Svetlana Allahverdiyeva:“Bu il
məşhur yazıçı və şairlərə həsr
olunmuş tədbirlər
planlaşdırırıq”
Müsahibimiz Bakı Slavyan
Universiteti Rusiya Mədəniyyət
Mərkəzinin direktoru, Bakı Slavyan Universitetinin dosenti, Pedaqoji elmlər
üzrə fəlsəfə doktoru Svetlana Allahverdiyevadır.
- Svetlana xanım, mərkəzin
fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- 27 sentyabr
2002-ci ildə, Rusiyanın Azərbaycandakı səfirliyi, həmçinin,
Moskva şəhərinin rəhbərliyinin
dəstəyi ilə, Bakı Slavyan
Universitetində Rusiya Tədris Mədəniyyət
Mərkəzinin “Moskva
auditoriya”sının açılışı olub. Mərkəz Azərbaycan və Rusiya xalqları arasında qurulan
körpülərdən biridir. Eyni zamanda, Azərbaycan və
Rusiya xalqlarının əməkdaşlığının
inkişafının həyata keçirilməsinin dəstəkçisidir.
Mərkəzin fəxri açılışında Moskva şəhərinin icra
başçısının I müavini
xanım Şveçova, BSU-nun
ovaxtkı rektoru akademik
K.M.Abdulla iştirak
ediblər. Açılışından bu
günə qədər “Moskva
auditoriyası” nəinki BSU-nun əməkdaşları,
həmçinin, Azərbaycanda fəaliyyət göstərən
rus dili və ədəbiyyatı
müəllimlərinin doğma evinə çevrilib. Mərkəz müasir
vasitələrlə - kompüterlər, ev
kinoteatrı, interaktiv lövhə ilə
təmin olunub, zəngin kitabxana
fonduna malikdir. Kitabxana həm bədii, həm də elmi ədəbiyyat olmaqla,
3000-dən çox kitabı ehtiva edir. Onlar da öz növbəsində sistematik
olaraq, yeni nəşrlərlə
zənginləşir. 2012-ci ildə Rusiya
Federasiyası prezidentinin Şimali-Qafqaz
federal dairəsindəki səlahiyyətli
nümayəndəsi, cənab A.Xloponinin hədiyyəsi
olaraq, mərkəzin kitabxanasına elmi və bədii ədəbiyyat nümunələri,
həmçinin, tədris prosesi üçün texniki
vasitələr göndərilib. Kitabxanadan
həm tələbələr, həm də universitetin
müəllimləri istifadə edirlər. “Moskva
auditoriya”sında mütəmadi olaraq, rus dili, ədəbiyyatı
və mədəniyyəti dərsləri keçirilir.
Mərkəzdə həmçinin, kiçik
videofond da fəaliyyət
göstərir. Videofond rus
xalq nağılları, tarixi
və bədii filmlər, CD və DVD-lərdən ibarətdir.
Mərkəzin divarlarını tanınmış rus rəssamlarının əsərləri, eyni zamanda, məşhur rus şair və
yazıçılarının həyat və
yaradıcılığı haqqında stendlər bəzəyir.
- Sizin mərkəzdə
hansı tədbirlər keçirilir?
- Rusiya-Tədris
Mədəniyyət Mərkəzində mədəni-kütləvi
və bədii tədbirlərin, təqdimatların, elmi seminarların, ədəbi gecələrin,
yarışma və viktorinaların, sərgi və disput klublarının keçirilməsi adət
halını alıb. Ələlxüsus, klassik
və müasir rus ədəbiyyatının görkəmli
nümayəndələrinin yubiley və ədəbi
gecələri təşkil olunur. Keçirilən tədbirlər sırasına Böyük Vətən müharibəsinə,
Slavyan yazısı gününə, RF qəhrəmanı
təyyarəçi-kosmonavt Maksim Surayevin iştirak etdiyi Y.Qaqarinə həsr olunan
foto-sərgi, L.N.Tolstoya həsr olunan fotosərgi, Rusiya
Federasiyası səfirliyi tərəfindən təşkil
olunan “Rus dili” bayramı, 2014-cü ilin
oktyabrında, M.Y.Lermontovun anadan
olmasının 200 illiyinə həsr olunan
tədbirləri qeyd etmək olar.
- Müasir gənclik rus dili və ədəbiyyatını
necə mənimsəyir?
- Bizim
mərkəzin əsas məqsədi tələbələrin
marağını rus dili
və mədəniyyətinə cəlb etməkdir. Mərkəz
mütəmadi olaraq həm tələbələrin,
həm də müəllimlərin iştirak
etdiyi elmi seminarlar keçirir. Tələbələr
diplom işləri və
referatlarının hazırlanmasında bizim
kitabxanadan geniş
şəkildə istifadə edirlər. Artıq bir neçə ildir ki, mərkəzimizdə “Rus
dilini öyrənirik” adlı dərnək
fəaliyyət göstərir. Tələbələr böyük həvəslə dərnəyə
üzv olurlar.
- Konkret olaraq hansı rus
yazıçılarının ədəbi gecələrini təşkil
etmisiniz?
- Rus
ədəbiyyatının aşağıda adlarını
çəkdiyim yazıçılarının ədəbi
gecələri təşkil olunub: L.N.Tolstoy, M.Qorki, N.V.Qoqol, S.Yesenin, A.S. Puşkin, M.Y.Lermontov. Özümüz təşkil etdiyimiz
tədbirlərdən əlavə, mərkəz olaraq, Rusiya İnformasiya Mərkəzinin təşkil etdiyi tədbirlərdə də iştirak etdik.
Görüşlərdə tələbələr də iştirak edirdilər. Rusiya
mədəniyyət günləri çərçivəsində
təşkil olunan “Uşaq
modası ”gecəsində iştirak etdik.
- Mərkəzinizin qonaqları haqqında
nə deyə bilərsiniz?
-
Rusiyanın təhsil naziri V.Filippov
(2002), Moskva şəhər merinin I müavini L.Şveçova (2002), Rus
dili İnkişaf Mərkəzinin
prezidenti L.Putina (2003),
Moskva şəhərinin meri
Y.Lujkov (2004), Rusiya xarici işlər naziri S.Lavrov (2005), Rusiya
Yazıçılar və Jurnalistlər Birliyinin
üzvü R.İvanov
(2006), Rusiyanın digər təhsil naziri A.Fursenko
(2007), Rusiya Federasiyası Federal
İcmasının nümayəndəsi S.Mironov
(2007), Rusiya Federasiyası
Administrasiyasının rəhbəri S.Narışkin (2009), Rusiya səfiri V.Doroxin
(2009), Rusiya Federasiyası Federal
İcmasının Federal
Şurasının müşaviri Q.Burbulis (2010), Stavropol əyalətinin
qubernatoru V.Qaevskiy
(2010), Rusiya Federasiyası Prezidentinin Şimali-Qafqaz Federal dairəsindəki
səlahiyyətli nümayəndəsi A.Q.Xloponin
(2012), Stavropol əyaləti rəhbərliyinin
müavini A.Y.Murqa
(2014), Ulyanovsk ərazisi qubernatoru
rəhbərinin müavini O.V.Nikitenko
(2014), Novosibirsk şəhəri Regional İctimai Təşkilatın
qonaqları (Rusiya-Azərbaycan Evi) (2014) və
sair. Novosibirsk
Dövlət Teatr İnstitutunun
tələbələri, dahi Azərbaycan
bəstəkarı Ü. Hacıbəylinin “Arşın mal alan”
tamaşasını bizim tələbə
və müəllimlərə təqdim etdilər (2014).
Uxtin Dövlət Texniki Universitetinin tədris işləri üzrə
porektoru t. e. d - Yaqubov
E. Z (2014), ADPR-in sədri,
Dövlət Şurasının üzvü,
Dövlət dumasının deputatı-Vladimir Jirinovski
(2014), dahi rus
yazıçısı Maksim Qorkinin nəvəsi, E.Vaxtanqov
adına Dövlət Akademik
Teatrının aktrisası Darya Peşkova və yazıçının nəticəsi
aktrisa Yekaterina Peşkova (2014), “Rusiya bu gün” KİV-nin baş direktoru, VQTRK şirkətinin direktorunun
müavini, jurnalist,
aparıcı, Dmitri Kiselyev
(2014) və başqaları mərkəzimizin fəxri
qonaqları olublar.
- 2015-ci il üçün nə kimi
planlarınız var?
- 2015-ci il
ədəbiyyat ilidir. Məşhur
yazıçı və şairlərin əlamətdar
günlərinə həsr olunmuş
müxtəlif tədbirləri keçirməyi
planlaşdırırıq. A.P.Çexovun
anadan olmasının 155 illiyinə həsr
olunan tədbirlə, artıq 2015-ci ilin açılışını etdik. “Rus dilini
öyrənirik” dərnəyi öz fəaliyyətini
davam etdirəcək. Ədəbiyyat ilinə
həsr olunan Rusiya
Federasiyasının səfiri ilə tələbələrin görüşünü təşkil etmək
niyyətindəyik.
Xəyalə GÜNƏŞ
Palitra.-2015.-26
fevral.-S.13.