“Gənclərimiz problemlərə daha konstruktiv tərəfdən yanaşırlar”

 

Nərgiz Hüseynova: “Artıq NASA, “Google” sair yerlərdən gənclərimizin səsini eşidəndə o qədər təəccüblənmirik

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı adı birincilər sırasında hallan, öncül gənclərimizdən olan Nərgiz Hüseynovadır. Bu aktiv və istedadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.

- Mən, Nərgiz Hüseynova, Bakı şəhərində anadan olmuşamAkademik Zərifə Əliyeva adına məktəbin ilk məzunlarından biriyəm. Əslində, məktəb illərim bir şəxsiyyət kimi formalaşmağımda həyatımın ən vacib mərhələlərindən olub. Bizim məktəbin digər məktəblərlə müqayisədə tam başqa ab-havası olub. Həmin mühitin vacib parçalarından da biri bizim müəllimlərimiz, daha doğrusu, müəllim-dostlarımız idi. Məktəb rəhbərliyi şagirdlərin ictimai fəaliyyətdə, olimpiadalarda, müxtəlif yerlixarici müsabiqələrdə iştirakına çox böyük yer ayırırdı və müəllimlərimizin funksiyası bizə tək gündəlik dərs keçməsindən deyil, həmçinin bizə hər zaman düzgün məsləhətlər verib, özlərinin də bizimlə birgə aktiv şəkildə bütün fəaliyyətlə qatılmasından ibarət idi. Demək olar ki, günümün böyük hissəsi məktəblə əlaqədar olan fəaliyyətlərlə keçirdi. Onu da qeyd etmək lazımdır ki, məktəbimizdə tədris sistemi çox yüksək səviyyədə təşkil olunmuşdu, ölkənin ən aparıcı müəllimləri sanki burada bir araya gəlmişdilər. Bu səbəbdən də, şagirdlərimiz hər zaman müsabiqələrdə ən aparıcı yerləri tuturdular. Bəli, mən də məktəbimizin aktivlərindən idim. Ən böyük nailiyyətlərimdən biri isə yəqin ki, “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qalibi olmağım idi. Onu da qeyd edə bilərəm ki, PH İnternational tərəfindən təşkil olunmuş proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında Liderlik Proqramında iştirak etmək üçün Azərbaycan şagirdlərindən seçilmişdim. Həqiqətən çox gözəl bir təcrübə idi. Sözsüz ki, bütün bu nailiyyətlərə, dəstək və düzgün istiqamət göstərdiklərinə görə öz valideynlərimə və müəllimlərimə hər zaman minnətdar olacağam. Bir çox müəllimlərimlə indi də mütəmadi olaraq əlaqə saxlayıram. Bu həqiqətən də çox böyük bir xoşbəxtlikdir!

- Necə oldu ki, başqa bir ölkədə ali təhsil almaq qərarı verdiniz? Sizə bu işdə kimlər dəstək oldular?

- Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, buradaXüsusi İstedadlar Qrupunun Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirmişəm. Sözün düzü, universitet illərim də məktəbdəki fəaliyyətimdən heç geri qalmırdı. Həmin 4 il o qədər dolğun, maraqlı idi ki, necə gəlib, necə getdiyini heç anlaya bilmədim. Saysız-hesabsız konfranslar, müsabiqələr, təqdimatlar və məni əhatə edən insanlar unudulmazdır! Bu illər ərzində ictimai fəaliyyətdə aktiv olmağa çalışırdım, və nəticədə ölkənin ən böyük universitetlərinin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini, MDB ölkələrinin Gənclər Parlamentlərarası Assambleyasının Azərbaycan üzrə nümayəndəsi, “Glober Shaper” seçilərək, fəaliyyət göstərdim. Hər yerdə qurumlara müxtəlif istiqamətlərdə töhfə verməyə çalışırdım. Həqiqətən, həmin zamanlarda komandamızın çiyinlərinə çox böyük yük və məsuliyyət düşmüşdü. Lakin bizə göstərilən etimad və dəstək sahəsində, görülən yüzlərlə işlərin fonunda, əzm, birlik və dəyişiklik edib, töhfə vermək arzusu nəticəsində həqiqətən bir çox böyük uğurlar qazanıldı. Bu prosesdə iştirak edən hər bir kəs, özüm daxil olmaqla, böyük təcrübə və gözəl dostlar qazandı. Xaricdə magistr təhsili almaq arzusu isə hər zaman var idi. Lakin bir neçə faktor qərarımın qəti olmasına təsir göstərdi. Xaricə təhsil almağa getməmişdən öncə Azərbaycanda şirkətlərin birində çalışırdım və burada aldığım inanılmaz təcrübə yerli bazarda bir çox imkanları, bəzi boşluqları görməyə imkan yaratdı. İştirak etdiyim ABCC (Azerbaijan Business Case Competition) müsabiqəsinin köməyi ilə arzusunda olduğum sahə üzrə getməyimə bir daha əmin oldum. Sözsüz ki, ailəm də bu işdə mühüm rol oynadı. Ailəmizdə təhsil hər zaman ən prioritet məsələlərdən olubmagistr təhsilimi harada və hansı sahə üzrə alacağım mənim üçün çox vacib idi.

- Oxuduğunuz ali məktəb barədə də söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirmi?

-Bir neçə universitetdən ali təhsillə bağlı təklif almışdım, lakin son qərarım Edinburgh Universitetinə düşdü. Dünyada aparıcı universitetlərin arasında zirvədə olması ilə yanaşı məni buradakı tədris sisteminin praktik yönümdə təşkil olunması çox cəlb etdi. İndi çox şadam ki, vaxtında magistr təhsilimi almaq üçün məhz buraya yola düşdüm. Bildiyiniz kimi, mən bura bir çox gənc kimi dövlət proqramı çərçivəsində gəlmişəm. Onu qeyd etməliyəm ki, ölkəmizin gələcək kadr bazasının inkişafı məqsədi ilə Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində yaradılmış bu vahid sistem hər bir tələbə üçün unikal bir imkandır. Çox istərdim ki, sayı-hesabı olmayan istedadlı tələbələrimiz yaradılmış bu gözəl imkandan istifadə etsinlər. Çünki hər bir güclü dövlətin arxasında ilk növbədə savadlı yeniliklərdən xəbərdar olan, yeniliklərə imza atan vətəndaşlar durur.

-Bizim üçün maraqlıdır, bir qədər yerli xalqın adət-ənənələri, mentaliteti, yaşayış səviyyəsi barədə söz açardınız.

-Bu məqam haqqında ürək dolusu danışa bilərəm. Lakin çalışacağam, qısa olsun. Başda onu qeyd etməliyəm ki, ilk gündən bu şəhərə vurğunam. Çox gözəl bir şəhərdir, gözəl insanlar var. Turistlərin çox olmasına baxmayaraq, burada hər zaman sakitlik ahəng hiss olunur. Qaynayan Bakımızdan fərqli olaraq bura sakitlikdir. Bakı istilərindən sonra, yeganə dərdim günəşdir, daha dəqiq desək, onun olmaması. Ümumiyyətlə, hava burada çox gözlənilməzdir. Bəzən gün ərzində 4 fəslin 4-nü hiss etmək olur. Edinburq çox qədim şəhərdir şəhər sakinləri bununla fəxr edirlər. Həmin qədimliyi saxlamağa çalışırlar. Bir sözlə, ruhu gözəl mehriban bir şəhərdir!

- Bəs indi necə, ictimai ya diaspor işlərində aktivsinizmi? Hansı tədbirlərə qatılırsınız?

-İlk növbədə hesab edirəm ki, biz burada ölkəmizin gənc səfirləri sayılırıq. Əsas da bu, təhsil-tədris mühitində çox vacibdir. Sizə maraqlı bir hadisə danışım. Burada sinqapurlu bir tələbə ilə tanış olmuşdum o, keçən il Bristol Universitetini fərqlənmə ilə bitirmişdi. Öyrənəndə ki, mən Azərbaycandan gəlmişəm, mənə Bristolda təhsil aldığı zaman bir dostu haqqında söz açdı. Onun haqqında o qədər gözəl sözlər dedi ölkəmiz haqqında o qədər gözəl fikirlər səsləndirdi ki, bir anlıq özümü ən xoşbəxt insan hiss etdim. Bəli, qazandığı həmin dost Bristol Universitetini bitirmiş bir azərbaycanlı həmvətənimiz idi. Həmin insanı tanımıram, lakin onunla fəxr edirəm təşəkkürümü bildirirəm. Burada olarkən bir çox tədbirlərə qatılmalıyıq, milli günlərimizdə adət-ənənələrimizi xarici tələbələrə nümayiş etdirməliyik, tariximizdən, qanlı sevincli günlərimizdən, yaşadığımız həm inkişaf edən, həm müharibə şəraitində olan Vətənimizdən söz açmalıyıq. Bu bizim borcumuzdur. Amma gündəlik səfir rolumuzu heç bir zaman unutmamalıyıq.

- Bir tanımadığınız azərbaycanlı gəncin haqqında ağız dolusu danışdınız. Bəs gördüyünüz azərbaycanlı tələbələr aktivdirlərmi? Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti barədə söz açardınız...

-Soydaşlarımız həqiqətən çox aktivdirlər! Kimisi maraqlı tədbir təşkil edir, kimisi biznes sahəsində qeyri-adi ideyaları ilə ilk addımlarını atır, kimininsə maraqlı yazısı dərc olunur, kimsə sadəcə gündəlik yüksək göstəricilərlə aktiv elmi prosesdə iştirak edir. Aktivlik müxtəlifdir.

- Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

-Əslində, bizim gəncliyimiz çox böyük potensiala sahibdir. Sadəcə bir dil biliklərini götürək. Demək olar ki, hazırda əksər azərbaycanlı gənc ən azı 3 dildə fikrini çatdıra bilir, məlumat ala bilir. Son zamanlar hətta rəqabətli mühit hiss olunmağa başlayıb, bu çox gözəldir! Xarici ölkələrdən, onların təhsil sistemlərindən qədər götürülməli, tətbiq olunmalı gözəl məlumat təcrübə var. Vacib məqam da odur ki, gəncliyimiz bunu başa düşür, gələcəyinə daha məsuliyyətli prizmadan baxır, öz üzərində çalışır həmin yeniliklərə açıqdır. Demək olar ki, artıq hər bir ailə çalışır ki, övladına yaxşı təhsil versin qloballaşan dünyaya yenilik axtarışında sərbəst buraxsın. Gənclərimiz daha müasir düşüncəlidirlər problemlərə daha konstruktiv tərəfdən yanaşırlar. Müxtəlif sahələrdə aktivlik çoxalır, artıq NASA, Google s. kimi yerlərdən gənclərimizin səsini eşidəndə o qədər təəccüblənmirik. Dövlət tərəfindən hazırda gənc kadrlar dəstəklənir, müxtəlif proqramlar qəbul olunur daha geniş imkanlar təqdim olunur. Bir sözlə, potensial həqiqətən çoxdur, lakin bir o qədər hələ üzərimizdə çalışmamız gərək!

-Gələcək planlarınız barədə söz açardınız.

-Gəldik çıxdıq ən qəliz suala. Əslində, planlarım çoxdur. Burada təhsil aldığım sahə “Marketing and Business Analysis”dir həqiqətən bu sahə üzrə Azərbaycanda tətbiq olunacaq çox məqamlar var. Çalışacağam, bu il ərzində əldə etdiyim bilik təcrübəni istiqamətli tətbiq edim, indi isə əsas dissertasiyanı uğurla başa çatdırmaqdır. Sizə, kollektivinizə təşəkkür edirəm! Gənclərə dəstək olub, onların qayğı uğurları ilə maraqlandığınız üçün bir daha təşəkkür!

 

Tural Tağıyev

Palitra.-2015.- 10 iyul.- S. 6.