Yeni təhsil standartları tədris prosesinin nəticələrinin keyfiyyətinə təminat verir

 

“Müəllim peşəsinin statusunun qaldırılması pedaqoji kadr hazırlığı prosesində mənimsənilmiş nəzəri biliklərin praktikaya tətbiqi, məktəblərin ictimaiyyətlə əlaqələrinin dərinləşdirilməsindən xeyli dərəcədə asılıdır”

Layihə çərçivəsində müsahibimiz Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovdur. Professor ilk olaraq rəhbərlik etdiyi şöbə haqqında məlumat verdi:

- Təhsil nəzəriyyəsi şöbəsi institutun struktur vahidi olub, onun Nizamnaməsində formalaşmış ümumi vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Şöbənin əsas məqsədi Azərbaycanda təhsilin pedaqoji, psixoloji, sosialiqtisadi problemləri sahəsində tədqiqatlar aparmaqonun elmi əsaslar üzrə idarə olunmasını həyata keçirməkdir. Şöbə öz fəaliyyətində Təhsil Problemləri İnstitutunun Nizamnaməsini, rəhbərliyin qərar və göstərişlərini, o cümlədən Təhsil Nazirliyinin qərarları, sərəncamları, hüquqi normativ sənədlərini rəhbər tutur. Şöbə institutun digər şöbələri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Şöbədə təhsilin müxtəlif pillələrində təlim-tərbiyə prosesinin təşkili və inkişafına istiqamət verən fundamental nəzəri-pedaqoji tədqiqatlar aparılır. Burada təhsilin bütün pillələri üzrə yeni pedaqoji texnologiyaların, interaktiv təlim və tərbiyə metodları, priyomları və vasitələrinin nəzəri, pedaqoji-psixoloji əsasları, təlim və tərbiyənin şəxsiyyətə istiqamətlənmiş, nəticəyönümlü məzmununun işlənməsi və təkmilləşdirilməsi, tədris prosesinin metodoloji və nəzəri problemləri, gənc nəslin şəxsiyyət kimi formalaşmasına xidmət edən milli-mənəvi və ümumbəşəri dəyərlərin elmi əsaslarının tədqiqinə xüsusi diqqət yetirilir. Şöbə pedaqoji-psixoloji tədqiqatlar sahəsində dünya təcrübəsini öyrənməklə, Avropa təhsil məkanına inteqrasiya üzrə axtarışları genişləndirir, təhsil sisteminin strateji məqsəd və vəzifələrinə uyğun innovasiyaların yeni pedaqoji əsaslarını işləyir, Avropadadünyada sınaqdan keçirilmiş təhsilin nəzəri problemləri üzrə mövzuları yerli şəraitə uyğun şəkildə tədqiqata cəlb edir. Şöbədə institutun imkanlarından istifadə etməklə qlobal problemlər üzrə kompleks tədqiqatların aparılmasına da xüsusi əhəmiyyət verilir. Təhsil nəzəriyyəsi şöbəsi həm də Azərbaycan pedaqoji fikir tarixinixalq pedaqogikasını öyrənir, klassik pedaqoji irsin, pedaqoqların fikirlərinin təhlil edilməsi nəticəsində müasir məktəb üçün faydalı məsələləri müəyyənləşdirir və tədqiqata cəlb edir. Şöbə mütəmadi olaraq pedaqoji-psixoloji tədqiqatların mühüm problemləri üzrə dəyirmi masalar, seminarlar, elmi konfranslar keçirir. Təhsil nəzəriyyəsi şöbəsi yüksək ixtisaslı kadrların hazırlanmasında - ilk növbədə institutda doktoranturadissertantura yolu ilə kadr hazırlığında fəal iştirak edirmüvafiq tövsiyələr verir. Şöbənin əməkdaşlarının elmi səviyyəsinin artırılmasına, müdafiə etmələrinə də ciddi diqqət yetirilir, bu baxımdan müvafiq şərait yaradılıb.

- Təhsil sahəsində görülən işləri necə dəyərləndirirsiniz?

- Müasir dövrdə ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində köklü dəyişikliklər aparılır, struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılır. Bu məsələlər başlıca tələblər kimi “Azərbaycan Republikasında təhsil sahəsində İslahat Proqramı”nda, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “ Azərbaycan Respublikasının təhsil sahəsində Dövlət Strategiyası”nda əksini tapıb.

Yeni təhsil standartları hər bir pillə üzrə təhsil fəaliyyətinin yeni modelinin tətbiqi üçün əlverişli zəmin yaradıb. Yeni standartlar təhsilin, tədris prosesinin nəticələrinin keyfiyyətinə təminat verir. Bu da. ilk növbədə təhsilə standartlar vasitəsilə sistemli yanaşmadan irəli gəlir. Məlumdur ki, ənənəvi təhsil modelinə ( assosiativ-reproduktiv model) görə təhsilalanlarda müasir standartlara uyğun keyfiyyətlərin formalaşdırılması mümkün deyil. Araşdırmalar göstərir ki, bu gün təhsil sistemində bilikyönlülükdən fəaliyyətyönlülüyə keçid mühüm əhəmiyyət kəsb edir. Ənənəvi təhsil sistemi cəmiyyətdə gedən proseslərdən mahiyyətcə geri qalır, müasir dövrün tələblərinə cavab vermir. Ənənəvilik, eyni zamanda səriştəli mütəxəssislərin formalaşdırılması, işçilərin ixtisasartırma səviyyəsinə qoyulan tələbləri də ödəmir. Bu da nəticə etibarilə hazırlanan mütəxəssislərin rəqabətqabilliyinə, onun peşə səriştəliliyinin inkişafına ciddi təsir göstərə bilmir. Məhz buna görə hazırkı dövrdə təhsil müəssisələrinin fəaliyyət mexanizminin yeni tələblər əsasında qurulması üçün cəmiyyətin artan tələbatının nəzərə alınması, təhsildə innovasiyaların davamlı olaraq tətbiqi, şəxsiyyətyönlülüyə xüsusi əhəmiyyət verilməsi, təhsilalanlarda və təhsilverənlərdə təfəkkür mədəniyyətinin formalaşdırılması vacibdir.

Təcrübə və araşdırmalar göstərir ki, cəmiyyətin siyasi-iqtisadi və mədəni inkişafında təhsilin böyük rolu var. Məhz təhsil vasitəsilə cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar hazırlanır və mövcud insan kapitalı inkişafın sürətlənməsinə, davamlı olmasına şərait yaradır. İnsan kapitalının, dərin biliyə, səriştəyə malik kadrların formalaşdırılması isə, ilk növbədə təhsilin məzmunundan, nəyin və necə öyrənilməsindən, öyrənən-öyrədən münasibətlərinin düzgün tənzimlənməsindən xeyli dərəcədə asılıdır. Ona görə də təhsillə bağlı ciddi elmi araşdırmaların aparılması nəzəri və praktik istiqamətlərdə problemlərin tədqiqi, cəmiyyətin inkişafına xidmət edən təkliflərin həyata keçirilməsi vacib cəhətlərdən biridir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, xüsusilə son illərdə təhsilin inkişafı sahəsində böyük uğurlar qazanılıb. Bu uğurların əldə olunması, ilk növbədə dövlətimizin təhsil siyasəti ilə, təhsilə aid dövlət proqramlarının qəbul olunması ilə bilavasitə bağlıdır. Dövlət proqramlarının yerinə yetirilməsi ölkəmizin bütün bölgələrində ümumi təhsilin infrastrukturunun əsaslı şəkildə yeniləşməsinə imkan yaradıb. Bu gün respublikamızda təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazasının formalaşması innovativ fəaliyyət üçün əlverişli zəmin yaradır. Məlumdur ki, 2005-ci ildən Azərbaycan rəsmi şəkildə Bolonya prosesinə qoşulub. Azərbaycanın Bolonya prosesinə qoşulması ölkəmizin Avropanın vahid ali təhsil məkanına inteqrasiyasına, cəmiyyətdə ali təhsilin, universitetlərin rolunun artmasına geniş imkanlar yaradır. Bolonya prosesinə qoşulan ölkələrin ali məktəbləri üçün təhsil standartlarının, tədris planlarının hazırlanmasında ümumi tələblərin nəzərə alınması, diplomların qarşılıqlı tanınması reallığa çevrilib. Bu gün təhsildə innovativ fəaliyyətin nəticəsi kimi təhsil müəssisələrinin müasir informasiyaelmi-metodik təminatını xüsusi qeyd etmək lazımdır. Məktəblərin yeni dərsliklərlə, kənd məktəblərinin pedaqoji kadrlarla təminatı sahəsində böyük irəliləyişlər əldə olunub.

Stimullaşdırıcı tədbir kimi ali məktəblərdə SABAH qruplarının yaradılması da müəllim hazırlığına müsbət təsir edən amillərdən biridir. Birinci kursda semestr imtahanlarından yüksək ballar almış tələbələrdən təşkil olunan SABAH qrupları keyfiyyətli kadr hazırlığında mühüm əhəmiyyət kəsb edir. Həyata keçirilən bu tədbirlər müəllimlik peşəsinə marağı artırmaqla yanaşı, təbii olaraq bu peşənin nüfuzunun da yüksəlməsinə əlverişli imkanlar yaradır.

- Müəllim kadrların hazırlığında daha çox nələrə dıqqət yetirilməlidir?

- Hesab edirəm ki, bütövlükdə, müəllim kadrları hazırlığının aşağıdakı istiqamətlərdə təkmilləşdirilməsi məqsədəuyğundur:

1) peşə fəaliyyətinin ümumi əsasları;

2) ixtisas fənləri;

3) innovasiyalar.

Elmi-pedaqoji tədqiqatların nəticələri təsdiq edir ki, şəxsiyyətyönlü yanaşma müasir dövrdə təhsilalanın inkişafını stimullaşdıran düzgün yanaşma kimi mühüm əhəmiyyət kəsb edir. Şəxsiyyətyönlü yanaşma modelinə görə təhsilalanların emosional, sosialidrak inkişafına eyni dərəcədə diqqət yetirilir. Bu yanaşma təhsilalanın təkcə dərs prosesində, təlim aldığı məqamlarda deyil, həm də gələcəkdə yaxşı nəticələr əldə olunmasına imkan yaradır.Məhz şəxsiyyətyönlü yanaşmanın nəticəsində təhsilalanlar ilk növbədə təşəbbüskar olur, özünə inamlı, yaradıcı və müstəqil böyüyür, əsl şəxsiyyət kimi formalaşır və inkişaf edirlər. Müasir dövrdə dünyanın əksər ölkələrində müəllimlik peşəsinin nüfuzunun qaldırılması istiqamətində ciddi səylər göstərilir. Bu da nəticə etibarilə müəllimlik peşəsinin cəlbediciliyini artırır. Böyük Britaniyada, FinlandiyadaSinqapurda pedaqoji kadrları işə cəlb edərkən, ilk növbədə aşağıdakı məsələlərə xüsusi diqqət yetirilir:

-təşviqat proqramlarına;

-seçim meyarlarının genişləndirilməsinə (müsahibə, dərs planları və tədris bacarıqlarının nümayiş etdirilməsinə və s.);

-pedaqoji kadrların mürəkkəb şəraiti olan məktəblərə təyinatı zamanı stajının nəzərə alınmamasına (peşə səriştəliliyinə xüsusi əhəmiyyət verilməsinə);

-pedaqoji kadrların öz işinə, tərbiyə prosesinə-öyrənənlərin ehtiyaclarına həssas yanaşmalarına.

Müəllim peşəsinin statusunun qaldırılması pedaqoji kadr hazırlığı prosesində mənimsənilmiş nəzəri biliklərin, o cümlədən məktəb-ailə-ictimaiyyət əlaqələrilə bağlı nəzəri biliklərin praktikaya tətbiqi, məktəblərin ictimaiyyətlə əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsindən də xeyli dərəcədə asılıdır.

Anar Miriyev

Palitra.-2015.-4 fevral.-S.11.