Elm və təhsilin inkişaf etməsi elə dövlətin inkişaf etməsi deməkdir”

 

Həmid Yusifov: “Xaricdə oxuyan tələbələrin elmin və təhsilin inkişafında çox böyük rolu var

 

Son zamanlar Belarusda təhsil alan gənclərimiz də öz fəallıqları ilə seçilirlər. Belə gənclərimizdən biri olan Həmid Yusifov qəzetimizə müsahibəsində öz təhsili və Belarusda həyata keçirdikləri layihələr haqqında danışıb. Qeyd edək ki, Həmid Yusifov 1995-ci ildə Bakıda anadan olub.10-cu sinfə qədər 252 saylı məktəbdə, son iki ili isə Məhəmmədi kənd orta məktəbində təhsil alıb. 2012-ci ildə Belarus Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub. Hal-hazırda 4-cü kurs tələbəsidir. Eyni zamanda Belarusdakı Azərbaycan İcmalar Konqresinin Gənclər şöbəsinin sədr müavinidir.

- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Hər bir dövlətin inkişaf etməsi üçün elm və təhsil ən vacib şərtdir. Elm və təhsilin inkişaf etməsi elə dövlətin inkişaf etməsi deməkdir. Dünyanın bu dəqiqə ən inkişaf etmiş ölkələrinə baxsaq, hər şeyi anlaya bilərik. Məsələn, Yaponiya, əsasən, öz elmi gücü, ağıllı alimlərinin sayəsində inkişaf edir. Bu, məncə, elmin və təhsilin ölkənin inkişafında mühüm rol oynamasının göstəricisidir.

-Belarusun tibb təhsilinin hansı özəlliyi var?

-Belarusda tibb təhsilinin ən gözəl özəlliyi tibbin tamamilə pulsuz olmasıdır. mənada pulsuz öz vətəndaşlarına hər bir tibbi xidmət pulsuzdur. bütün həkimlər bilir ki, tibdə oxumaq praktikasız bir heçdir. Biz burada daima xəstələrlə əlaqədə oluruq. Kitabda oxuduqlarımızı gözümüzlə görmək şansımız var. Hətta həkimlər əməliyyata özləri ilə tələbələri götürürlər.

-Təhsilinizi davam etdirmək fikriniz varmı?

-Könül istərdi ki, təhsilimi Kanada, Almaniya ya Avstriyada davam etdirim. Planlarımda gələcəkdə elmi müdafiə etmək var.

-Azərbaycanda tibb təhsilinin inkişafını necə görürsüz?

-Azərbaycanda son 5 ildə tibb çox yüksək bir templə inkişaf edir. Xəstəxanaların, demək olar ki, hamısı təmirlidir. Hətta mən tətillərdə Qax şəhərində dincəlirəm. Qaxın xəstəxanaları Bakıdakılardan heç geri qalmır. Bu, çox sevindirici haldır. Ölkəmiz tibdə çox irəlidə olan Türkiyəyə, Almaniyaya praktikaya həkimlər göndərir. Bu da yavaş-yavaş tibbimizin inkişafına yol açır.

-Elm təhsilin inkişafında xaricdə təhsil alan gənclərin kimi rolu var?

-Xaricdə oxuyan tələbələrin elmin təhsilin inkişafında çox böyük rolu var. Onlar artıq yeni dünya görüb, yeni sistemə uyğunlaşıblar. Uyğunlaşdıqları təhsil sisteminin yaxşı yönlərini ölkəmizin təhsilinə tətbiq edirlər nəticələrini görəcəyimizə inanıram.

-Gənc nəslin elm təhsilini artırması üçün marağı necədir?

-Əgər reallığa baxsaq, gənclərimiz 2 yerə ayrılıblar; oxumaq istəyənlər diplom almaq istəyənlər. Əgər inkişaf etmək istəyiriksə, oxumaq istəyənlərin sayını artırmaq lazımdır. Bunun üçün dövlətimiz çox çalışır, dövlət proqramı ilə abituriyentləri həvəsləndirir, dünyanın ən məşhur universitetlərinə təhsilə göndərir. Gənclərdə elmə təhsilə meyil var. Amma bundan da çox ola bilər.

-Tələbə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?

-Tələbə gənclərin intellektual səviyyəsini yüksəltmək üçün universitet daxilində dərenəklər yaradılmalıdır. İntellektual səviyyənin yüksəlməsi, adətən, insanın özündən asılıdır. İnsan kitab oxumalıdır, sadəcə, öz peşəsi haqqında deyil, bədii ədəbiyyat, psixologiya s. mövzularda ola bilər. Həmçinin insan daha çox gəzməli görməlidir.

-Belarus Azərbaycan təhsilində hansı oxşar fərqlər var?

-Azərbaycanla Belarus təhsili arasında oxşarlıqlar budur ki, məsələn, tələbələr hər gün dərsə gəlib, dərsləri buraxmamalıdırlar. Fərq isə odur ki, Azərbaycanda Boloniya sistemidir. Belarusda sovet sistemi hələ qalmaqdadır.

-Azərbaycanın təbliği istiqamətində hansı işlər görürsüz?

-Azərbaycanın təbliğatı ilə əlaqədar oxuduğum universitetdə Azərbaycanlı Tələbələr Birliyi qurmuşuq. Bayramlarda, konsertlərdə çıxış edirik. Belə tələbə birliklərimiz, demək olar ki, hər bir universitetdə var. Hər tələbə birliyinin öz sədri var bunların hamısı Belarusdakı Azərbaycan İcmalar Konqresinin tərkibindəki Gənclər təşkilatında öz universitetlərini təmsil edirlər. Bu gənclər təşkilatı çox aktiv işləyir. Hər il milli bayramlar, hüzn günlərindən əlavə Belarus bayramlarında da iştirak edirik. Belarusda 200-ə yaxın tələbəmiz oxuyur. Demək olar ki, onların hamısı bu təşkilatın tədbirlərinə qatılıb, bizləri dəstəkləyirlər. Biz təşkilat olaraq ildə iki dəfə xeyriyyə aksiyaları keçiririk. Adətən, Yeni ildə Onkoloji xəstəxanaya gedib uşaqları təbrik edirik. Novruz bayramında isə uşaq evlərinə gedirik onları təbrik edirik.

-Belarusdakı səfirliyimiz sizə kimi dəstək olur?

-Səfirliklə sıx əlaqədəyik. Hər hansı konsertimiz, tədbirimiz olanda onları da dəvət edirik. Çox sağ olsunlar ki, bizi heç bir tədbirdə yalnız buraxmayıblar. Hər hansı problemimiz olanda səfirliyə bildiririk, bacardıqları qədər yardım edirlər.

-Diasporla əlaqələriniz varmı?

- Bizim təşkilat diasporun daxilindədir. Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çox sağ olsun, daim tələbələrin arxasındadır. Bir problemimiz olduqda bacardığı dəstəyi edir. Demək olar ki, gənclər təşkilatının hər tədbirinə qatılır.

-Yerli gənclərlə əməkdaşlıq edirsizmi?

-Belarus gənclər təşkilatları ilə sıx əlaqədəyik. Dediyim kimi, Belarus bayramları olduqda onlar bizləri dəvət edirlər. Həmçinin bizim bayramlar olduqda onları dəvət edirik. Bir-birimizin konsertlərində nömrələrlə çıxış edirik.

-Gənclərin bir araya gəlməsi üçün hansı tədbirlər keçirirsiniz?

-Gənclərin bir araya gəlməsi üçün ilin başlanğıcı kimi, adətən ,biz sentyabrı götürürük. Çünki yeni tədris ili başlayır. İlin ilk tədbirini sentyabrda edirik, çay süfrəsi açırıq, eləcə nərd, şahmat yarışları keçiririk. Bu yarışlar ənənəvi hal alıb. Azərbaycanın Dostları Gününü keçiririk. Burada məqsəd odur ki, yeni gələn tələbələr bir-birlərini tanısın, bir problemləri olduqda bizə bildirsinlər. Son zamanlar tədbirlərimizdə azərbaycanlı tələbələrlə yanaşı, belaruslar da çoxluq təşkil edir, hətta türkmənlər, türklər, ərəblər başqa millətlərin nümayəndələri iştirak edirlər. Buz üstə sürüşməyə yığışırıq. Tələbələrlə birlikdə “Eurovision” yarışmasına restoranda baxırıq. Novruz bayramını birlikdə qeyd edirik.

-Belarus gənclərinin Azərbaycan haqqında fikirləri necədir?

-Belarus gəncləri Azərbaycan haqqında çox pozitiv fikirlərə sahibdirlər. Azərbaycan dedikdə, ilk ağıla gələn Bakıdır. Burada, demək olar ki, hər biri Bakının çox gözəl olduğunu, ora gəlmək istədiklərini bildirirlər. Bizim rəqslərimizi, mədəniyyətimizi çox sevirlər. Hər hansı bir beynəlxalq tədbir ya sərgi olanda ən çox diqqət ayrılan ölkəyik desəm, yanılmaram. Məsələn, Belarus Dövlət Tibb Universitetində "Mənim Azərbaycanım" adlı ənənəvi sərgi keçirdik. Sərgidə Azərbaycanın mədəniyyəti, mətbəxi, turizmi, eləcə milli geyim musiqi alətləri haqqında kitab jurnallar nümayiş olundu. Eyni zamanda sərgidə tamaşaçılara Azərbaycan regionları haqqında video da nümayiş etdirildi. Sərgi əcnəbi tələbə müəllimlər arasında çox böyük maraq doğurdu. Qonaqların Azərbaycanın adət-ənənələri mədəniyyəti haqqında sualları cavablandırıldı. Hətta Belarus Dövlət Tibb Universitetinin rektoru Anatoli V. Sikorski bu tədbirdə iştirak etdi.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-25 dekabr.-S.11.