Öz istəyini ortaya qoya bilən şagirdlərin sayı azdır”

 

Namiq Zamanov: “Müəllim hər bir şagirdə fərdi yanaşmağı, onunla pedaqojipsixoloji münasibətləri düzgün qurmağı

bacarmalıdır”

 

Müəllimin əsas vəzifəsi şagirdya tələbənin elm, bilik qazanmasını təmin etməkdir. Əlbəttə ki, öncə şagirdya tələbədə bu istək olmalıdır. Bəs, onlarda bu maraq varmı? Bu və digər sualların cavabını Ağdaş rayonunda müəllim kimi çalışan Namiq Zamanovla söhbətimizdə tapmışıq. Qeyd edək ki, N.Zamanov 20 noyabr 1971-ci ildə Laçın rayonunun Zağaltı kəndində dünyaya göz açıb. Laçının Qorçu kənd orta məktəbində birinci sinfə qədəm qoyub. Təhsilini Bakı şəhərindəki 5 saylı kimya-biologiya təmayüllü məktəbdə davam etdirib. 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, müəllimlik təyinatı ilə pedaqoji fəaliyyətə başlayıb. Mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar hazırda Ağdaş rayonunda yaşayır. İxtisası üzrə (kimya-biologiya müəllimi) müəllim

işləyir.

 

-Dövlət tərəfindən təhsil sahəsində görülən işlər öz effektini verirmi?

- Bilirik ki, müəyyən bir işin icrası prosesində birdən-birə hər şeyə nail olmaq mümkün deyil. Əgər bu gün təhsil sahəsində görülən işlərin nəzərəçarpan müsbət effektindən danışırıqsa, mənfi cəhətlərini də göstərməklə, bu prosesə öz töhfəmizi vermiş olarıq. Mən sovet təhsili almışam, ali məktəbdə bu (ənənəvi) təhsil sisteminin əsaslarını öyrənmişəm. Pedaqoji fəaliyyətimdə də sovet pedaqoqlarının təlim-tədris prinsiplərindən bəhrələnmişəm. Təbii ki, bu sistem yaddaşımızda dərin izlər buraxıb. Bunları bütün təfərrüatı ilə xırdalamaq fikrim yoxdur. O dövrdə də “kurikulum” adı altında ümumiləşdirilmiş indiki təhsil sistemindən xəbərimiz var idi. Amma ənənəvi təhsil sistemi bir toplum olaraq bizə, bizim şüurumuza, həyat tərzimizə daha yaxın idi. Bu sistemin də müəyyən çatışmayan cəhətləri vardı: məsələn, fəaliyyətin daha çox nəzəriyyəyə əsaslanması, bir qədər bəsit və mücərrəd olması, praktikliyinkonkretliyin az olması və s. Sözsüz ki, praktikasız nəzəriyyə də çox uzağa gedə bilməz. Bu mənada, dövlətimiz tərəfindən təhsil sahəsində yeni islahatların aparılması zəruri idibunu müəyyən qədər etdilər. Ənənəvi təhsil prinsiplərindən fərqli olaraq, yeni sistem öz üstünlükləri ilə seçilir. Məsələ burasındadır ki, əvvəlki sistemdən fərqli olaraq, bu sistem bizi irəliyə doğru dartmağa çalışsa da, biz hələ də irəli gedə bilmirik. Yəni bu yenilik bizim üçün bir qədər tez oldu. Biz hələ bu gedişə hazır deyildik. Diqqət etsək, müasir təhsildə daha çox fərdiləşmənin olduğunu görərik. Unutmayaq ki, bizim üçün əsas olan, təhsillə normal cəmiyyət formalaşdırmaqdır. Əminəm ki, yalnız düzgün qurulmuş təhsillə hər şeyə nail olmaq mümkündür.

- Bugünkü məktəblinin əsas istəyi nədir?

- Təəssüflər olsun ki, şagirdin deyil, valideynin öz övladı üçün peşə, ixtisas seçməsi prosesi günümüzdə də davam etməkdədir. Barışa bilmədiyim hallardan biriodur ki, təhsil almaq üçün repetitor hazırlığı sanki dəb halını alıb. Yerindən duran “hazırlaşıb” ali məktəbə qəbul olmaq istəyir, əksəriyyət reallıqla “hesablaşmadanali təhsilli olmaq arzusundadır. Halbuki ətrafımızda kifayət qədər işsiz qalanya lap az maaşa işləyən ali təhsillilər var. Peşə seçmək, peşə təhsili almaq - “əlçatan” arzuyla yaşamaq, istiqamətlənmək arxa plandadır. Məktəblinin öz istəyini ortaya qoya bilməsi üçün bir sıra amillər vacibdir ki, bunların ən başlıcası təhsilin düzgün qurulması ilə bilavasitə bağlıdır. Günümüzdə öz istəyini ortaya qoya bilən şagirdlərin sayı azdır. Və bu şagirdlərin ən ümdə istəyi ali təhsil müəssisəsinə qəbul olunmaqdır. Yerdə qalanlar isə “hamı necə, mən də elə” düşüncəsi ilə yaşayır, bu da doğru hal deyildir.

- Gənc nəslin elm və təhsilini artırması üçün marağı necədir?

- Maraq var, istək var, amma bəsitdir, ötəridir. Yuxarıda qeyd etdiyim kimi, perspektivdə nələrin olacağı, hansı problemlərin ortaya çıxacağı məsələsi, hələ ki, ikinci dərəcəli hesab olunur. Çox istedadlı, qabiliyyətli gənclərimiz var. Əgər onlar vaxtında düzgün istiqamətləndirilsə, bu, həm onların özləri, həm dövlətimiz cəmiyyətimiz üçün faydalı olar.

- Cəmiyyətin inkişafında gənclər dərəcədə öz töhfəsini verirlər?

- Qeyd etdiyim kimi, müxtəlif fəaliyyət sahələrində kifayət qədər istedadlı gənclərimiz var. Fənn olimpiadalarında, idman yarışlarında, müasir texnologiya sərgilərində digər sahələrdə onların qazandığı nailiyyətlər bizim hamımızın uğurudur. yəqin ki, onlar öz istedadı fəaliyyəti ilə digər yeniyetmə gənclərə nümunə olmaqla cəmiyyətin inkişafında öz töhfələrini verirlər. Gələcəkdə bu gənclərin fəaliyyət dairəsi genişləndikcə töhfələri daha da çox olacaqdır.

-Sizcə, bugünkü gənclikdə çatışmayan əsas xüsusiyyət nədir?

- Mənə elə gəlir ki, kütləvi savadsızlaşma gedir. Yəqin ki, məni düzgün anlayarlar: test imtahanından 700 bal toplamaqla savadlı olmaq arasında çox fərq var. Yüksək elmi bilik, istedad gözəldir. Amma söhbət kütlədən gedirsə, hamı istedadlı ola bilməz. Bu da təbiidir. Bildiyim budur ki, cəmiyyət savadlı üzvlərdən təşkil olunarsa, daha yaxşı olar. Bunun üçün isə mütaliə vacibdir. Bu gün gənclərimizdə başlıca çatışmazlıqlardan biri mən deyərdim ki, birincisi mütaliənin, oxu vərdişinin olmamasıdır. İstər elmi-texniki, istərsə bədii cəhətdən intellekti inkişaf etdirmək, formalaşdırmaq üçün kitab oxumaq əvəzedilməzdir. Televiziyalarda mütəmadi olaraq maarifləndirici proqramlar yaradılarsa, onu izləmək vərdişi yaranar. Dövrümüzdə kütləvi informasiya vasitələri çox olsa da, faydalı olanı azdır. Müxtəlif kompüter mobil telefondakı oyun proqramları, internet, sosial şəbəkələr bəzi gənclərimizi düzgün yoldan yayındırır. Mütaliəsizlikdən başqa, müasir qlobalxəstəlikhesab edilən şəbəkə asılılığı - netmaniya da hökm sürür. Bax, bu iki çatışmayan cəhət daha çox nəzərə çarpır.

-Məktəblilərdə dərsə sevgi yaratmaq üçün edilməlidir?

- Birinci növbədə müəllim öz yerində olmalıdır, öz ixtisasının sahibi olmalıdır. O, öz savadı, vicdanı, səliqə-sahmanı, müsbət aurası, görkəmi, cəmiyyətdə mövqeyi ilə yaxşı mənada seçilən, nümunə olmalıdır, novator olmalıdır, öz tədris metodlarını daim təkmilləşdirməli, hər bir şagirdə fərdi yanaşmağı, onunla pedaqoji psixoloji münasibətləri düzgün qurmağı bacarmalıdır. Belə olarsa, şagird istər-istəməz özünü müəlliminə bənzətməyə çalışacaq məsuliyyət hissi ona hakim kəsiləcək. Amma bu, hələ işin başlanğıcı ən sadəsidir. Dərsin necə qurulmağından çox şey asılıdır. Praktik nümayişlər, öyrənilən biliyin qavranması, tətbiqi, əhəmiyyəti, şagird nailiyyətlərinin düzgün incəliklə qiymətləndirilməsi s. bu kimi amillər şagirdlərdə məktəbə, təhsilə sevgi yaratmaq üçün əsas ola bilər.

-Təhsildə keyfiyyəti daha da yüksəltmək üçün hansı tədbirlər görülməlidir?

- Düşünürəm ki, dövlət təhsilə ayırdığı vəsaitin səmərə verməsi baxımından, daha dəqiq desək, təhsil verənin təhsil alanın fəaliyyətində keyfiyyətə nail olmaq üçün müasir səviyyəli, normal cəmiyyət yaratmaq naminə yenə müəyyən addımlar atmalıdır:

-on milyona yaxın əhalisi olan bir ölkədə bu qədər ali orta-ixtisasyönlü təhsil müəssisəsinin fəaliyyət göstərməyinə lüzum yoxdur. Heç bu qədər mütəxəssisə ehtiyac yoxdur. Çoxlu ixtisarlar aparılmalıdır (həm təkcə təhsildə yox, bütün sahələrdə), pedaqoji kolleclər, institutların, universitetlərin bir çox filialları birmənalı olaraq ləğv edilməli, peşə təhsili ön plana gəlməlidir.

-kadr hazırlığına xüsusi fikir verilməli, ümumiyyətlə, bu işə tam yeni prizmadan baxılmalıdır. Müəllimlik peşəsini seçmiş abituriyent ən əvvəl xüsusi qabiliyyət imtahanından keçməlidir. Ali orta-ixtisas təhsili müəssisəsində bir ya iki illik nəzəriyyədən sonra, sırf praktik yöndə kadr hazırlığı aparılmalı, orta məktəblərə ali məktəb məzunu yox, hazır, “bişmişali təhsilli, ixtisaslı müəllim göndərilməlidir. O müəllim ki, o, mükəmməl təhsilə yiyələnmiş - ona pedaqogika psixologiya kimi sanballı elmlər sıradan bir elm kimi deyil, praktik olaraq öyrədilmiş, öz innovativ prinsipləri ilə həmkarlarına sözün yaxşı mənasındameydan oxuyur”, nümunə olur, özünü seçdiyi yolun fədaisi hesab edir.

-məzunların məktəblərə təyinatına baxış da kökündən dəyişməlidir. Misal üçün, belə deyək, elə məktəb var ki, orada iki coğrafiya müəlliminə ehtiyac olduğu halda, 6-7 coğrafiya müəllimi fəaliyyət göstərir, hansı ki, digər məktəb(lər) illərdir bu ixtisas üzrə müəllim yoxdur, “Türk dünyasının coğrafiyasıkimi mühüm bir fənniPedməktəbbitirmiş qeyri-ixtisas müəllimi tədris edir. Deməli, məcburi təyinatın olmağı vacibdir. Təbii ki, normal əməkhaqqı olmaq şərtilə.

-məktəblər maddi-texniki baxımdan tam təchiz olunmalıdır.

-müəllimin dərs yükünə görə aldığı əməkhaqqı onun normal həyat şəraitini təmin etməlidir.

-şagirdlər məktəbə bağça təhsili aldıqdan sonra, yəni təhsil almağa müəyyən qədər hazır vəziyyətdə gəlməlidir, valideynlərin həyat şəraiti normal, hər şagirdin evdə məktəbdə fərdi kompüteri olmalıdır.

-əksər şagirdin fəaliyyət potensialının aşkar edilib peşə təhsilinə istiqamətləndirilməsi təhsil ocağının əsas hədəfi olmalıdır.

-həddindən çox faktlarla yüklənmiş dərs mövzuları sadələşdirilməlidir. Orta məktəb təhsilində bu qədər mürəkkəbliyə, dərinliyə, “xırdalıqlaragərək yoxdur.

-bu qədər mütəmadi dərslik çapı da həm dövlət büdcəsinə külli miqdarda zərbə vurur, həm nəinki fayda verir, hətta çaşqınlığa gətirib çıxarır. Hər il yeni dərslik çapı yolverilməzdir s.

Sadalasam, çoxdur belə fikirlərim. Qısası, təhsil sisteminə baxış dəyişilməli, bir qədər sistemləşdirmə, təkmilləşdirmə, reallaşdırma istiqamətində mühüm işlərin görülməli olduğunu zəruri sayıram.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-23 dekabr.-S.11.