“Pedaqoji təhsilə
istedadlı gənclər cəlb olunmalıdır”
Südabə Səfixanova:
“Təhsil sahəsində əsas problem təlim
və tərbiyənin keyfiyyət dərəcəsinin
yüksəldilməsidir”
Layihə çərçivəsində
növbəti müsahibimiz 132-134 saylı
Təhsil kompleksinin ibtidai
sinif müəllimi Südabə Səfixanovadır:
- Dünyada
və ölkəmizdə baş verən
sürətli dəyişikliklərlə bağlı təhsil
sahəsində çalışan insanların üzərinə
xüsusi məsuliyyət düşür.
Prezidentin “neft
kapitalı insan kapitalına çevrilməlidir”
fikri bu baxımdan çox önəmlidir. Prezident
İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətə
başladığı vaxtdan prioritet olaraq elan etdiyi sahələrdən
biri də təhsildir. Bu
gün Azərbaycanda bütün
istiqamətlərdə görülən işlər - yol, infrastruktur, təhsil,
səhiyyə infrastrukturu və digər
sahələrin inkişafı dövlət proqramlarına əsaslanır.
Dövlət proqramlarını təsdiq edən şəxs birbaşa Prezidentdir.
- Bugünlərdə
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib. Bu strategiya
təhsilin inkişafında hansı töhfələr verə
bilər?
- Azərbaycan Prezidenti təhsilin inkişafı üzrə dövlət strategiyasını təsdiq edib. Prezident tərəfindən imzalanmış sərəncamda dövlət strategiyası səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi ilə əsaslandırılır.
Son illər icbari ümumi təhsilin həyata keçirilməsində, istedadlı şagirdlər üçün yeni tipli tədris müəssisələrinin yaradılmasında, islahatyönümlü tədbirlərin həyata keçirilməsində, ümumi təhsilin məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasında, innovativ təhsil layihələrinin hazırlanması və reallaşdırılmasında ardıcıl addımlar atılır. Ümumi təhsil sahəsində çalışanlar üçün öyrədici təlimlərin, seminar və elmi-praktik konfransların təşkili, beynəlxalq və yerli ictimai təşkilatlarla təhsil əlaqələrinin qurulması geniş vüsət alır. Təhsil, əsasən, iki hissədən - təlim və tərbiyədən ibarətdir. Hər zaman təhsil tərbiyə xarakteri daşıyıb. Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə təhsil sistemində islahatlar aparılmasının nə qədər vacib bir amil olduğu ortaya çıxdı. Dünyadakı təhsil və onun problemləri bütün ölkələr üçün eyni deyil. Azərbaycan üçün də onun nailiyyətləri və müəyyən problemləri var. Təhsil sahəsində əsas problem təlim və tərbiyənin keyfiyyət dərəcəsinin yüksəldilməsidir. II Dünya müharibəsindən sonra Yaponiya təhsil sistemini kökündən dəyişdi. Hər gün ibtidai sinif şagirdlərinə ana dili, riyaziyyat fənləri ilə bərabər musiqi, yapma, rəsm, heykəltəraşlıq kimi dərslər keçirilməyə başladı. Uşaqlar artıq kiçik yaşlarından hər gün incəsənətin müxtəlif növlərini öyrənərək hər yaratdıqları əşyaların gözəlliyinə, estetik baxımdan rənglərin yerində seçilməsini öyrəndilər. Yaponiya kimi inkişaf etmiş dövlətin nailiyyətləri göz qabağındadır. Mən də çox istərdim bizim məktəblərdə də bu fənlər həftədə 1 dəfə yox, ən azı 4 dəfə keçirilsin. Bu çox gözəl nəticələr verər.
- Strategiyada
öz əksini tapan məsələlərdən
biri də 12 illik təhsilə
keçidlə bağlıdır. Bu
sistemə keçid təhsilin
inkişafında hansı rol oynaya bilər?
-12 illik ümumtəhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil proqramları və dərsliklər yeniləşməli, bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdirilməlidir. Ümumiyyətlə, özünü təhsilə həsr etmək və ömür boyu öyrənmək prinsipini məqsədli şəkildə qarşıya qoymaq lazımdır. Dünyaya inteqrasiya edirik və 12 illik təhsil bu dünya standartlarına uyğundur. Ümid edirəm ki proqram da yüngülləşmə olacaq.
- Bugünkü
gənc müəllimlərin fəaliyyəti ilə
bağlı nə deyərdiniz? Yəni, bu
gün məzun olaraq
məktəbə çalışmağa gələn müəllimlər
tədris səviyyəsi sizi qane edirmi?
- Pedaqoji təhsilə istedadlı gənclər cəlb olunmalıdır. Pedaqoji Universitetə aşağı balla yox ,ən yüksək balla tələbə qəbulu olmalıdır. Bu ən vacib amildir. Cəmiyyətimiz biliklərə əsaslanır. Ona görə də savadlı, öz peşəsini sevən gənc müəllimlər seçdikləri bu şərəfli peşəyə məsuliyyətlə yanaşmalıdırlar.
- Yeni tədris metodları müəllim kimi sizi qane edirmi?
- İKT-nin tətbiqi,
ondan şagirdlərin
və müəllimlərin
səmərəli şəkildə
istifadə etməsi hər zaman diqqətdə saxlanılır. Üstünlüklərdən biri də odur ki, hər
bir valideyn harada olmasından asılı olmayaraq istədiyi vaxt kompüter vasitəsi ilə öz övladının dərs
göstəriciləri, nailiyyətləri,
davamiyyəti ilə məlumat əldə edə bilir.
Məktəblərdə istifadəsinə başlanılan
"Ağıllı taxta"
adlandırılan elektron
lövhə, “Promethan”
interaktiv lövhədə
veb alətlərlə
yaradılan möcüzə
uşaqlarda maraq yaradır. Rəngarəng fiqurlar, şəkillər
hazırlanan dərsə
rəngarənglik verir.
Müəllimlər öz şəxsi bloklarını, saytlarını
yaradırlar. Burada onlar hazırladıqları
dərsləri, metodik
materialları yerləşdirir,
maraqlı məqalələrlə
çıxış edirlər.
Bu blokları, şəxsi saytları “Google”də, sosial şəbəkələrdə paylaşırlar. Həmçinin veb2, veb3 alətlərini öyrənən
müəllimlər “learning apss” interaktiv tapşırıqlar proqramında
eyni zamanda bütün siniflə işləmək prosesini əldə edirlər.
Burada uşaqlar dərslərdə
müxtəlif şablonlardan
istifadə edərək
maraqlı krassvord, viktoruna testler yaradırlar .Müəllimlər
bütün sinfə nəzarət edib, eyni zamanda bütün
sinfin tapşırığını
yoxlaya bilir. Ümumiyyətlə, müəllimlər hər zaman yeniliklərlə maraqlanmalı,
öyrənməli və
işlərində tətbiq
etmədilər.
- Bu gün orta məktəblərdəki
ibtidai sinif dərslikləri ilə bağlı vəziyyət
necədir?
- Dərsliklərimizdə müəyyən
qüsurlar hələ
də var. Onlardan biri odur ki,
dərsliklərdə yaş
kateqoriyaları nəzərə
alınmayıb. Dili mürəkkəbdir,
uşaqların anlaşa
bilmədiyi ifadələr
bütün fənlər
üzrə dərsliklərdə
həddindən artıq
çoxdur. Bu da müəllimlərdə
müəyyən çətinliklər
yaradır. Bunlar mütləq
nəzərə alınmalıdır.
Mətnlər irihəcmli və
çətin başa
düşülən olduğundan
yaxşı anlaşılmır.
İbtidai siniflərdə bir
çox dərsliklərin
yenidən hazırlanmasına
ehtiyac var. Hər bir dərslik hazırlanarkən şagirdlərin
yaş xüsusiyyətləri
nəzərə alınmalıdır.
- Müəllimlərin
Sınaq qiymətləndirməsini
necə dəyərləndirirsiniz?
- Müəllimlərin fənn,
metodika və kommunikativ bilikləri ilə bağlı imtahan edildi.
Əvvəlcədən müəllimlərə bunun formal xarakter daşıdığı deyildi, lakin sonradan bu imtahana münasibət ciddi şəkildə təqdim edildi. Müəllimlərimizin çox böyük faizi bu imtahanlardan uğurla çıxdı. Bütün dünyada hər beş ildən bir müəllimlər könüllü və məcburi olaraq attestasiyadan keçirilirlər. Sınaq imtahanından sonra müəllimlərin məsuliyyəti artıb. Yəqin ki, attestasiya da olacaq.
- Hazırda
uşaqların mənimsəmə qabiliyyəti
yaxşıdırmı, yoxsa, sadəcə,
yaxşı qiymət almaq məqsədilə
oxuyurlar?
- Uşaqların təhsil səviyyəsi dedikdə mən ibtidai sinif şagirdlərindən danışa bilərəm.
Bildiyiniz kimi, indi 1-ci sinfə gələn şagirdlərin müəyyən hazırlığı var. Kimi bağçadan, kimi hazırlıq kurslarından, kimi də fərdi hazırlıq keçdikdən sonra məktəbə qəbul olunurlar. Necə deyərlər, bu hazırlıqlı uşaqlar dərs prosesində daha aktiv, daha yaxşı nailiyyətlər göstərə bilirlər. Ümumiyyətlə, şagirdlər dərsə, öyrənməyə çox böyük həvəs göstərirlər. Əsas odur ki, onları maraqlandırasan. Bu da müəllimin peşəkarlığından asılıdır. Yaxşı qiymət almaq da onlar üçün bir stimuldur. Hər bir kəs qiymətləndirməni sevir, istər kiçik olsun, istər böyük.
- Bu günlərdə Prezidentin sərəncamı ilə müəllimlərin əməkhaqqı artırıldı. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Möhtərəm Prezidentimizin imzaladığı sərəncama əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılmalıdır. Bu, şərəfli və çətin peşə sahibi olan müəllimlərə Prezidentin verdiyi qiymətdir. Bu da müəllimlər üçün bir stimuldur. Çox istərdim ki, bu sərəncam ancaq diaqnostik qiymətləndirmədən keçən müəllimlərə yox, bütünlüklə müəllim ordusuna şamil edilsin. Bu təhsilin yaxşılaşdırılmasına böyük təsir göstərəcək.
Bu mürəkkəb və çətin zamanda ölkə
başçısının biz müəllimlərə
göstərdiyi böyük diqqət və
qayğını yüksək qiymətləndirir və
möhtərəm Prezidentimizə atdığı bu humanist addıma görə
minnətdarlığımı bildirirəm.
Nigar Abdullayeva
Palitra.-2015.-5 fevral.-s.11.