“Avropa Oyunları ilə
bağlı çalışmalarımız artıq start götürüb”
Müsahibimiz "Excelsior Hotel Baku" otelinin Qida və
İçkilər departamentinin
meneceri Mehmet Ayandır.
- Hotelinizin
son tədbirləri və planları ilə
bağlı nələri bildirərdiniz?
- Öncə deyim ki, "Excelsior Hotel Baku" ölkədə
yeganə "5+" kateqoriyalı hoteldir.
Bu isə o deməkdir
ki, burada deluxe hotelə xas olan bütün müsbət
keyfiyyətlər ən yüksək səviyyədə qonaqlarımıza
təqdim olunur. Hotelimizin
daxili və zahiri tərtibatı
klassik üslubdadır və bu deluxe hotellərə xas olan ortaq
cəhətdir. Burada beynəlxalq səviyyədə
nəzərdə tutulmuş bütün xidmətlər müştərilərə
təqdim edilir. Restoranımız,
barımız, banket və konfrans
zalımız, spa mərkəzimiz fəaliyyət
göstərir, qapalı və açıq
hovuzlarımız, trenajor zalımız, tennis kortu və digər bütün xidmətlərimiz daimi
olaraq qonaqlarımızın
ixtiyarındadır. Hotelimizdə 61 otaq var ki,
onlardan 8-i suit, 8-i isə
juniordur. Bizim hoteldə ölkədə
yeganə 350 kvadrat metr sahəsi olan kral suit yerləşir. Kral suitin
ayrıca təhlükəsizlik
sistemi, xüsusi lifti və qarajı
var.
-Qarşıdan gələn bayramlarla bağlı hansı tədbirlər planlaşdırılır?
- 8 mart tarixində otelin “Belvedere”
restoranında Beynəlxalq
Qadınlar Gününə
həsr edilmiş ziyafət keçiriləcək.
Burada əziz xanımlarımızı
maraqlı sürprizlərlə
yanaşı, canlı
musiqi müşayiəti
altında romantik şam yeməyi gözləyir.
Orada Avropa mətbəxinə aid dörd
cür yemək hazırlanır. Bundan başqa, canlı
musiqimiz var. Gələn
qonaqlardan hər xanıma gül hədiyyə edəcəyik.
Onu da deyim ki,
14 Fevral Sevgililər Gününü də çox orijinal və əyləncəli bir formada keçirdik
və qonaqları gözəl qarşıladıq.
Yerlərimiz tam dolmuşdu.İnşallah, 8 martda da bu
cür gözəl tədbir alınacağını
düşünürük. Biz əslində eyni müsafirləri daha çox gözləyirik, çünki ötən il burdan
gedənlər çox
razı qalmışdılar
və biz onları 14 fevralda da gördük.
Ona görə də təkrar qonaqların gəlməsi
o deməkdir ki,onlar bizdəki xidmətdən çox razı qalıblar. Onu da qeyd
edim ki,xarici
musiqilər, caz, pop və sair kimi
musiqilər olacaq ki, bu baxımdan
da qonaqlar yüksək zövq alacaqlar.
-Bununla bağlı bir nəfər üçün
qiymət nə qədərdir?
- Bir nəfər üçün qiymət 49 manatdır. Əgər göstərdiyimiz xidmətin çeşidliliyini nəzərə alsaq, bu qiymətin digər yerlərlə müqayisədə çox münasib olduğunu görərik. Əslində bizə gələn qonaqları bu tədbirimizlə bayram günü məmnun etmək istəyirik. Bu tədbirdən əlavə, martın 13-dən başlayaraq moda sərgisi keçirmək istəyirik. Bu da çox prestijli və böyük bir tədbir olacaq. Burada Azərbaycan və digər ölkələrin tanınmış modaçılarının geyimləri nümayiş olunacaq. Konkret qeyd etsək, 13,14 və 15 mart, 2015-ci il tarixlərində “ Excelsior Hotel & Spa Baku” və “FMS Models” təşkilatçılığı ilə “Baku Fashion Nights 2015” moda günləri keçiriləcək. Tədbirin ilk günü 13 mart tarixində əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. “Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası, “Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə, yaz-yay moda trendləri ilə qarşılayacaq. 14 mart tarixində podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın təqdimatındadır.Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən “La Couture Baku” Xavər Məmmədova, “Hokuma by Hokuma Hajıyeva” və “Magura by Gulshan Ibrahimova” Moda Evləri olacaq. Türk modasının canlı korifeylərindən, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal “Baku Fashion Nights 2015”-in fəxri qonaqlarındandır. Yıldırım Mayruk məhz bu il 50 illik yubileyini “Excelsior Hotel & Spa Baku” Otelində və “Baku Fashion Nights 2015” moda günlərində özəl olaraq qeyd edəcəkdir.
15 martda vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Yıldırım Mayruk, “Pert-a-Porter ” konseptli kolleksiyası ilə qarşınızda olacaq. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayrukun sözlərinə görə, gecəyə təşrif buyuran qonaqları xoş sürprizlər gözləyir.
Hotelin “Afurca” zalında 283 nəfərlik yerdən ibarət bir tədbir gözlənilir. Bununla bağlı çalışmalarımız var. Həmçinin Novruzla bağlı əlamətdar tədbirlər planlaşdırılır.
- “Excelsior Hotel Baku”nun unikal
xidmətləri sırasında nəyi qeyd
edə bilərsiniz?
- Daim öz
müştərilərinin rahatlığını
düşünən “Excelsior Hotel Baku” qonaqlarına nəqliyyat
xidməti göstərir. Hoteldə keçirilən tədbirlərə
iştirakçıların rahat gəlib-getməsi
üçün 17 nəfərlik avtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan
22.00-a qədər qonaqların
xidmətindədir. Şənbə
və bazar günləri də daxil olmaqla mikroavtobus
hər gün səhər 08.30-dan başlayaraq
hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından
qonaqları Park Bulvara
və səhər
09.00-dan başlayaraq hər
saatda Park Bulvarın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin
xidmətlərindən istifadə
etmək istəyən
qonaqların rahatlığı
üçün nəzərdə
tutulub. “Excelsior Hotel
Baku” otelinə 496 80 00 telefon
nömrəsinə zəng
edərək geniş
məlumat almaq mümkündür.
-Hotelinizin yemək menyusu və restoranları ilə bağlı nələri demək olar?
- Hoteldə Belbvedere,
"Green House" restoranları var. Eyni zamanda yay
vaxtı açıq
hovuz ətrafında da qonaqlara yemək
təklif olunur. “Belvedere” restoranında qonaqlara çeşidli və ləziz yeməklər təqdim edilir və bu baxımdan qonaqlarımızın zövqünü
oxşadığımıza əminik. Həmçinin "Green House" öz qonaqlarına dəniz məhsullarının yeni
mətbəxini təklif
edir. Restoranda balıq və
digər dəniz məhsullarından hazırlanmış
qidalarda Aralıq və Egey dənizlərinin
balıqlarından istifadə
edilir. Qonaqlara Aralıq və
Egey dənizlərinin
təzə balıqlarından
təxminən 20 növ
Türk yeməkləri,
məzələr və
salatlar hazırlanır.
Menyuya duzda, buğlamada və qrildə bişirilmiş balıqlar, balıq turşusu, lakerda, salatlar və s. dadlı yemək növləri daxil edilib. Qiymətlər, təxminən şəhərdə
fəaliyyət göstərən
digər balıq restoranlarında olduğu kimidir. Menyuda göstərilmiş yeməklər üçün
qiymətlər 4 manatdan
başlayır.
Bu yenilik "Green House" restoranına kulinariyanın
şah əsərlərini
çox xoş şəraitdə təklif
etməklə, Türkiyədə
balıq yeməyi xoşlayanların ən gözəl yeri olacaq.
İlkin AĞAYEV
Palitra.-2015.-27 fevral.-S.12