“Təhsil müddətinin uzadılması
şagirdlər üçün əhəmiyyətlidir”
Sevinc Niftiyeva: “Etiraf edim ki,
bu gün məktəbə
gələn gənc pedaqoji kadrların
hazırlıq səviyyəsi məni uzun
illərin müəllimi kimi qane etmir”
Layihə çərçivəsində
növbəti müsahibimiz Şirvan şəhər N.Quliyev
adına 9 saylı tam orta
məktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevadır:
-Bu gün Azərbaycanda təhsil yüksələn xətt üzrə inkişaf edir. Təhsilimiz milli-mənəvi dəyərləri qorumaqla Avropa təhsil məkanına inteqrasiya edir. Təhsilin məzmunu yeniləşir, mütərəqqi texnologiyaların tətbiqi genişlənir, əgər belə demək mümkünsə, ölkəmizdə inkişaf etmiş yeni təhsil modeli formalaşır. Bütün bunların əsasında isə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyası, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla tətbiq olunan təhsil siyasəti dayanır.
- Təhsilin
inkişafı üzrə Dövlət Strategiyasının həyata
keçirilməsi ilə bağlı Fəaliyyət Planı
təhsilin inkişafına hansı töhfələr verə
bilər?
- Strategiya təsdiq olunduqdan sonra bütün təhsil ictimaiyyəti bu mühüm sənədin həyata keçirilməsinə yol açacaq fəaliyyət planını gözləyirdi. Bugünlərdə təsdiqlənən fəaliyyət planı, əslində, Azərbaycan təhsilinin gələcək inkişaf istiqamətlərini özündə ehtiva etməklə praqmatik sənəd təsiri bağışlayır. Diqqət yetirsək görərik ki, bu sənəddə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, müəllim peşəsinin nüfuzunun artırılması məqsədi ilə dövlət siyasətinin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və digər mühüm məsələlər yer alır. Bütün bunlar deməyə əsas verir ki, Strategiya təhsilimizin inkişafına fundamental xarakterli töhfələr verəcək və bu, təhsilimizin bütün pillələrini əhatə edəcək.
-Müəllimlərin əməkhaqqının artırılması ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Ölkə başçısının bu sərəncamı müəllimlər üçün stimulverici bir sərəncamdır. Əməkhaqlarının artırılması, onunla bərabər Strategiyanın Fəaliyyət Planının təsdiqlənməsi təhsil sistemimizdə sözün həqiqi mənasında canlanma yaradıb. Bu gün artıq aşkar görünür ki, müəllimlər öz üzərlərində daha çox çalışmağa başlayır, zamanın tələbləri ilə ayaqlaşmağa çalışırlar. Düşünürəm ki, bu sərəncam ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş mühüm sərəncamdır.
- Strategiyada
öz əksini tapan məsələlərdən
biri kimi 12 illik təhsilə keçid
təhsilin inkişafında hansı rol oynaya bilər?
- Bu gün dünyanın əksər ölkələrində 12 illik təhsil təcrübəsi mövcuddur. Bu sistem təhsinin inkişaf etdiyi qabaqcıl ölkələrdə özünü doğruldub. 11 illik təhsil sistemi əsasən postsovet məkanında tətbiq olunur. Düşünürəm ki, gələcəkdə nəzərdə tutulmuş tədris planları, dərsliklər, pedaqoji kadrlar mükəmməl hazırlanarsa, bu sistem özünü doğruldacaq. Artıq mən buna inanıram. Ölkə başçısının imzaladığı Strategiya və Fəaliyyət Planı inanmağa əsas verir. 12 illik təhsil şagirdlərin ixtisaslaşmasında da əhəmiyyətli rol oynayacaq. Təhsil müddətinin uzadılması sistemdə müəyyən sadələşmələr də yarada bilər ki, bu da şagirdlər üçün olduqca əhəmiyyətlidir. Çünki 11 illik təhsildə proqramlar həddindən artıq yükləndiyindən şagirdlər əziyyət çəkirlər. Bu da öz növbəsində şagirdlərin psixologiyasına zərbə vurur. 12 illik təhsilin bir üstünlüyü də ondan ibarətdir ki, oğlanlar artıq 17 yaşında yox, 18 yaşında orta məktəbi bitirəcək, hərbi xidmətdə həm psixoloji, həm də fiziki baxımından daha da hazırlıqlı yollanacaqlar.
- Müəllimlərin
Sınaq qiymətləndirməsinin onların fəaliyyətinə
təsirini necə dəyərləndirirsiniz?
- Müəllimlərin sınaq qiymətləndirilməsini bir neçə cəhətdən müsbət qiymətləndirirəm. Birincisi ona görə ki, müəllim öz peşəkarlıq səviyyəsi haqqında, onu inkişaf etdirmək barədə düşünməyə başladı. Öz imkanlarını müəyyənləşdirdi. İkincisi ona görə ki, müəllimin artıq öz peşəkarlıq səviyyəsini yüksəltmək üçün yollar axtarması şübhəsizdir. Hesab edirəm ki, sınaq qiymətləndirilməsi bir neçə ildən sonra müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, buna rəğmən təlim-tərbiyə işinin keyfiyyətinin artmasına yol açacaq.
- Şagirdlərin
təhsil səviyyəsi ilə bağlı nə deyərdiniz?
- Uşaqların bu gün təhsilə marağını yüksək dəyərləndirmək düzgün olmazdı. Amma hesab edirəm ki, müəllimlər mövcud nümunə əsasında bu marağı yüksəldə bilərlər. Sevindirici haldır ki, bu gün Azərbaycan gənclərinin sorağı dünyanın aparıcı ali təhsil ocaqlarından eşidilir. Təbii ki, bu, Azərbaycan təhsilinin uğurudur. Bu uğurun əldə olunması Azərbaycan müəlliminin adı ilə bağlıdır. Çalışmaq lazımdır ki, şagirdlərin təlimə yüksək səviyyədə marağını təmin etməklə, uğurlarımızın sırasını genişləndirək.
- Yeni
təlim üsullarına münasibətiniz necədir?
- “Ağıllı lövhə” təlim üsulu deyil, təlim prosesini müasir tələblər səviyyəsində həyata keçirmək üçün vasitədir. Bu, əlbəttə ki, təlimin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin tədrisə marağının artmasında, tədris prosesinin daha optimal və səmərəli təşkil olunmasında mühüm əhəmiyyətə malikdir.
“Ağllı lövhə”lər, İKT-nin tətbiqi zamanın tələbidir. Müəllimin bunları bilməsi vacibdir. Amma bu heç də o demək deyil ki, İKT olmasa tədris prosesini aparmaq olmaz. Xeyr. Hər şey müəllimin ustalığından asılıdır. Müəllimin əlinin altında elə texnoloji qurğular ola bilər ki, müəllim onlardan istifadə edə bilmirsə, yaxud düzgün istifadə edə bilmirsə, o qurğular heç nəyə yaramaz. Amma elə istedadlı müəllimlər də var ki, heç bir texnoloji avadanlıqdan istifadə etmədən böyük uğurlara imza atırlar. Hər şey müəllimdən, onun savadından asılıdır.
-Bu
gün məzun olaraq
məktəbə çalışmağa gələn müəllimlər
tədris səviyyəsi sizi qane edirmi?
- Etiraf edim ki, bu gün məktəbə gələn gənc pedaqoji kadrların hazırlıq səviyyəsi məni uzun illərin müəllimi kimi qane etmir. Doğrudur, yaxşılar da az deyil. Amma əksəriyyətin pedaqoji, metodik savadının artırılmasına, texnoloji yenilikləri mənimsəməsinə ehtiyacı var. Bəzi məktəblərdə bu problemlərin aradan qaldırılması üçün təcrübəli müəllimlər gənc müəllimlərə təhkim edilir. Gerilik tədriclə aradan qaldırılır. Amma kadr məktəbə tam hazırlıqlı gəlməlidir.
-Bəzi müəllimlər
kurikulumun tətbiqini etirazla
qarşılayırlar. Siz bunun
əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Əslində kurikulum tədris modeli olmaqla, proqram olmaqla mühüm əhəmiyyətli sənəddir. Bu sənəd əsasında təlim prosesi elə qurulmalı, dərsliklər elə hazırlanmalıdır ki, müəllim və şagirdlər üçün çətinliklər yaratmasın. Sizin də dediyiniz kimi etiraza səbəb model kimi kurikulumun tətbiqində yol verilən qüsurlardır. Kurikulum əsasında hazırlanan dərsliklər uşaqların anlaq səviyyəsindən qat-qat çətindir. Burada kurikulumun günahı yoxdur. Günahkar bu sənədin tətbiqində yol verilən yanlışlıqlardır. Kurikulum milli dəyərlər, yaş, fizioloji xüsusiyyətlər nəzərə alınmaqla tətbiq olunarsa çox böyük səmərə verər.
- Son
illər bütün ixtisaslarda
abituriyentlər riyaziyyatdan imtahan
verməlidir. Buna sizin
münasibətiniz necədir?
- Riyaziyyat elmlərin şahıdır deyirlər. Şagirdin məntiqi təfəkkürünün formalaşdırılması baxımından riyaziyyatı yaxşı oxuması vacibdir. Müşahidə etmişəm ki, riyaziyyatı yaxşı oxuyan şagird bütün fənləri yaxşı oxuyur. Odur ki, bütün ixtisaslarda abituriyentlərin riyaziyyatdan imtahan verməsini müsbət dəyərləndirirəm.
-İndi
belə bir fikir səslənir
ki, əvvəllər, xüsusilə də
riyaziyyat fənnindən daha
savadlı müəllimlər vardı. Siz
bir gənc müəllim kimi
bu fikirlə bağlı nə deyərdiniz?
- Mən bi fikirlə
razı deyiləm. Müşahidə etsək görərik ki, əvvəlki kimi bu gün də
yaxşı riyaziyyat müəllimləri
var. Əksinə, deyərdim ki, yeni texnologiyaların tətbiqi
riyaziyyat müəllimlərini daha da fəallaşdırıb.
Müasir dünyada
riyaziyyatın əhəmiyyəti getdikcə daha
dərindən dərk olunmaqdadır. Şagirdlərimiz ali məktəblərə qəbulda riyaziyyatdan əvvəlki illərə nisbətən
daha yüksək nəticələr əldə
edirlər. Statistika bunu
deyir. Belə olan halda deyə bilərəm ki,
riyaziyyat müəllimləri bu gün öz
işlərinin öhdəsindən daha
bacarıqla gəlirlər.
Nigar Abdullayeva
Palitra.-2015.-7 fevral.-S.11