Ceyn Pirs: “İlk Avropa Oyunları
yüksək səviyyədə keçdi”
“Dostluq” ordeni ilə təltif olunmağım mənə böyük sevinc və qürur hissi bəxş etdi”
“Bakı-2015” birinci Avropa
Oyunları Əməliyyat
Komitəsinin mətbuat
əməliyyatları şöbəsinin
direktoru xanım Ceyn Pirsin fikrincə,
AZƏRTAC-ın əməkdaşları
birinci Avropa Oyunlarını yüksək
peşəkarlıqla işıqlandırıblar.
Prezident İlham Əliyevin sərəncamına
əsasən Azərbaycanda Olimpiya hərəkatının
inkişafında böyük xidmətlərinə
və birinci Avropa
Oyunlarının təşkilində səmərəli fəaliyyətinə
görə “Bakı-2015” Avropa Oyunları
Əməliyyat Komitəsinin bir qrup əməkdaşı “Dostluq”
ordeni ilə təltif edilib. Bu yüksək mükafata layiq
görülənlər arasında “Bakı-2015” birinci Avropa Oyunları
Əməliyyat Komitəsinin mətbuat əməliyyatları
şöbəsinin direktoru Ceyn Pirs-Makmenamin də var. Xanım Ceyn Pirs bununla bağlı təəssüratlarını
AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Dostluq”
ordeni ilə təltif olunmağım məndə
böyük sevinc və
qürur hissləri doğurdu.
Bu, doğrudan da mənim üçün
çox gözlənilməz oldu. Azərbaycanın ali
dövlət ordenini almaq
çox qürurvericidir.
Bu ölkədə yaşamaq
və işləmək, yeni gözəl dostlar qazanmaq mənim üçün çox xoş oldu”. Bu gün Azərbaycanı
tərk edəcək Pirs ölkəmizlə
bağlı təəssüratlarını bölüşüb:
“Təəssüratlarım çox zəngindir
və onları məmnuniyyətlə bölüşərəm.
Biz artıq aylardan bəri
yaşadığımız Media Kəndindən,
gözəl Bakıdan ayrılaraq ölkələrimizə
qayıdırıq. Bu ayrılıq, təbii
ki, bir qədər kədərlidir.
Ancaq, eyni zamanda, biz özümüzü
çox xoşbəxt hesab
edirik, çünki bu mötəbər idman
bayramı - ilk Avropa
Oyunları yüksək səviyyədə keçdi.
Yeddi yüzdən çox
yerli media təmsilçisi
üçün düşünürəm
ki, lazım olan hər
cür şərait
yaradılmışdı və onlar öz işlərinin öhdəsindən uğurla gəldilər. Xüsusi qeyd
etmək istəyirəm ki, “Bakı-2015”in rəsmi media tərəfdaşı
olan AZƏRTAC Oyunları daha
yüksək səviyyədə və peşəkarcasına
işıqlandırdı. İnsanların səmimi münasibətini
və burada qazandığım
dostları heç vaxt
unutmayacağam. Bundan
başqa, sizin gənclərinizin,
o cümlədən bizimlə birgə
çalışan könüllülərin istedadını xüsusi qeyd etmək istəyirəm.
Ümid edirəm ki, onlar öz karyeralarında
böyük uğurlar
qazanacaqlar. Mən özümü
Bakıda doğma evimdəki kimi hiss etdim”.
Palitra.-2015.- 1 iyul.- S. 3.