molekulu məqsədyönlü dizayn
etməklə bahalı
katalizatorlardan istifadə
zamanı alınan nəticəni əldə
etmək olur.
- Bu sahə üzrə xarici ölkələrdə aparılan
tədqiqatlarla Azərbaycandakı
tədqiqatlar arasında
hansı fərqli və ümumi cəhətlər var?
- Ümumi cəhət odur ki, hamı
elmin inkişafı üçün çalışır
- istər xaricdə olsun, istər Azərbaycanda. Sözsüz ki, fərqli
cəhətlər də
var. Məsələn, Azərbaycanda
bizim məşğul
olduğumuz sahə üzrə əvvəllər
heç bir elmi tədqiqat həyata keçirilməyib,
çünki qeyri-kovalent
qarşılıqlı təsirləri
sübut etmək üçün tədqiqat
metodları (NMR, X-ray, və
s.) olmayıb. Son dövrlər BDU-da bu sahə üzrə
təcrübi işlər
var, birlikdə müzakirə edirik və yüksək impaktlı jurnallarda nəşr etdiririk. Bundan başqa bu tədqiqat sahəsinə aid Avropa, Asiya və Amerikada
müəlliflərinin iştirakı
ilə redaktor olduğumuz kitab “Wiley” nəşriyyatında tezliklə
nəşr olunacaq. Yəni elm belədir ki, hər gün formada olmalısan, elmi ədəbiyyatı izləməlisən, beynəlxalq
konfranslarda iştirak etməlisən, elmi əməkdaşlıq etməlisən
və s.
- Təhsil aldığınız ixtisasın
və elmi sahənin Azərbaycan üçün aktuallığını
necə ifadə edərdiniz?
- Bizim Lissabon Universitetində hazırladığımız
selektiv oksidləşmə
katalizatorlarını patentləşdirmişik. İndi həmin
sistem Fransada istehsalatda tətbiq olunacaq, artıq müqavilələr bağlanıb.
Sözsüz ki, həmin iş Azərbaycan üçün
də aktualdır və onu burada
da həyata keçirmək olardı.
Sintez etdiyimiz birləşmələrin İtaliya
və Hindistanda aparılmış DNA and BSA binding, anticancer və cytotoxicity testləri onların aktiv olduqlarını göstərir ki, bu isə yeni
dərman maddələrinin
alınması deməkdir:
- Bu ixtisasınız yönündə
Azərbaycan təhsilində
və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Orta məktəb dərslikləri müasirləşdirilməlidir,
mümkün qədər
çox sayda alternativ dərsliklər olmalıdır. 8-ci sinifdən sonra orta məktəbdə ixtisaslaşma aparılmalıdır,
fakt odur ki, BDU-nun Kimya fakültəsinə qəbul
olmaq istəyən şagird, əsasən, profil fənlərinə üstünlük verir, onun üçün digərləri maraqsız
olur və heç lazım da deyil. “Sabahın alimləri”
müsabiqəsinin təşkilat
komitəsinə dünyada
tanınmış alimləri
cəlb etmək lazımdır. Kimya fakültəsinə
qəbul I qrupdan aparılmalıdır və
s.
Elm sahəsində çoxlu islahatlara ehtiyac var. İlk növbədə xaricdə yaşayan azərbaycanlı alimlərin
potensialından istifadə
olunmalıdır və
onlara da hiss etdirmək lazımdır ki, Azərbaycan dövləti onların arxasındadır. Xaricdə öz
qrupu olan azərbaycanlı alimdən
qorxmaq lazım deyil, onlar burada
heç kəsin vəzifəsinə qayıdası
deyil. Tədbirlərə xaricdən öz
alimlərimizi dəvət
etmək lazımdır,
ilk söz onlara verilməlidir, hər hansı xarici alimə yox. Yəni elm sahəsinə gələn
gəncin 3 və ya 4 illik aspirantlıq
dövründə heç
bir maddi problemi olmamalıdır ki, o bütün gününü elmə sərf etsin. ``Thomson Reuters`` beynəlxalq axtarış sisteminə Azərbaycanın bütün
universitetlərində giriş
olmalıdır. Bu sistemin Azərbaycana gətirilməsi ilə ingilis dilini bilən mütəxəssislər
məşğul olmalıdır.
Həmin
sistemə daxil olan jurnallarda çıxan məqalələrə
görə yaxşı
qonarar verilməlidir.
Məsələn, Çində
jurnalın impakt faktoru 1 olduqda 1000 euro, 2 olduqda 2000 euro və s. maliyyə ödənilir. Türkiyədə ilk dəfə ən
yüksək impakt faktorlu jurnalda nəşrə görə
müəlliflərə yüksək
məbləğdə qonarar
vermişdilər. Baxmayaraq ki,
``Thomson Reuters`` beynəlxalq axtarış sisteminə əsasən Azərbaycanın
elm tarixində onun adı ilə bütün elm sahələri
üzrə ən yüksək impakt faktora malik məqaləni
cavabdeh müəllif kimi nəşr etdirmişəm (2013-cü ildə),
ancaq ölkə miqyasında hələ dəyər qoyulmayıb.
Mənə isə dövlət
səviyyəsində dəstək
indi lazımdır ki, fəaliyyətimi geniş miqyasda davam etdirə bilim.
- Təhsil və elmlə bağlı gənc mütəxəssis
kimi hansı fikir və təklifləriniz
ola bilər.
-Təhsillə bağlı
onu qeyd edə bilərəm ki, şagirdlər və tələbələr
arasında rayon və
ölkə səviyyəsində
çoxlu müsabiqələr
keçirilsin. Həmin müsabiqələrdə
yer tutan şagird və tələbələr üçün
stimullaşdırıcı vasitələrdən istifadə
olunsun. Yüksək nəticə göstərən
iştirakçılar pulla
mükafatlandırılsın, yaxud xüsusi təhsil paketləri əldə edə bilsinlər. İndi də
belə müsabiqələr
var, lakin azdır.
Prezident mükafatını elm sahəsi
üzrə verdikləri
``alimlərin`` beynəlxalq
(Thomson Reuters-də) göstəriciləri
``0``-a bərabərdir. Yəni keçirilən
müsabiqə iştirakçılarına
qarşı daha yüksək tələblər
(beynəlxalq standartlar)
qoyulmalı və nəticələr düzgün
obyektiv qiymətləndirilməlidir.
Elmlə
bağlı mən bir dəfə danışmışdım, yaxşı
olar ki, həmin müsahibəni nəzərdən keçirəsiniz:
-Xaricdə təhsil alan gənclərimizə
və elmi tədqiqatçılarımıza nələri tövsiyə
edərdiniz.
-Onu qeyd edə
bilərəm ki, dünyanın top universitetlərində
təhsil alsınlar. Həmin top universitetlərdə
qalıb işləsinlər,
onlar Azərbaycana xaricdə lazımdırlar.
Aşağı göstəricilərə malik universitetlərə getməmək məsləhətdir.
Hər addımda Azərbaycanı
layiqli təmsil etsinlər. Vətənpərvərlik nüansını daim prioritet tutaraq ermənilərlə
əməkdaşlıqdan, dostluqdan çəkinsinlər.
Bu gün təəssüf
ki, bəzi nümunələrə rast
gəlirik. Unutmaq lazım
deyil ki, insanı elmi ilə yanaşı, şəxsi keyfiyyətləri
də kamilləşdirir
və bütöv halına gətirir.
- Gələcək plan və
fəaliyyətinizlə bağlı
nələri bölüşərdiniz.
- Hazırda işlərimi Lissabon Universitetində davam etdirirəm. Məqsədim ``Non-Covalent Interactions in the Synthesis`` üzrə
dünyada tanınmış
mütəxəssis olmaqdır.
Avropada və ya Amerikada
öz qrupumu yaratmaq və azərbaycanlı alimləri
və gəncləri dəvət etmək, onlara kömək etmək gələcək
karyeramda ən mühüm yeri tutur. Azərbaycanın adı ilə
“Chemical Reviews” (impakt faktor
46.56) jurnalında cavabdeh
müəllif kimi məqalə çıxarmaq
məsuliyyətini də
doğrultmaq mənim üçün əhəmiyyətli
işdir.
İlkin AĞAYEV
Palitra.-2015.-22 dekabr.-S.11.