Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün kurslar təşkil ediləcək

 

“GEMs Eduation” təşkilatının təhsil sahəsində çalışan beynəlxalq ekspertləri ilə görüşdə müəllim hazırlığı məsələləri müzakirə edilib

 

Təhsildə aparılan inkişafyönümlü addımların daha uğurla nəticələnməsində məhz yaradıcı və yenilikçi, daim axtarışda olan müəllimlərin əsas rol oynayırlar. Təhsil sistemində aktual problemlər həllinə istiqamətlənmiş islahatyönümlü tədbirlərin həyata keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.

Qeyd edək ki, Prezident “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Həmin sənəddə respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, Dövlət Strategiyasında davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi öz əksini tapıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərə toxunacağıq. Qeyd edək ki, Təhsil Problemləri İnstitutunda keçirilən tədbirlərdə bu məsələlər geniş şəkildə müzakirə edilir. İnstitutda elm və təhsilimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirilir. Belə layihələr kadrların daha da təkmilləşməsi, yeniliklərdən xəbərdar olması, müasir texnoloji yeniliklərə tanış olması baxımından əhəmiyyət kəsb edir. Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov qeyd edib ki, hazırda İnstitut olaraq başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir. Direktor dövlətin təhsil siyasətinin həyata keçirilməsində, o cümlədən müəyyənləşdirilmiş strateji istiqamətlərin məqsədlərinə nail olunması prosesində pedaqoji kadrların mühüm rol oynadığını deyib. O, Dövlət Strategiyası sənədində ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün və fəaliyyət planının uğurla reallaşdırılmasının vacib hissəsinin məhz təhsildə çalışan çox yaradıcı, bacarıqlı müəllimlərin işi olduğunu qeyd edib. Qulu Novruzov “GEMs Eduation” təşkilatının təhsil sahəsində çalışan beynəlxalq ekspertləri ilə görüşündə də müəllim hazırlığı məsələlərini müzakirə edib. İnstitutun direktoru öncə institutun strukturu barədə geniş məlumat verib.

 

İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsinə yönələn layihənin həyata keçirilməsi planlaşdırılır

 

Sonra “GEMs Eduation” təşkilatının xarici eksperti Keyt Ryan (ABŞ) instituta gəlişi barədə və həyata keçirəcəyi layihələrinin məram və məqsədləri barədə danışıb. Görüşdə Azərbaycan Respublikasında ümumi təhsil sahəsində mövcud olan müəllim hazırlığı, onun təşkili, müəllimlərin peşəkarlıq səviyyələrinin hazırlığı, kurikulumlar və onların hazırlanması mexanizmləri, müəllim peşəsinə marağın artması mexanizmlərinin araşdırılması, qiymətləndirmə və onun tədris prosesində aparılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İnstitutun direktoru Qulu Novruzov rəhbərlik etdiyi müəssisədə müəllim hazırlığı ilə aparılan tədqiqat işləri və bu sahədə görülən işlər barədə geniş məlumat verib. Qarşıda bu təşkilatla bağlı uyğun məsələlərə dair əməkdaşlığa daim hazır olacağını bildirib. Görüşdə Azərbaycanda təhsilin inkişafına dəstək olmaq, müəllim hazırlığına, onun keyfiyyətini və davamlı inkişafına töhfə vermək, layihə çərçivəsində həmçinin müəllimlərin ixtisas artırma və əlavə təhsilinin artırılması istiqamətində görüləcək birgə əməkdaşlıq, təhsil müəssisələrində təhsilin keyfiyyətini yüksəltmək və əlavə olaraq müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün kursların təşkilini təmin etmək üçün müəyyən imkan və resursların dəstəklənməsi, kurikulum və onun icrası zamanı müəllimlərin çətinliklərlə qarşılaşmaması və s. irəli gələn məsələlərlə bağlı suallar verilib, institutun əməkdaşları tərəfindən geniş cavablandırıldı. Görüşdə ARTPİ-nin şöbə müdirləri və xarici ekspertlər Vitney Retz (ABŞ), Türkiyədən olan xarici ekspert Yigit Yavuz, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramı üzrə baş məsləhətçi Lamiyə Şərəfxanova iştirak ediblər. Bu məsələlər İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə Peşə Təhsili və Təlimi layihəsinin rəhbəri Korin Tevoz ilə görüşdə də müzakirə olunub. Layihə rəhbəri Korin Tevoz öncə layihənin məqsədi barədə məlumat verib. Layihənin icraçısının HEKS EPER təşkilatının Azərbaycan nümayəndəliyi olduğunu vurğulayıb. Sonra layihəni icra edən HEKS EPER təşkilatının Azərbaycan nümayəndəliyinin olduğunu bildirib. Əsas iştirakçıların HEKS EPER Azərbaycan, Bern Tətbiqi Elmlər Universitetinin (HAFL) Kənd təsərrüfatı, Meşə və Qida Elmləri Fakültəsi, Azərbaycan Aqrar Universiteti, ilk peşə-ixtisas tədris müəssisələri, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, özəl sektor və s. olduğunu deyib. Layihə rəhbəri çıxışında bildirdi ki, HEKS EPER təşkilatının Azərbaycan nümayəndəliyi artıq 2012-ci ildən fəaliyyət göstərir və 13 iyul 2012-ci ildə Ədliyyə Nazirliyində beynəlxalq qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilatın Azərbaycanda həyata keçirdiyi ilk layihə heyvandarlıq sektoru üzrə inkişafa nail olmağa yönəlib. HEKS EPER Azərbaycan təşkilatı İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Azərbaycanda kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsinə yönəlmiş layihəni həyata keçirməyi planlaşdırır. Hazırda layihənin hazırlıq mərhələsi üzrə bütün maraq qrupları ilə görüşlər keçirilir və mümkün əməkdaşlıq imkanları araşdırılır. Layihənin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsilinin inkişafına dəstək olmaqdır. Layihə əsasən Aran iqtisadi regionunda fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına dəstək olmağı planlaşdırır. Layihə çərçivəsində regionda bir neçə pilot məktəblərin seçilməsi və layihə fəaliyyətinin pilot məktəblərdə daha əhatəli və geniş tətbiqi nəzərdə tutulub. Layihə çərçivəsində Bern Tətbiqi Elmlər Universitetinin (HAFL) və Azərbaycan Aqrar Universiteti arasında, Aqrar Universitet ilə ilk peşə-ixtisas təhsili müəssisələri arasında tvinninqlərin təşkili də planlaşdırılır. İnstitutun direktoru Qulu Novruzov əməkdaşlığa daim hazır olduqlarını bildirib. Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə mövcud peşə təhsilinin məsələləri barədə fikir mübadiləsi aparılıb. Direktor layihənin uğurlu icrası üçün institut tərəfindən lazım olan işlərin yerinə yetirilməsinə hazır olduğunu söyləyib. Görüşdə Azərbaycanda kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsilinin inkişafına dəstək olmaq, onun keyfiyyətini və davamlı inkişafına töhfə vermək, layihə çərçivəsində həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətini yüksəltmək və əlavə olaraq fermer və digər maraqlı tərəflər üçün xidmətlərin və yaşlıların təhsili üzrə kursların təşkilini təmin etmək üçün müəyyən imkan və resursların dəstəklənməsi və s. irəli gələn məsələlərlə bağlı verilən suallar cavablandırılıb.

Anar Miriyev