Müəllimlərə sertifikatlar təqdim olunub

 

Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri təhlil edilib

 

Təhsildə aparılan inkişafyönümlü addımların daha uğurla nəticələnməsində məhz yaradıcı və yenilikçi, daim axtarışda olan müəllimlər əsas rol oynayırlar. Təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönümlü tədbirlərin həyata keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.

Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərə toxunacağıq. Qeyd edək ki, Təhsil Problemləri İnstitutunda keçirilən tədbirlərdə bu məsələlər geniş şəkildə müzakirə edilir. İnstitutda bir ay davam edən “Elektron məktəb üçün Elektron müəllim ” kursu da bu qəbildən olan tədbirlərdəndir. Bir ay davam edən kurs artıq başa çatıb. Bu münasibətlə kursun sonunda müdavimlərə kursu müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatların təqdimatı üçün görüş keçirilib. Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2.2.1. yeni kurikulumlarainformasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması; distant təhsil və s.) məzmununu əsas götürərək Təhsil Problemləri İnstitutunda uyğun kurslara start verilib. Artıq bütün Azərbaycan bölgələrini əhatə edən təhsil sahəsində çalışanların bu kurslarda iştirakçıların sayı durmadan artmaqda davam edir. Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən verilən məlumata görə, “Elektron məktəb üçün elektron müəllim” təlimi Əməkdar müəllim, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 2 günü institutun konfrans zalında auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kursda müəllimlərə mühazirə, təqdimat, müzakirə, “workshop”, debatVeb texnologiyalarından istifadəetmə kimi təlim formatından istifadə olunaraq maraqlı distant dərslər keçirilibdir. Kursun keçirilməsi üçün bir sıra mövzulara toxunulub. 30 saatlıq proqram çərçivəsində keçirilən dərslərə: Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”, “Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi” və s. daxildir. Kursda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılıb. İnstitutdan qeyd edilib ki, ilin ilk kursuna Bakı şəhəri ilə yanaşı, Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb. Görüş zamanı kursa qatılan müdavimlərdən Bakı şəhəri Zərifə Əliyeva adına liseyin fiziki tərbiyə müəllimi Hüseyn Hüseynov, Samux rayonu Nizami Gəncəvi adına tam orta məktəbin ibtidai sinif müəllimi Zöhrə Verdiyeva 1 ay ərzində kurs zamanı əldə etdiyi biliklərə dair nümunəvi dərsin təqdimatını ediblər. Dərsin dinlənilməsindən sonra institutun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov müəllimlərin bu fəaliyyətini alqışlayaraq, bu bacarıqlarının təqdirəlayiq olduğunu bildirib, gələcək işlərində uğur arzulayıb. Görüş zamanı müzakirələr olub, keçirilən kursla bağlı maraqlı fikirlər səsləndirilib. Sonda direktor müavini Ənvər Abbasov və “Təhsil Problemləri” qəzetinin baş redaktoru Malik Rəcəb müdavimləri təbrik edərək onlara sertifikatları təqdim ediblər. Məlumat üçün bildirək ki, Təhsil Problemləri İnstitutu (TPI) nəzdində keçirilən təlimlərin iştirakçılarına Təhsil Nazirliyinin nömrələnmiş sertifikatları təqdim edilib. Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınıb. Qeyd edək ki, kursda Bakı şəhərindən Binəqədi rayonu 284 nömrəli tam orta məktəbin müəllimi Abbasova Sevinc, Nərimanov rayonu 193 nömrəli məktəbin müəllimləri Hüseynzadə Günay, Süleymanova Kəmalə, Səbail rayonu 239 nömrəli tam orta məktəbin müəllimi Qayıblı Nübar, N. Nərimanov adına 248 nömrəli tam orta məktəbin müəllimi Bağırlı Ülkər, Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin müəllimi Rüstəmova Günay, Xəzər rayonu 324 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Vüsalə, Yasamal rayonu A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəbin müəllimi Qasımova Vəfa, Bakı Humanitar Kollecin müəllimi Şuşayeva Svetlana, R.Pirnəzərov adına 299 nömrəli tam orta məktəbin müəllimi Həsənova Lalə, 246 nömrəli məktəb liseyin müəllimləri Qarayeva Reyhan, Namazova Sevda 188 nömrəli tam orta məktəbin müəllimi Aydəmir Arzu, 238 nömrəli tam orta məktəbin müəllimləri Bayramova İradə, Rzayeva Səadət, Binəqədi rayonu 100 nömrəli tam orta məktəbin müəllimi Əliyeva Ahu, Sabunçu rayonu 310 nömrəli tam orta məktəbin müəllimi Xasıyeva Zübeydə, Zərifə Əliyeva adına liseyin müəllimi Hüseyn Hüseynov, 258 nömrəli tam orta məktəbin müəllimi Nuriyeva İlhamə, 189-190 nömrəli tam orta məktəbin müəllimi Məmmədova Nərgiz, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Təhməzova Könül, Sumqayıtdan 36 nömrəli tam orta məktəbin müəllimi İsmayılova Mehriban, Samux rayonu Nizami Gəncəvi adına tam orta məktəbin müəllimi Verdiyeva Zöhrə, Göyçay rayonu Ziya Bünyadov adına tam orta məktəbin müəllimi Mirzəyeva Təranə, İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbin müəllimləri Nəzərova Aybəniz, Bayramov Şərafət, İsmayıllı rayonu 3 nömrəli məktəb liseyin müəllimi Cabbarov Vasif, İsmayıllı rayonu A.Aslanov adına 2 saylı tam orta məktəbin müəllimləri Rəhimova Rəna, Səmədova Sənubər, Şamaxı rayonu Avropa liseyinin müəllimi Rəhimzadə Xatirə, Şəmkir rayonu N.Abbasov adına Aşağı Seyfəli kənd orta məktəbin müəllimi Nəsibov Xəyal, İsmayıllı rayonu E.Məmmədov adına 3 saylı məktəb liseyin müəllimi Hüseynova Vəfa, İsmayıllı rayonu E.Bayramov adına Talıstan kənd tam orta məktəbin müəllimi Məhərrəmova Gülər, Zaqatala rayonu İ.Məmmədov adına Qımır kənd tam orta məktəbin müəllimləri Həsənova Billurə, Məcidova Leyla, Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimləri İsmayılzadə Kəmalə, Məlikova Arzu, Sabirabad rayonu M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin müəllimi Məhərrəmova Sevinc iştirak ediblər.

Onu da qeyd edək ki, “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Liderlik və idarəetmə” təlimlərinin iştirakçılarına sertifikatların təqdim olunması ilə bağlı da tədbir keçirilib. Təhsil Nazirliyindən bildiriblər ki, tədbirdə nazirliyin və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə reallaşdırılan layihənin məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri direktorlarının və digər rəhbər işçilərin bacarıqlarını artırmaqla təhsildə keyfiyyət və səmərəli idarəetməni təmin etməkdir. Layihə çərçivəsində Peşəkar Təlim və Dəstək Mərkəzi yaradılıb, namizədlərə uzunmüddətli təlimlər keçirilib. Təlimlər təhsildə liderlik və idarəetmə, məktəbin idarə olunması, kurikulumun dizaynı, qiymətləndirmə, məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi kimi əsas peşə təhsili komponentlərini əhatə edib. Çıxış edən mütəxəssislər bu layihənin ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına töhfə verəcəyini vurğulayıblar. Sonra təlimdə iştirak etmiş 25 nəfərə sertifikatlar verilib. Birinci mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri və müəllimlər üçün təşkil edilib. Növbəti layihələrdə regionlardakı ilk peşə-ixtisas təsili müəssisələrinin nümayəndələri də təlimlərə cəlb olunacaqlar.

 

Anar Miriyev

Palitra.-2015.-3 fevral.-S.11.