Türk Dünyası İqtisadçılar Birliyi təsis edilib

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali UNEC rektoru, professor Ədalət Muradov Türk Dünyası İqtisadçılar Birliyinin təsis edilməsi haqqında qərar imzalayıblar.

Türk dünyası dövlətlərinin digər respublikaların maraqlı iqtisadçılarının könüllü beynəlxalq birliyi kimi fəaliyyət göstərəcək Türk Dünyası İqtisadçılar Birliyinin əsas məqsədi türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrini qurmaq inkişaf etdirmək, onlar arasında iqtisadi tədqiqatlar üzrə beynəlxalq standartların tətbiqini genişləndirmək türk dünyasının iqtisadi mirası gələcək iqtisadi inkişafı istiqamətlərində elmi tədqiqat nəşr fəaliyyətlərini həyata keçirməkdir. Təsis qərarının imzalanması mərasimində çıxış edən professor Darhan Kıdırali professor Ədalət Muradov qloballaşan dünyada türk dünyasının elm təhsil sahəsindəki əməkdaşlığının fövqəladə əhəmiyyətli olduğunu vurğulayıb yeni yaranan Birliyin bu sahədəki böyük bir boşluğu dolduracağından ümidli olduqlarını bildiriblər. Natiqlər həmçinin dünya iqtisadiyyatında baş verən son tendensiyalar çərçivəsində türk dünyası ölkələri üçün yeni iqtisadi reallıqların ortaya çıxdığını bu baxımdan da türkdilli iqtisadçıların birgə elmi fəaliyyətinin bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhfələr verə biləcəyinə inandıqlarını qeyd ediblər. Birliyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər digər respublikaların maraqlı iqtisadçıları ya onların milli assosiasiyaları üzv ola biləcəkdir. Fəaliyyətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında 3 oktyabr 2009-cu ildə qəbul olunan Naxçıvan razılaşmasını, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat sahəsində təhsilin elmin inkişafına yönələn qərarlarını, Beynəlxalq Türk Akademiyası Azərbaycan Dövlət İqtisad Universiteti arasındakı əməkdaşlıq memorandumunu Əsasnaməsini rəhbər tutacaq Birliyin icraçı orqanı kimi daimi Katibliyi UNEC- yerləşəcək. Birliyin təsisçilərindən biri kimi Beynəlxalq Türk Akademiyası isə onun beynəlxalq fəaliyyətini təmin edəcək digər beynəlxalq təşkilatlarla əlaqələrini tənzimləyəcək.

 

Anar

Palitra.-2015.-25 dekabr.-S.15.