Həm jurnalistika, həm
də elm sahəsində ön
sırada dayanan Tofiq
müəllim
Əgər tarixin müəyyən dövrlərinə varsaq, bütün elm adamlarının bu və ya digər dərəcədə jurnalistika ilə əlaqəli olduğunu müşahidə edərik. Lakin bu da etiraf edilməlidir ki, jurnalistikadan elm sahəsinə adlayanların sayı Azərbaycanda o qədər də çox deyil. Haqqında danışmaq istədiyimiz belə şəxslərdən olan Tofiq Əbdülhəsənli ixtisasca filoloqdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirdikdən sonra taleyini jurnalistika sahəsinə bağlayıb.
Daha çox iqtisadi mövzularda məqalələr yazan gənc Tofiqin bu sahəyə olan həvəsi bir müddət sonra onu Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə gətirib. Burada təhsilini başa vurduqdan sonra Moskva Ali Mətbuat İnstitutunun İxtisasartırma kurslarında təhsil alıb. Tofiq Əbdülhəsənli təhsil aldığı 1980-cı illərin əvvəlindən mətbuat sahəsində çalışıb. İlk əmək fəaliyyətinə Azərbaycan Respublikasının Televiziya və Radio Verilişləri Komitəsində başlayaraq iqtisadi və ekoloji mövzularda verilişlər hazırlayan gənc jurnalist daha sonra yaradıcılığında tələbə həyatına dair silsilə reportajlara böyük yer verib. 1985-1990-cı illərdə “Gənclik” nəşriyyatında redaktor kimi fəaliyyətini davam etdirən gənc Tofiq bir müddət sonra Azərbaycan Ali Sovetinin orqanı olan “Həyat” qəzetinə şöbə müdiri kimi işə dəvət edilib. Onun sonrakı jurnalist fəaliyyəti də rəsmi dövlət qəzetləri ilə bağlıdır. Belə ki, bir müddət Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində çalışan Tofiq Əbdülhəsənli 2003-cü ildən fəaliyyətini “Respublika” qəzetində şöbə müdiri kimi davam etdirir.
Tofiq müəllimin qəzetdəki
yaradıcılıq sferası çoxşaxəlidir. O,
ölkə iqtisadiyyatının bütün
sahələri üzrə, əsasən yeni
neft strategiyası, iqtisadi
islahatlar mövzusunda analitik məqalələr müəllifidir. Qeyd edək ki, Tofiq müəllim jurnalistika
fəaliyyəti ilə yanaşı, həm də elm sahəsində çalışır. O,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiridir. Filologiya elmlər
doktoru olan Tofiq Əbdülhəsənli universitet
tələbələrinə yazı mədəniyyətini, dilimizin incəliklərini öyrədir. Tofiq müəllimin
yerli və xarici nüfuzlu mətbu orqanlarında elmi məqalələri dərc edilib. 7 beynəlxalq elmi konfransda Azərbaycanı təmsil edən Tofiq müəllimi 3 publisistik
məqalələr toplusunun, 5 dərsliyin,
4 dərs vəsaitinin, 4 monoqrafiyanın, 5 tədris proqramının
müəllifidir. Tofiq Əbdülhəsənli təvazökar
ziyalılardandır. 30 illik pedaqojı staja malik olan
filologiya elmlər doktoru,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin, Respublika İqtisadçılar
İttifaqının üzvü Tofiq müəllim Azərbaycanın Əməkdar
mədəniyyət işçisi fəxri
adına, “Həsən bəy Zərdabi” mükafatına
da layiq görüləndə
bu təvazökarlığı qoruyub saxlayıb. Tofiq
müəllim bu gün
də həm jurnalistika, həm də elm sahəsində ön
sıradadır. O, ulu öndərin müəyyənləşdirdiyi
və bu gün də
dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf
siyasətinə öz qələmi və
elmi-pedaqoji fəaliyyəti ilə dəstək
verir. Tofiq müəllim,
illər necə də tez gəlib keçir. Mərhum şairimiz
Əliağa Kürçaylının sözləri ilə
desək, elə bil dünən idi “birgə yorurduq kənd
yolarını”. Amma təəssüflənməyə
dəyməz. Bu gün
sizin 60 yaşınız tamam
olur. Həyatın belə tez
keçməsinə o qədər də
üzülməyin. Belə deyirlər ki,
ən gözəl illər həyatın tez
keçən illəridir. Gələcəkdə hər yeni günün əvvəlki
günündən daha xoş,
istəklərinə uyğun və sizi xoşbəxt edəcək şəkildə
olması diləyi ilə…
Ağasəf Babayev
Palitra.-2015.-29 dekabr.-S.11.